Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2883/2024 08.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, ARDİN Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Bakı Beynəlxalq Dəniz Ticarəti X6 Bölməsinin polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili X1 iştirakları ilə, 07 may 1984-cü ildə Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan Respublikası vətəndaşı, evli, Gürcüstan Respublikası, Batumi şəhəri, Leonidze küçəsi, ev 73 ünvanında qeydiyyatda olan və Gürcüstan Respublikası, Kutaisi şəhəri, Koqi Demetradze, ev 83 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 06 oktyabr 2024-cü il tarixdə saat 20:30 radələrində Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı ərazisində narkotik maddə sərxoşluğundan şübhəli bilindiyi üçün saxlanılmış, narkotik vasitə qəbul edib-etmədiyini müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika narkoloji mərkəzindən müayinədən keçirilmiş və Şəxs narkotik vasitə olan THC+, MOP+, MTD+ qəbul etməsi müəyyən edilmişdir. Qeyd edilənlərlə bağlı ARDİN Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Bakı Beynəlxalq Dəniz Ticarəti X6 Bölməsinin polis mayoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə MN serialı ******* nömrəli 07 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında ARDİN Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Bakı Beynəlxalq Dəniz Ticarəti X6 Bölməsinin polis mayoru X5 bildirmişdir ki, Şəxs 06 oktyabr 2024-cü il tarixdə saat 20:30 radələrində Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı ərazisində narkotik maddə sərxoşluğundan şübhəli bilindiyi üçün saxlanılmış, narkotik vasitə qəbul edib-etmədiyini müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika narkoloji mərkəzindən müayinədən keçirilmiş və Şəxs narkotik vasitə olan THC+, MOP+, MTD+ qəbul etməsi müəyyən edilmişdir. Protokolu müdafiə edir və Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, yaşadığı ölkədə narkotik vasitənin istifadəsi leqal olduğu üçün təxminən 5-6 aya yaxındır müxtəlif narkotik vasitə istifadə etmişdir. Azərbaycanda qadağan olmasını bilməmişdir. Əməlindən səmimi peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şəxs vəkili X2 barəsində inzibati iş üzrə icraat aparılan şəxsin xarici ölkə vətəndaşı olmaqla Azərbaycan Respublikası ərazisində məsuliyyətə səbəb olduğunu bilmədiyindən inzibati xətaya yol verdiyini, əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli 6702 saylı rəyindən görünür ki, Şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmədə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə düzgün tövsif edilmişdir və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla, tibbi müayinə protokolu ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə müvafiq olaraq Şəxsnun törətdiyi əməldən səmimi peşman olması məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən olunur. İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müvafiq olaraq Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Törədilmiş inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən hallar, əməlindən səmimi peşmançılıq hissi keçirməsini nəzərə alaraq sonuncu barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2883/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2883/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver