Məhkəmə qərarları › İş №3(002)-2856/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2856/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2856/2024 02.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, (himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan uşağı olan), ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 3 yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis kapitanı X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən MN ******* saylı, 02 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Həmin protokoldan və iş materiallarından aydın olur ki, Şəxs 24 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən DİN-in BDYPİ-nin Müayinə Mərkəzinə təqdim etdiyi “Land Rover” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin tibb çantasından iki kibrit qutusunda ümumilikdə 4.32 qram olan çətənə (kannasbis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə inspektoru, polis kapitanı X5 protoklu müdafiə edərək bildirmişdir ki, xx xxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3 yaşayan Şəxs 24 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Müayinə Mərkəzində özünə məxsus “Land Rover” markalı ** BA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil texniki baxışdan keçirilən zaman avtomaşının yük yerində olan tibb çantasının içərisində iki kibrit qutusunda narkotik maddəyə bənzər bitki mənşəli kütlə aşkar olunmuşdur. Daxil olmuş məlumat 24 sentyabr 2024-cü il tarixdə 10-cu PŞ-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında 2809 nömrə ilə qeydiyyata alınaraq icraata qəbul edilib araşdırması davam etdirilmişdir. Məhkəmə-Bioloji ekspertizasının 25 sentyabr 2024-cü il tarixli, 3-16-16/2- 7/1604 saylı rəyinə əsasən Şəxs üzərindən aşkar olunub götürülmüş 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,07 qram, 2,25 qram, ümumi çəkisi 4,32 qram olan bitki mənşəli kütlələr tərkibində karkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanununa əsasən narkotik vasitə olan marixuana (kanabis) qurudulmuş halda təmiz çəkisi 5 qramdan artıq olduğu halda, şəxsi istehlak miqdarından artıq hesab olunur. Belə olan halda Şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuna (kanabis) şəxsi istehsal miqdarından artıq olunmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsinə görə inzibati xəta sayılır. Bununlada Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bütün bunlara əsasən onun barəsində 02 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək bildirmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. 24 sentyabr 2024-cü il tarixdə, saat 10:20 radələrində özünə məxsus “Land Rover” markalı ** BA *** dövlət qeydiyyat nömrǝ nişanlı avtomobili texniki baxışdan keçirmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Daxili İşlər Nazirliyinin BDYPİ-nin Müayinə Mərkəzinə gəlmiş və orada mərkəzin əməkdaşları tərəfindən avtomobilima baxış keçirən zaman avtomobilin yük yerində oldan tibb çantasından içərisində narkotik maddə hesab edilən marixuana olan iki ədəd kibrit qutusu aşkar edilmişdir. Bundan sonra mərkəzin əməkdaşları ərazi üzrə Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin əməkdaşlarını çağırmışlar. Polis əməkdaşları da onu 10-cu Polis şöbəsinə dəvət etmişlər. O həmin narkotiki təqrbən iki il bundan qabaq Bakı şəhərində keçirilən idman yarışlarında birində Niderland Krallığının vətəndaşı olan bir nəfərdən almışdır. Belə ki, həmin dövrdə işdən çıxması səbəbilə stress yaşamış və bir müddət narkotik maddələrdən istifadə etmişdir. Daha sonra həmin narkotik vasitədən istifadəni dayandırmış və narkotiki hara qoyduğunu da unutmuşdur. 24 sentyabr 2024-cü il tarixdə istifadəsində olan nəqliyyat vasitəsini texniki müayinədən keçirərəkən həmin narkotik vasitə avtomobildə olan tibb çantasından aşkar edilmişdir. O səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu, ailəli olmaqla himayəsində üç azyaşlı uşağının olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs narkotik vasitələrin qanunsuz istehlakı ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X1 25 sentyabr 2024-cü il tarixli, 6491 nömrəli rəyindən aydın olur ki, Şəxs kannabiodlərdən epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstələyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi mülaicəyə ehtiyacı yoxdur. Ərazi norkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/1604 saylı, 25 sentyabr 2024-cü il tarixli rəyinin nəticə hissəsindən aydın olur ki, tədqiqata təqdim olunmuş üzərində “Əməli törətmiş şəxs... Şəxs oğ..” yazılar və imzalar olan zərfdə 2 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,07 qram, 2,25 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 4,32 qramdır. Qeyd: marixuanaların ümumi çəkisi 4,32 qram, tədqiqata sərf olundu 004 qram, qalıq 4.28 qram. Ekspertiza tədqiqatının dəyəri 72 manat. İş materiallarına əlavə edilmiş 01 oktyabr 2024-cü il tarixli, Qaradağ RPİ-nin 10-cu PŞ-nın təhqiqatçısı, polis polkovnik-leytenantı X4 tərəfindən qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında “ qərara əsasən; 1.Şəxs barəsində toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, 2.qəbul edilmiş qərar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzabiti xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün adiyyəti əməkdaşa təqdim edilmiş, 3. Şəxs məxsus təmiz çəkisi 4,32 qram bitgi mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kanabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi subut kimi tanınsın və saxlanması üçün Qaradağ RPİ-nin Hövbətçi Hissəsinə təhvil verilməsi, 5. Qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokuroruna göndərilməsi, 6.qərarın surətinin məlumat üçün Şəxs göndərilməsi, 7 toplanmış materialın saxlanılması üçün Qaradağ RPİ-nin 10-cu PŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ailəli olmaqla himayəsində himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan uşağı olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşiman olmasını, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını və əməlində məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş qalıq çəkisi 4.28 qram olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar