Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2847/2024 10.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, 21 avqust 1993-cü ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2-də yaşayan Şəxs barədə Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 14 sentyabr 2024-cü il tarixli, İXP ******* saylı protokoldan və iş materiallarından aydın olur ki, 21 iyul 2024-cü il tarixdə, günorta saatlarında (təqribən saat 12:00-15:00 aralığında) 1993-cü il təvəllüdlü Şəxs etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı ** AV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” TM-nin şirniyyat bazarınının 19-cu sırasının qarşısındakı avtomobil parkında geriyə hərəkət edərkən piyada 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs vuraraq onun yüngül dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru, polis baş leytenantı X2 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı ** AV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-nin şirniyyat bazarınının 19-cu srasının qarşısındakı avtomobil parkında geriyə hərəkət edərkən piyada 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs vuraraq onun yüngül dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə də onun barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Odur ki, barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1ci massiv, ev 2, mənzil 241-də kirayədə yaşamış, hal-hazırda isə ünvan 2 ünvanında yaşayır. Ali təhsilli olmaqla evlidir və "xxxx" MMC-də satış təmsilçisi işləyir. “Kia Rio” markalı ** AV *** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə edir. BC kateqoriyalı sürücüdür və 2107-ci ildən bəri sürücülük təcrübəsi var. xx.xx.2024-cü il tarixdə, saat təxminən 15:00 radələrində “Sədərək” TM-nin Şirniyyat bazarı ilə paltar bazarının qarşısındakı avtomobil parkında həmin avtomobili park edərkən geriyə hərəkət zamanı avtomobilin arxa sağ tərəfi oradan keçən piyadaya dəymişdir. O avtomobilǝ kiminsə dəydiyini hiss edən kimi avtomobili dayandırıb yerə düşmüş və görmüşdür ki, yaşlı bir qadın yerə yıxlıb və ətrafına bir neçə şəxs toplaşıb. Onun sağ dirsəyi qanayıb. Qoluna daş qırıntısı batıb. O həmin qadına yaxınlaşaraq ona yardım etmiş, daşı çıxardıb yarasını yumuş və onu avtomobilə əyləşdirib “City Hospital”a aparmışdır. Orada olarkən dostu Şirinov Anar və anası Nəzakət Şahbazova da xəstəxanaya gəlmişlər. Roza xanımı orada müayinə etdirmiş və daha sonra onu Sahil qəsəbəsində yaşadığı ünvana aparmışdır. Onun sonra hər hansı müalicə xərcləri olarsa maddi çətinlik çəkməsin deyə anası ona 500 manat pul verib və sağollaşıb getmişlər. xx.xx.2024-cü il tarixdə onu yenidən “City Hospital”a aparıb müayinə də etdirmişdir. Sonrakı günlərdə anası dəfələrlə ona zəng vurub səhhəti ilə maraqlanmışdır. Hal-hazırda da zərərçəkmiş şəxsə lazım olan bütün maddi və mənəvi yardımları davam etdirəcəkdir. O törətdiyi əməldən peşiman olduğunu, ilk dəfə bu qəbildən inzibati xəta törətdiyini, yeganə qazanc mənbəyinin sürücülük fəaliyyəti oluğunu bildirərək barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz izahatında göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 16A, mənzil 41-də qardaşı ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat təxminən 11:00-dan 12:00-a qədər olan müddət ərzində “Sədərək” TM-də onu avtomobil vurub və xəsarət almışdır. Belə ki, “Sədərək” TM-nin mərkəzinin paltar bazarından bir neçə geyim əşyası alıb 5-ci sıradan çıxmış və yolu keçib Şirniyyat bazarı tərəfdəki avtomobillərin park edildiyi yerdə piyada gedərkən sol tərəfindən geriyə hərəkət edən bir avtomobil zərblə ona çırpılmış və o yerə yıxılmışdır. Həmin avtomobilin markasını və nömrə nişanını xatırlamasa da ağ rəngli avtomobilin qapılarında qırmızı hərflərlə "xxxx" sözləri yazılmışdır. O, yıxılanda sağ dirsəyi yerə çırpılmış və daş qırıntıları dirsəyinə batmışdır. Qolu qanamışdır. Sürücü və oraya toplaşmış adamlar kömək edib onu yerdən qaldırmışlar. Qoluna batmış daşı çıxartmışlar. Daha sonra həmin avtomobilin sürücüsü adının Şəxs olduğunu bildiyi oğlan onu “City Hospital”a aparmış və orada onu müayinə etdirmişdir. Xəstəxanda olarkən onu maşın vurduğunu bildirməmiş və həkimlərə demişdir ki, yıxılıb xəsarət almışdır. Orada olarkən həmin oğlanın anası, adının Nəzakət olduğunu sonradan bildiyi qadın və bir nəfər də dostu gəlmişlər. Xəstəxanda müayinə olunduqdan sonra onlar onu yaşadığı ünvana aparmışlar. Bildirmişlər ki, müalicəsi ilə axıracan məşğul olacaqlar. O onlardan istəmədiyi halda zorla divanın üzərinə 500 manat pul qoyub çıxıb getmişlər. Sonrakı günlərdə Turalın anası Nəzakət iki gün ona zəng vurub halını soruşmuşdur. Ondan sonra isə onunla maraqlanmamışlar. O isə beynində səs-küy, ürəkbulanma və digər narahatçılıqlar hiss etdidyi üçün bir neçə gündən sonra Respublika Xəstəxanasına gedib yenidən müayinə olunmuşdur. Hadisə olan gündən bu günə qədər dəfələrlə X6 müraciət etmiş və səhhətində narahatçılıq hiss edir. Həmin hadisə qəsdən törədilməyib deyə o sürücüdən şikayət etmək istəməmişdir. Sonradan səhhəti ilə bağlı problemlər artmış və Tural da ona lazımı diqqəti göstərməmişdir deyə 22 avqust 2024-cü il tarixdə Qaradağ RPİ-yǝ müraciət edib hadisə barədə məlumat vermişdir. Hal-hazırda da şikayətçi olmaqla Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən qəbul edilmiş 07 sentyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən aydın olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CM-nın 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, “Kio Rio” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomonilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Qaradağ RPİ-nin DYPŞ-na göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilməsi və məlumat üçün tərəflərə göndərilməsi qərara alınmışdır. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsin 04 sentyabr 2024-cü il tarixli, №538 saylı “canlı şəxsin ekspertizası” ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - baş beyin silkələnməsi və sağ dirsək oynağının arxa səthinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün “City Hospital”a müraciət etdiyi 21 iyul 2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hisəsində göstərilən şəraitdə yəni, piyada qismində olarkən hərəkət olan minik avtomaşının onu vurması nəticəsində əmələ gələ bilərdilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə, Şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, zərərçəkmiş şəxsə yardım göstərməsini və gələcəkdə də yardım göstərmək fikrində olmasını, eləcə də məşğuliyyətini nəzərə alaraq onun barəsində inzibati cərimə tətbiq olunmasını daha ədalətli, qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on)gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2847/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2847/2024
10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver