Məhkəmə qərarları › İş №3(002)-285/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-285/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-285/2023 20.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X1, Qaradağ RPİ-nin DYPŞ-nın YPX inspektoru, polis baş serjantı X2 iştrakları ilə, X1 Qaradağ RPİ-nin DYPŞ-nın YPX inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş 07 yanvar 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan X3 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə şikayətlə müraciət edərək Qaradağ RPİ-nin DYPŞ-nın YPX inspektoru, polis baş serjantı X5 tərəfindən barəsində qəbul edilmiş 07 yanvar 2023-cü il tarixli, İXP ******* saylı protokol və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qaradağ RPİ-nin DYPŞ-nın YPX inspektoru, polis baş serjantı X5 tərəfindən məhkəməyə təqim edilmiş və özünün tərtib etdiyi 07 yanvar 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarına əlavə edilmiş 07 yanvar 2023cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X3 07 yanvar 2023-cü il tarixdə, saat 09:46 radələrində idarə etdiyi “Kia Pride” minik markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Qaradağ rayonu, “Heybət yolu” istiqamətində nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmuş və buna görə də 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X3 öz izahatında şikayətini əsaslandıraraq bildirmişdir ki, o, X4 işləyir, evlidir, iki uşağı var. 07 yanvar 2023-cü il tarixdə, səhər saatlarında işdən qayıdarkən idarə etdiyi ** SP *** dövlət nömrə nişanlı, “Kia Pride” markalı avtomobillə Qaradağ rayonu ərazisində “Heybət yolu” adlanan ərazidə avtomobilə yanacaq vurmaq məqsədilə “Tosoil” yanacaqdoldurma məntəqəsinə dönmüş, avtomobilə yanacaq doldurmaq istədikdə Qaradağ RPİ-nin DYPŞ-nın iki nəfər əməkdaşı ona yaxınlaşaraq üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola dönmə qaydasını pozduğunu və onun inzibati məsuliyyətə cəlb edəcəklərini bildirmişlər. O, isə polis əməkdaşına həmin yolda xətt nişanlanması olmadığını və heç bir qayda pozmadığını desə də sonuncu onun barəsində qanunsuz olaraq protokol yazmışdır. O, öz izahatına əlavə edərək bildirmişdir ki, həmin ərazidə qırıq xətt olmaqla onun sola dönərək yanacaqdoldurma məntəqəsinə daxil olmasına qadağa olmamışdır. Həmçinin Qaradağ RPİ-nin DYPŞ-nın əməkdaşının onunla prinsip apardığını, bununla da son aylarda artıq ona dördüncü dəfə yol hərəkəti qaydalarının pozulması ilə bağlı prootkol yazıldığını bildirərək Qaradağ RPİ-nin DYPŞ-nın YPX inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş 07 yanvar 2023-cü il tarixli, TP ******* nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın YPX inspektoru, polis baş serjantı X5 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, 07 yanvar 2023-cü il tarixdə, saat 09:46 digər yol polisi əməkdaşı ilə xidmətdə olarkən “Kia Pride” minik markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən sürücünün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ərazisində “Heybət yolu” adlanan ərazidə nəqliyyat vasitəsini idarə edərkən 1.1 üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək yanacaq doldurma məntəqəsinə daxil olduğunu görmüşlər. Onlar həmin sürücünün avtomobilə yanacaq vurmasını gözlədikdən sonra ona yaxınlaşaraq özlərini təqdim etmiş və sürücünün törətdiyi qayda pozuntusunun nədən ibarət olmasını ona bildirmişlər. Həmin ərazidə heç bir qırıq xətt olmamaqla sürücünün geriyə və ya sola dönməsinə icazə yoxdur. Sürücü həmin vaxt törətdiyi əməli etiraf etmiş və onun iştirakı ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hadisə ilə bağlı inzibati xəta törədən şəxsin inzibati xəta əməli videogörüntüyə alınmışdır. Qeyd olunan inzibati pozuntu ilə əlaqədar video görüntünü məhkəməyə təqdim etmişdir. Qeyd olunanların nəzərə alınaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayəti, iş materiallarını və tərəflərin izahatını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 07 yanvar 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və 07 yanvar 2023-cü il atrixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X6 07 yanvar 2023-cü il tarixdə, saat 09:46 radələrində idarə etdiyi “Kia Pride” minik markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Qaradağ rayonu, ərazisində “Heybət yolu” adlanan ərazidə nəqliyyat vasitəsini idarə edərkən 1.1 üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmuş və buna görə də 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin iştirakı ilə qeyd olunan inzibati pozuntunu özündə əks etdirən video görüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X3 07 yanvar 2023-cü il tarixdə, saat 09:46 radələrində idarə etdiyi “Kia Pride” minik markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “Heybət yolu” adlanan ərazidə nəqliyyat vasitəsini idarə edərkən həqiqətən də 1.1, üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmuşdur. Bu pozuntu ilə əlaqədar sürücü barəsində inzibati tənbeh tədbiri görülərkən onun tərəfindən hər hansı bir etiraz və ya şikayətin olmadığı məlum olur. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Məhkəmə baxışı zaman şikayətçi X6 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1, Qaradağ RPİ-nin DYPŞ-nın YPX inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş 07 yanvar 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar