Məhkəmə qərarları › İş №3(002)-2862/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2862/2024

23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2862/2024 23.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 1-ci ərazi X8 İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 1-ci ərazi X8 İdarəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 barəsində Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 1-ci ərazi X8 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev prospekti, 18 saylı yataqxananın yanı, ev 11, mənzil 2 ünvanında yerləşən, ********** saylı VÖEN ilə fəaliyyət göstərən X4 məxsus "Caspian Fish" balıq mağazasında planlı yanğın-texniki müayinə keçirilməsi nəzərdə tutulmasına baxmayaraq, sözügedən obyektin rəhbərliyi tərəfindən planlı yanğın-texniki müayinə keçirilməsinə məqsədyönlü şəkildə şərait yaradılmamışdır. Göstərilənlərə əsasən, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 1-ci ərazi X8 İdarəsinin nümayəndəsi X2 protokolu müdafiə edərək bildirdi ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən xx.xx.2024-cü il tarixli, KY242136321 nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev prospekti, 18 saylı yataqxananın yanı, ev 11, mənzil 2 ünvanında yerləşən, ********** saylı VÖEN ilə fəaliyyət göstərən X4 məxsus "Caspian Fish" balıq mağazasında xx.xx.2024-cü il tarixdə planlı yanğın-texniki müayinə keçirilməsi nəzərdə tutulmasına baxmayaraq, sözügedən obyektin rəhbərliyi tərəfindən planlı yanğın-texniki müayinə keçirilməsinə məqsədyönlü şəkildə şərait yaradılmamışdır. Göstərilənlərə əsasən, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin suallarına cavab olaraq X2 bildirdi ki, müvafiq yoxlamanın aparılmasına dair xx.xx.2024-cü il tarixdə sahibkar X4 telefon zəngi vasitəsilə məlumat verilmiş, lakin o, üzrlü səbəbdən yoxlamanın aparılmasında iştirak edə bilməyəcəyini bildirdiyindən, yoxlama növbəti tarixə təxirə salınmışdır. Lakin, xx.xx.2024-cü il tarixə təxirə salınmış yoxlamanın aparılması üçün yenidən X4 zəng vasitəsilə müraciət olunsa da anoloji səbəb göstərərək tərəfindən yoxlamanın aparılmasına məqsədyönlü şəkildə şərait yaradılmamışdır. Obyektin qapısı açıq olduğundan həmin tarixdə obyektin videogörüntüsü qeydə alınmışdır və bu faktı təsdiq edəcək sübut isə yalnız bu görüntülərdən ibarətdir. Bundan əlavə qeyd etdi ki, həmin yoxlamaların aparılacağı barədə sahibkara müvafiq xəbərdarlıqlar məhz telefon zəngləri vasitəsilə edilmiş, hər hansı rəsmi bildiriş onun ünvanına göndərilməmişdir. Bunun səbəbi isə sahibkar X5 daha öncədən tanıması olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 bildirdi ki, ona xx.xx.2024-cü il tarixdə səlahiyyətli orqanın nümayəndəsi tərəfindən yoxlama aparılacağına dair telefon zəngi vasitəsilə məlumat verilmiş, o isə xəstəxanada olması səbəbindən iştirak edə bilməyəcəyini bildirmişdir. Obyektdə keçirilmiş yoxlamaların inzibati xəta haqqında protokolda xx.xx.2024-cü il tarixdə aparılması qeyd olunsa da, yoxlama aparılması üçün səlahiyyətli orqanın əməkdaşı xx.xx.2024-cü il tarixdə oraya gəlmişdir. Ona yoxlamanın aparılması üçün yalnız 1 dəfə, xx.xx.2024-cü il tarixdə zəng olunmuşdur. Həmçinin, onunla əlaqə saxlanılan zaman qeyd olunan tarixdə üzrlü səbəbdən yoxlamada iştirak edə bilməyəcəyini, nəzərdə tutulmuş yoxlamanın təxirə salınmasını xahiş etmişdir. Lakin, həmin tarixdə barəsində protokol tərtib olunmuşdur. Onun, yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsi, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan obyektə baxış keçirilməsinə mane olma hallarına yol vermədiyini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev prospekti, 18 saylı yataqxananın yanı, ev 11, mənzil 2 ünvanında yerləşən, ********** saylı VÖEN ilə fəaliyyət göstərən X4 məxsus "Caspian Fish" balıq mağazasında planlı yanğın-texniki müayinə keçirilməsi nəzərdə tutulmasına baxmayaraq, sözügedən obyektin rəhbərliyi tərəfindən planlı yanğın-texniki müayinə keçirilməsinə məqsədyönlü şəkildə şərait yaradılmamışdır. Göstərilənlərə əsasən, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş videogörüntüdən aydın olur ki, Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 1-ci ərazi X8 İdarəsinin nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev prospekti, 18 saylı yataqxananın yanı, ev 11, mənzil 2 ünvanında yerləşən, X4 məxsus "Caspian Fish" balıq mağazasında planlı yanğın-texniki müayinə keçirilməsi ilə bağlı gəlmiş və sözügedən obyektin rəhbərliyi tərəfindən planlı yanğın-texniki müayinə keçirilməsinə məqsədyönlü şəkildə şərait yaradılmadığını bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3, səlahiyyətli orqanın nümayəndəsinin izahatını, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 1-ci ərazi X8 İdarəsi tərəfindən planlı yanğın-texniki müayinə keçirilməsi nəzərdə tutulmasına baxmayaraq, səlahiyyətli orqan tərəfindən bu barədə sahibkara öncədən rəsmi məlumat verilməmişdir. Tərəflərin izahatına əsasən müəyyən olunmuşdur ki, X6 onunla əlaqə saxlanılan zaman yoxlamada iştirak edə bilməyəcəyini bildirmiş, bu səbəbdən yoxlamanın təxirə salınmasını xahiş etmişdir. Hazırki məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokolu tərtib edən şəxs sahibkara planlı yoxlama aparılacağı haqqında məlumatı yalnız telefon zəngi vasitəsilə verdiyini bildirsə də, bunu təsdiq edəcək mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə sahibkar öncədən məlumatlı olmadığı və aparılması nəzərdə tutulmuş yoxlamada iştirak edə bilməməsi halını səlahiyyətli orqan əsassız olaraq “sahibkarın planlı yanğın-texniki müayinə keçirilməsinə məqsədyönlü şəkildə şərait yaratmaması” kimi qiymətləndirmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikasının Qanununun 20.5-ci maddəsinə əsasən yoxlama yalnız sahibkarın iş vaxtında və iş günlərində aparılmalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikasının Qanununun 4-2.1.6-cı maddəsinə əsasən yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq yoxlama zamanı yoxlayıcının vəzifələridir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən yoxlama yalnız sahibkarın iş vaxtında və iş günlərində sahibkarın yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvanda (yoxlamanın aparıldığı ünvan yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilir) aparılır. Yoxlama tədbirləri sahibkarın normal iş rejimini pozmamalıdır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar