Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2857/2024 02.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, X7 katibliyi ilə, Qaradağ Rayon Dövlət X8 YNH üzrə baş inspektoru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs 24 sentyabr 2024-cü il tarixdə, saat 16.15-də radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində, kənar dairəvi yoldan Meyvəli Topdansatış bazarına doğru istiqamətdə narkotik vasitələrin təsiri nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi “Ford Transit” markalı, **-TL-*** dövlət nömrə nişanlı avtomobillə sola manevr edərkən yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq qəza şəraiti yaratmış, nəticədə yolun kənarında dayanmış vəziyyətdə olan “Hyundai Grandeur” markalı, **-CS-*** dövlət qeydiyyat nömrəli avtomaşınla toqquşaraq zərərçəkmişə maddi ziyan yetirmiş və araşdırma zamanı onun sərxoş olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Qaradağ rayon DYPŞ-nin polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3cü maddələri ilə xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Qaradağ rayon DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X3 protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini etiraf edərək göstərmişdir ki, 24 sentyabr 2024-cü il tarixdə idarə etdiyi “Ford Transit” markalı, avtomobillə Meyvəli istiqamətində hərəkətdə olarkən yolun kənarında dayanmış “Hyundai Grandeur” markalı avtomobili görməmiş və arxa hissədən onunla toqquşmuşdur.Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirmişdir ki, “Hyundai Grandeur” markalı, **-CS-*** dövlət qeydiyyat nömrəli avtomaşın ona məxsusdur.Avtomobili Meyvəli ticaraət mərkəzi istiqamətində yolun kənarında saxladığı vaxt Ford Transit” markalı avtomobil onun avtomobilini arxa hissədən vurmuşdur.Hadisə nəticəsində ona 10000 manata yaxın ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, müayinə nəticəsində Şəxs narkotik vasitələrin istifadəsi nəticəsində yaranmış sərxoşluq müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələrinə düzgün tövsif edilmişdir və ona həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən bu məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görənəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsi məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3cü maddələri ilə təqsirli bilinməli, İXM-nin 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla 333.3-cü maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək İXM-nin 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 02 oktyabr 2024-cü il tarixdən, saat 16.50-dən hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2857/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2857/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver