Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2848/2024 02.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Daşkəsən rayonu, Əmirvar kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, xx.xx.2024cü il tarixdə, saat 13:29-da 1992-ci il təvəllüdlü vətəndaş Şəxs etibarnamə əsasında idarə etdiyi Mercedes Benz C180 markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dəniz Palas şadlıq sarayının qarşısında ikinci dərəcəli yolla gələrək Alim Şəbiyev küçəsində (baş yolda) hərəkətdə olan X5 idarə etdiyi Tufan M 50 markalı motosikletə yol verməli olduğu halda ona yol vermədən baş yola çıxmış və X5 yüngül dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş, daha sonra hadisə yerini tərk etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X2 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 13:29-da 1992-ci il təvəllüdlü vətəndaş Şəxs etibarnamə əsasında idarə etdiyi Mercedes Benz C180 markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dəniz Palas şadlıq sarayının qarşısında ikinci dərəcəli yolla gələrək Alim Şəbiyev küçəsində (baş yolda) hərəkətdə olan X5 idarə etdiyi Tufan M 50 markalı motosikletə yol verməli olduğu halda ona yol vermədən baş yola çıxmış və X5 yüngül dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş, daha sonra hadisə yerini tərk etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, Mercedes Benz C180 markalı Az ** DH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində "Yol hərəkəti haqqında "Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmuşdur və sürücü bu qaydalara riayət etməklə hadisənin qarşısını ala bilərdi. xx.xx.2024-cü il tarixdə X6 Bakı şəhəri 8 saylı notariat ofisində ərizə yazaraq Şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, iş üzrə özünü təqsirli bilir. xx.xx.2024-cü il tarixdə saat təxminən 13:30 radələrində Lökbatan qəsəbəsinə rayondan göndərilmiş çantanı verib qayıdarkən Dəniz Palas şadlıq sarayının qarşısında ara küçədən baş yola çıxıb sola dönmə manevri edərkən sol tərəfdən motosiklet gəldiyini görüb dayanmışdır. Həmin Tufan M 50 markalı motosikletin sürücüsü motosikleti saxlaya bilməmiş və gəlib avtomobilin sol tərəfinə toxunmuşdur. Zərbə o qədər də bərk olmadığı üçün avtmobilin heç bir yeri əzilməmiş, lakin qapının plastmas kantı yerindən çıxmışdır. Motosikletin sürücüsü də hər hansı xəsarət aldığını bildirməmişdir. Ümumiyyətlə o, toqquşma zamanı yerə də yıxılmamış, motosikleti kənara çəkib dayanmışdır. Buna görə o, avtomobilindəın qopub düşmüş detalı götürüb çıxıb getmişdir. Daha sonra onun xəsarət almasından məlumatlı olmuşdur. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı aradan qaldırdığı üçün onunla notarial qaydada barışıq əldə etmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxsin əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37 və 77-ci maddələrinin tələblərinə uyğunsuzluq olduğuna görə onun əməlində Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinin tərkibi olduğundan həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Qaradağ RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 531 saylı rəyindən görünür ki, vətəndaş X5 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-döş qəfəsinin sol yarısının qançırı, sol ayaqüstü nahiyənin yumşaq toxumalarının qançır şişkinlik halında dərialtı hematoması bərk küt əşya (əşyalar) təsirindən xx.xx.2024-cü il tarixdə idarə etdiyi motosikletdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan zərərçəkmiş şəxs X7 vermiş olduğu izahatdan görünür ki, Tufan M 50 markalı motosikleti ayı 250 manata arendaya götürüb sürür və həmin motosikletlə dönər kuryeri kimi işləyir. xx.xx.2024-cü il tarixdə saat təxminən 13:30 radələrində Lökbatan qəsəbəsi, Dəniz Palas şadlıq sarayının qarşısı ilə üzü aşağı hərəkətdə olarkən, həmin yola sağdan birləşən ara yoldan Mercedes markalı Az ** DH *** dövlət qeydiyyat nişanlı avtomobil onun hərəkət zolağına çıxıb dayanmış və demək olar ki, yolun yarısını bağlamışdır. Onu görəndə əyləci basıb motosikleti sağa çəkmək istəsə də məsafə az olduğundan toqquşmadan yayına bilməmiş və onunla toqquşmuşdur. Ayağı motosikletlə qapının arasında qalıb əzilmişdir. Daha sonra o, özü 15 saylı TTYS-a müraciət edərək orada müayinə olunmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmi, Mercedes Benz C180 markalı ** DH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikasının İXM-327.6-cı və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsi üçün material Qaradağ RPİ-nin DYPŞ-ə göndərilmişdir. İş materiallarına əlavə edilmiş barışıq ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə X6 Bakı şəhəri 8 saylı notariat ofisində ərizə yazaraq Şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 13:29-da 1992-ci il təvəllüdlü vətəndaş Şəxs etibarnamə əsasında idarə etdiyi Mercedes Benz C180 markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dəniz Palas şadlıq sarayının qarşısında ikinci dərəcəli yolla gələrək Alim Şəbiyev küçəsində (baş yolda) hərəkətdə olan X5 idarə etdiyi Tufan M 50 markalı motosikletə yol verməli olduğu halda ona yol vermədən baş yola çıxmış və X5 yüngül dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş, daha sonra hadisə yerini tərk etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 77-ci (nimzalanmayan yolayrıcı) maddəsinin 1-ci bəndində göstərilmişdir ki, eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Həmin qanunun 37-ci (mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri) maddəsinin 4-cü bəndində göstərilmişdir ki, sürücü Mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, "Təcili tibbi yardım" maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarını, Şəxs törətdiyi inzibati xəta nəticəsində vurduğu zərərin əvəzini ödəməsi nəticəsində zərərçəkmiş şəxslə barışıq əldə etməsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2848/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2848/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver