Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2860/2024 30.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şikayət vermiş şəxs X5, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin X14 şöbəsinin YNH üzrə inspektoru X3 iştirakları ilə, X5 Səbail rayon Polis İdarəsinin X14 şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Səbail rayon Polis İdarəsinin X14 şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə gecə saat 02:17:00-da heç bir əsas olmadan Səbail RPİ-nin X14 Şöbəsinin YPX əməkdaşı idarə etdiyi "Porsche markalı" **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxlamış, onu alkotesterə üfürtdürərək sərxoş olduğunu bildirmişdir. O, həmin iddia ilə razılaşmayaraq və alkotesterin göstəricisinin səhv olduğunu bildirərək spirtli içki qəbul etmədiyimi bildirmiş, YPX əməkdaşına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X12 müəssisəsinə aparılıb müayinədən keçməsini təklif etmişdir. Həmçinin, idarə etdiyi "Porsche markalı” **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi olan Fatimə Behbudova dərhal hadisə yerinə gəlmiş və sözügedən nəqliyyat vasitəsinin onun mülkiyyətində olduğunu qeyd edərək idarə edib nəqliyyat vasitəsini aparmaq istədiyini bildirmişdir. Lakin, YPX əməkdaşı bütün bu deyilənlərin heç biri ilə razılaşmayaraq nəqliyyat vasitəsini duracağa yerləşdirmiş və ona Səbail RPİ-nin X14 Şöbəsinə gəlməsini bildirmişdir. O, dərhal YPX əməkdaşı tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi" X12 müəssisəsinə aparılmadığı üçün özü sözügedən tibb müəssisəsinə gedərək sərxoşluq müayinəsinin aparılması üçün müraciət etmişdir. Sözügedən müəssisə müayinə aparmış və ona "Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə" adlı rəyini verilmişdir. Həmin rəyin 15-ci bəndində “ayıqdır” hissəsi qeyd olunmuşdur. Həmin sənədi o, işi araşdıran Səbail RPİ-nin X14 Şöbəsinin polis əməkdaşı Ağamalıyev Elşən adlı şəxsə təqdim etmişdir. Ağamalıyev Elşən adlı polis əməkdaşı, gətirdiyi sənədi qəbul etməyərək əvəzində ondan 1500 manat rüşvət istəmiş və vermədiyi halda cəriməni sistemə yerləşdirəcəyini bildirmişdir. O, rüşvət verməkdən imtina etmiş və növbəti gün, yəni, xx.xx.2024-cü il tarixdə "Porsche markalı" **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi olan Fatimə Behbudova ilə birgə “102” xidmə zəng mərkəzinə şikayət etmişdir. Bundan sonra ondan rüşvət istəyən Səbail RPİ-nin X14 Şöbəsinin polis əməkdaşı Ağamalıyev Elşən adlı şəxs "Porşe markalı" **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini duracaqdan buraxılması üçün onun mülkiyyətçisi olan Fatimə Behbudovaya rəsmi buraxılış sənədini vermiş, ondan isə yenidən rüşvət istəmiş, gətirmədiyi halda isə İXM-nin 333.1-ci maddəsi ilə cərimə ediləcəyini və həmin cərimənin sistemə yerləşdirəcəyini qeyd etmişdir. Beləliklə, onun telefonuna xx.xx.2024-cü il tarixdə sms daxil olaraq xx.xx.2024-cü il tarixdə İXM-nin 333.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməsi barədə məlumat verilmişdir. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərara xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X8 şikayətinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, onun barəsində qəbul edilmiş qərar əsassızdır. Belə ki, o, həmin gün deyil, əvəlki gün spirtli içki qəbul etmişdir. Lakin, müayinə zamanı onun hadisə günü ayıq olduğu sübut edilmişdir. Onun heç bir inzibati xəta əməli törətmədiyini nəzərə alaraq, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərara xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail rayon Polis İdarəsinin X14 şöbəsinin YNH üzrə inspektoru X4 bildirmişdir ki, X8 xx.xx.2024-cü il tarixdə saat 02:17 radələrində istifadəsində olan "Porsche Cayenne E-Hybrid” minik markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Səbail rayonu, Badamdar qəsəbəsi Neftçilər küçəsi istiqamətində hərəkətdə olarkən o, saxlanılmış, lakin şəxsiyyətini müəyyən etmək məqsədilə sənədlərin tələb edilməsinə baxmayaraq, o, sənədlərini təqdim etməmişdir. Sonra polis əməkdaşları tərəfindən xüsusi ölçmə cihazı vasitəsilə onun yüngül dərəcəli sərxoşluğu aşkar edilmişdir. Şikayət vermiş şəxs həkim müayinəsinə dəvət olunaraq orada da müayinə olunmağa dəvət edilsə də, o, bundan imtina etmişdir. Onun imtinası nəzərə alınmaqla, avtomobilin duracağa təmin edilməsi üçün tədbirlər görülmüş və duracaqda inzibati xətanı törətmiş şəxsin şəxsiyyəti müəyyən olunmuşdur. Belə ki, onun ilkin müayinə edilməsi və təkrar müayinəsi arasında keçmiş zaman kəsiyində aşkar olunmuş yüngül dərəcəli sərxoşluq vəziyyətinin aradan qalxması mümkün hesab edilir. Qeyd edilən fakt onun ilkin müayinə zamanı sərxoş olması halını şübhə altına qoya bilməz. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini və qərarın qüvvədə qalmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş şahid X7 izahatında bildirmişdir ki, "Porsche Cayenne E-Hybrid” minik markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibəsidir. xx.xx.2024-cü il tarixdə sürücüsü X8 YPX tərəfindən saxlanılarkən ona zəng etmiş və bu hadisə barədə məlumat vermişdir. O, dərhal sürücüsünə elektron qaydada onlayn etibarnamə vermişdir. Həmçinin, onun içkili olubolmadığına canlı şahid olmaq üçün hadisə yerinə getmişdir. Orada X1 vəziyyətinin bir daha yoxlanılmasını polis əməkdaşından tələb etsə də, polis yoxlamaqdan imtina etmişdir. Bundan əlavə, YPX əməkdaşı nəqliyyat vasitəsini duracağa təmin edilməsinin zəruri olduğunu bildirmiş və avtomobili onun etirazına məhəl qoymadan duracağa təmin etmişdir. Belə ki, ona təhvil aktı imzalatmadan avtomobili duracağa polis tərəfindən aparılmış, avtomobilini tələb etdikdə ondan 1300 manat rüşvət verməsi tələb edilmiş və o, “102” zəng mərkəzinə müraciət etdikdən 2 gün sonra nəqliyyat vasitəsini geri götürə bilmişdir. X8 özü narkoloji dispanserə müraciət etmiş və təkrar müayinə zamanı sonuncunun sərxoş olmadığı aşkar olunmuşdur. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* inzibati tənbehvermə haqqında qərara əsasən, xx.xx.2024-cü il tarixdə saat 02:17 radələrində istifadəsində olan “Porsche Cayenne E-Hybrid” minik markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Səbail rayonu, Badamdar qəsəbəsi Neftçilər küçəsi istiqamətində hərəkət edən zaman işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozulması, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi və nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 400 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş CD diskdə olan video-görüntülərdən aydın olur ki, xx.xx.2024-cü il tarixdə YPX əməkdaşı "Porsche Cayenne E-Hybrid” minik markalı **-FB- *** dövlət qeydiyyat nişanlı avtomobili duracağa təmin etmək istəmiş, avtomobilin mülkiyyətçisi X7 hadisə yerinə gələrək buna etirazını bildirmiş və avtomobilin mülkiyyətçisi olduğunu bildirmişdir. Həmçinin, YPX əməkdaşı avtomobilin sahibinə sürücünün sərxoş olması səbəbindən saxlama əmri verdiyini bildirdikdə, sürücü cavab olaraq dünən spirtli içki qəbul etdiyini bildirir. İş materiallarına əlavə edilmiş alkotester müayinəsinə dair xx.xx.2024-cü il tarixli 93004299 saylı qəbzə əsasən, həmin tarixdə saat 01.26 radələrində X6 0.526 promil alkoqol sərxoşluğu aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli 2/49623 saylı akta əsasən, həmin tarixdə saat 04:02 radələrində X6 alkoqol sərxoşluğu aşkar olunmamışdır. Beləliklə, X5 şikayətinin dəlillərini işdə olan sübutlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, şikayətçi X8 xx.xx.2024-cü il tarixdə saat 02:17 radələrində istifadəsində olan "Porsche Cayenne E-Hybrid” minik markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi istiqamətində hərəkət edən zaman nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi və nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə iclası zamanı X5 xx.xx.2024-cü il tarixdə saat 01:26-da aparılmış müayinə nəticəsində sərxoş olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında izahat verən qərardan şikayət vermiş şəxsin videogörüntüdə səsləndirdiyi “mən bu gün spirtli içki içməmişəm” sözlərinə münasibətdə isə bir gün əvvəl bir qədəh pivə içdiyini qeyd etməsini, həmçinin sərxoşluq vəziyyətinin yüksək dərəcədə olmadığını nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, keçmiş vaxt ərzində onun təkrar müayinə zamanı sərxoş olmaması müəyyən edilə bilərdi. Belə ki, məhkəmə hesab edir ki, Səbail rayon Polis İdarəsinin X14 şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında tənbeh vermə qərarı qanuni və əsaslı olduğundan X5 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iş üzrə 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X5 şikayəti təmin edilməsin. Səbail rayon Polis İdarəsinin X14 şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. İş üzrə 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2860/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2860/2024
30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver