Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-288/2023 22.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi ilə, Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin etinarmamə üzrə nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 2000-ci ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağstafa rayonu, Zəlimxan kəndində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İsmayılov küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 13 iyul 2022-ci il tarixdə, saat 21:46 radələrində idarə etdiyi “Opel Astra” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə müvafiq icazə olmadan xüsusi (çoxavazlı) sayrışan işıq siqnalları quraşdırmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Şəxs 13 iyul 2022-ci il tarixdə, saat 21:46-da, “Opel Astra” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan məlumatı var, lakin protokolla razılaşmır. “Opel Astra” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Sosial şəbəkədə yayımlanan videogörüntü ilə əlaqədar bildirmişdir ki, həmin görüntünü 2022-ci ilin iyul ayında “Tiktok” sosial şəbəkəsində paylaşmışdır. Hadisə ilə bağlı “Cavanşir” körpüsündə Yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış və maşını duracağa təmin edilmişdir. Lakin həmin vaxt maşının üzərində heç bir əlavə quraşdırılmış xüsusi sayrışan işıq siqnalları olmamışdır. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb qeyd edir ki, toplanmış sübutlarla Şəxs təqsiri tam sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13 iyul 2022-ci il tarixdə, saat 21:46 radələrində idarə etdiyi “Opel Astra” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə müvafiq icazə olmadan xüsusi sayrışan işıq siqnalları quraşdırmışdır. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlama barədə 24 yanvar 2023-cü il tarixli, GP ******* nömrəli qərardaddan görünür ki, Şəxs sosial şəbəkələrdə paylaşdığı videogörüntülər əsasında onun əməlində İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğu nəzərə alınaraq qeyd olunan fakt əsasında inzibati araşdırma başlanılmışdır. İş materiallarında olan 02 fevral 2023-cü il tarixli aktdan görünür ki, Şəxs məxsus “Opel Astra” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə quraşdırılmış xüsusi sayrışan işıq siqnalı həmin tarixdə götürülərək Bakı şəhəri BPİ DYPİnin maddi saxlanc otağına təhvil verilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış haqqında 02 fevral 2023-cü il tarixli, ******* nömrəli protokoldan görünür ki, Bakı şəhəri BPİ DYPİ-yə bilavasitə tabe olan YPXAnın BYPX baş inspektoru, polis mayoru X1, Şəxs və hal şahidlərinin iştirakı ilə “Opel Astra” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sosial şəbəkələrdə paylaşdığı video görüntülərə baxış zamanı onun üzərində sayrışan işıqların quraşdırılması aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş 01 ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, “Opel Astra” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə xüsusi sayrışan işıq siqnalı quraşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 342.9-cu maddələrinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək “Opel Astra” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə quraşdırılmış xüsusi sayrışan işıq siqnalı müsadirə edilməklə 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası xüsusi (çoxavazlı) səs və sayrışan işıq siqnallarının müsadirə edilməsi hissəsində Bakı şəhər BPİ-nin DYPİ-nə, inzibati cərimə tənbehinin tətbiq edilməsi hissəsində Ağstafa rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-288/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-288/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver