Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-285/2025 24.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi Bakı şəhəri Qaradağ DYPŞ-nin inspektoru X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tabeliyində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatla bağlı ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya 5 gün müddətində səlahiyyətli orqana cavab verilməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ DYPŞ-nin inspektoru X2 protokolu müdafiə edərək, hüquqi şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhərində fəaliyyət göstərdiyini nəzərə alaraq, sorğunu Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 24-cü km ünvanına göndərmişlər. İş materiallarına əlavə edilmiş vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Şirvan şəhəri, ünvan 2 ünvanıdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi DYPŞ tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış məktubun çatmasını təsdiq edən xəbərnamədən görünür ki, qeyd olunan məktub Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 24-cü km ünvanına göndərilmiş və xx.xx.2025-ci il tarixdə naməlum şəxs tərəfindən təhvil alınmışdır. Məhkəmə iş materiallarına əsasən hesab edir ki, sorğu məktubu səlahiyyətli orqan tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 24-cü km ünvanına göndərilmiş və xx.xx.2025-ci il tarixdə naməlum şəxs tərəfindən təhvil alınmışdır. Hazırda sözügedən sorğunun MMC-nin hüquqi ünvanına çatdırılması halı qeyri-müəyyəndir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından yuxarıda qeyd edilən nöqsanlar aradan qaldırılması üçün inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qaytarılsın. Hakim Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-285/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-285/2025
24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver