Məhkəmə qərarları › İş №3(002)-288/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-288/2021

29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-288/2021 29.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, xx xxxxx 1976-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, 2-ci qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X7 borclu Şəxs barəsində protokol tərtib edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12057/2019 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli və 2(103)-9224/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra vərəqələrini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9224/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1303/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi cavabdeh Şəxs xx xxxxxx 2014-cü il təvəllüdlü X4, xx xxx 2017-ci il təvəllüdlü Şükürlü Nuray Tehran qızının və xx xxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilərək, alimentin məbləği hər ay hər uşaq üçün 70 manat olmaqla, cəm 210 manat məbləğində müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12057/2019 nömrəli, 23 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən xx xxxxxx 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay 70 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İcra sənədləri şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarlar qəbul edilərək, icra sənədinin könüllü icra edilməsi üçün borclunun ünvanına, məlumat üçün isə icraata başlamaq haqqında qərarın surəti tələbkarların ünvanına və məhkəməyə göndərilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9224/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12057/2019 nömrəli, 23 sentyabr 2019-cu il tarixli icra sənədlərinə əsasən şöbənin icraatında olan icra sənədləri ümumi icraatda 172980/2019 nömrə ilə birləşdirilməsi qərara alınmış və icra sənədlərinin icrası ona həvalə edilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun adına əmlak vəziyyətinin və gəlirinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, onun adına hər hansı əmlak müəyyən edilməsə də, lakin müəyyən olunmuşdur ki, borclu Şəxs 229 manat əlilliyə görə pensiya alır. Borclunun razılığı ilə onun 230 manat gəlirininin 210 manat hissəsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9224/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədinin icrasına yönəldilmişdir. Qeyd olunan icra sənədi ilə bağlı vaxtı-vaxtında tələbkarın xeyrinə ödənişlər olunur və həmin icra sənədinə əsasən heç bir borc yaranmamışdır. Lakin, borclu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən ödənilməli olan aliment borcu xx.xx.2021-ci il tarixə kimi 1260 manat məbləğində olmuşdur. Həmin icra sənədi ilə bağlı borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Borclunun xx.xx.2021-ci il tarixdə izahatı alınmış, borclu izahatında 230 manat gəlirinin 210 manat hissəsini alimentə görə tutulduğunu bundan artıq aliment ödəməyə imkanının olmadığını və oğlu şükürlü Səidin faktiki olaraq onun himayəsində olduğundan etmədiyini bildirmişdir. Həmçinin bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12057/2019 nömrəli, 23 sentyabr 2019-cu il tarixli icra sənədini icrası ilə bağlı xx.xx.2019-ci il tarixdə şahidlərin iştirakı ilə Şəxs məxsus yaşadığı ünvana baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Səid Şükürlü atası ilə anansının nikahı pozulduğu vaxtdan həqiqətən də atası Şəxsla birgə qeyd olunan ünvanda yaşayır və anasının yanına getmək istəmir. Buna baxmayara qanunu qüvvəyə minmiş məhkəmə qətnanəsi borclu tərəfindən icra edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9224/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1303/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi cavabdeh Şəxs xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2017ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, cavabdeh Şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay, hər uşaq üçün 110 manat məbləğində, cəmi 330 manat sabit pul məbləğində aliment tutulması hissəsində dəyişdirilərək, alimentin məbləği hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 210 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 12057/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək qədər saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay 70 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Barəsində inzibati tənbeh barədə protokol tərtib edən icra məmuru X1 qətnamənin icra edilməməsinin səbəbini bilavasitə araşdırarkən Akt tərtib etmişdir ki, həqiqətən də, tələbkar Zərərçəkmiş şəxs ilə birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X8 hazırda onun himayəsindədir, uşağı könüllü olaraq anasının himayəsinə vermək istəsə də, uşaq ona çox bağlı olduğundan anası ilə yaşamaq istəməmişdir. Ona görə də onun saxlanılması üçün bütün xərclər tərəfindən ödənilir. Sözügedən qətnamədə yalnız aliment ödənişi deyil, məhz uşağın ananın himayəsinə verilməsi də nəzərdə tutulmuşdur, İcra məmura qətnamənin həmin hissədə icra edilməməsinin ondan asılı olmayan səbəblərdən olduğunu bildiyindən dəfələrlə uşağın anası ilə yaşamasını təmin etmək istəsə də, bunu məcburi qaydada, uşağın iradəsinə zidd formada icra edə bilməmiş və müvafiq akt tərtib etmişdir. Həmçinin icra məmuruna dəfələrlə müraciət edərək sözügedən qətnamənin icrası üçün əmək pensiyasından ödəniş tutulmasını xahiş etsə də, xahişi nəzərə alınmamış və onun tərəfimdən qərəzli olaraq məhkəmə qətnaməsinin icra edilməməsi barədə protokol tərtib etməkdə haqlı olmamışdır. Ona görə də hesab edir ki, icra məmurunun onun barəsində tərtib etdiyi inzibati tənbeh haqqında protokol qanunsuzdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9224/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi tərəfindən hər hansı qərəz olmadan icra edilir. Lakin, həmin məhkəmənin 2(103)- 12057/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi isə heç bir qərəz olmadan yuxarıda sadalanan səbəblərə görə məhz icra məmuru tərəfindən qismən icrası həyata keçirilmir. Hazırda da həmin 70 manat olan aliment ödənişinin əmək pensiyasına yönəldilməsinə etiraz etmir və qərəzli olaraq həmin borcdan yayınmır. Onun Azərbaycan Respublikasının ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli rəyinə əsasən, “langerhans hüceyrələrinin çoxsaylı və çoxsistemli bədxassəli yenitörəməsi. TH12-L2 fəqərələr-və ətraf yumşaq toxumaların X histiositozu. Sümüklərin çoxsaylı zədələnməsi ilə İV mərhələ” diaqnozu İlə ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Ona görə də keçirdiyi ağır xəstəlik ilə fiziki cəhətdən normal insanlar kimi fərdi əməklə məşğul olaraq əlavə gəlir əldə etməyi mümkün deyil. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil çıxış edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyim Şəxs izahatında göstərdiklərini müdafiə edirəm. Ona görə də göstərilənlərin nəzərə alınaraq Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edirəm. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9224/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1303/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi cavabdeh Şəxs xx xxxxxx 2014-cü il təvəllüdlü X4, xx xxx 2017-ci il təvəllüdlü Şükürlü Nuray Tehran qızının və xx xxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilərək, alimentin məbləği hər ay hər uşaq üçün 70 manat olmaqla, cəm 210 manat məbləğində müəyyən edilmişdir. İcraata başlama haqqında xx xxxxxx 2019-cu il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9224/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12057/2019 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən xx xxxxxx 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay 70 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İcraata başlama haqqında xx xxxxxx 2019-cu il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9224/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs göndərilmişdir. Bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9224/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12057/2019 nömrəli, 23 sentyabr 2019-cu il tarixli icra sənədlərinə əsasən şöbənin icraatında olan icra sənədləri ümumi icraatda 172980/2019 nömrə ilə birləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 3(002)-288/2021 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-470/2021 nömrəli, xx xxxxxx 2021-ci il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Şəxsin kartoçkasından görünür ki, borclunun heç bir əmanəti, əmlakı müəyyən edilməmiş, lakin borclu Şəxs əlilliyə görə 230 manat pensiya aldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12057/2019 nömrəli, 23 sentyabr 2019-cu il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9224/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədlərinin icra edilməməsinə əsaslanaraq məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi və beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iddia edilmişdir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu Şəxs heç bir heç bir əmanəti, əmlakı və işi olmamaqla əlilliyə görə aldığı 230 manat pensiyanın 210 manat hissəsi onun özünün razılığı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9224/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən hər bir uşağa görə 70 manat olmaqla ümumilikdə 210 manat müəyyən edilmiş aliment öhdəliklərinin ödənilməsinə yönəldillməklə hər ay vaxtı vaxtında icra edilmiş və həmin icra sənədinə əsasən hər hansı aliment borcu yaranmamışdır. Bundan əlavə barəsində inzibati icraat aparılan şəxs izahatlarında könüllü olaraq mövcud borcun onun pensiyasına yönəldilməklə digər Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9224/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Belə olan halda Azərbaycan Respublikası “İcra Haqqında” qanununun 43-cü maddəsinin tələblərinə uyğun olaraq icra məmuru tələbin borclunun pensiyasına yönəldilməsi kimi üzərinə qanunvericiliyin imperativ olaraq qoyduğu vəzifələri yerinə yetirmədən, birbaşa olaraq borclu barəsində əsassız inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün məhkəməyə göndərmişdir. Göstərilən hallar borclu Şəxs tərəfindən icra sənədlərinin icrasından yayınmağa çalışmadığını göstərir. İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət məhkəmə qətnaməsinin icra edilmədiyi bütün hallar üçün yox, yalnız qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin üzrlü səbəblər olmadan yerinə yetirilməməsi halında yaranır. Hazırkı halda isə Şəxs hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən boyun qaçırılması faktı aşkar edilməmişdir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar