Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2850/2024 22.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X1, Şəxs MMC-nin direktoru X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə matrealda göstərilmişdir ki, 25 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında Şəxs MMC-yə məxsus “Green Oil” adlı obyektin üzərində və önündə müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməsi faktı müəyyən edilmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 25 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X2 inzibati protokolu müdafiə edərək Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin direktoru X5 bildirmişdir ki, Bakı şəhər Reklam İdarəsi tərəfindən reklamın yerləşdirilməsinə dair icazənin alınması ilə bağlı məlumat ona 20 avqust 2024-cü daxildə rəsmi şəkildə təqdim edilmiş və bndan sonra o müvafiq icazə alınması üçün Bakı şəhər Reklam İdarəsinə müraciət etmişdir.İdarədən ona yanacaq doldurma məntəqəsinin adı ilə bağlı patent almalı olduğu və bununla bağlı Əqli Mülkiyyət Agentliyinə müraciət olunması bildirilmişdir.Bundan sonra o, Əqli Mülkiyyət Agentliyinə müraciət etmiş və adla bağlı patenti aldıqdan sonra Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinə təqdim etmiş və ona 01 sentyabr 2024-cü il tarixdən etibarən reklam yerləşdirilməsinə icazə verilmişdir.Qeyd edilənlərə əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında materialı araşdıraraq, iş üzrə tərəflərin fikrini dinləyərək məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş “açıq məkanda reklam yerləşdirilməsi barədə” 11 oktyabr 2024-cü il tarixli icazələrdən göründüyü kimi, Şəxs MMC-yə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında - iki ədəd 1.00*0.40 metr ,iki ədəd 4.50*1.00 metr, 2.00*.40 mert, bir ədəd 3.20*1.00 metr, bir ədəd 7.00*3.00 metr, bir ədəd 2.30*7.00 metr və bir ədəd 3.00*2.20 metr ölçülərdə reklam lövhələri yerləşdirilməsinə razılıq verilmiş və icazənin etibarlılıq müddəti 01 sentyabr 2024-cü il tarixdən 01 sentyabr 2025-ci il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2850/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2850/2024
22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver