Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2887/2024 29.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Şikayət verən şəxs X2 iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 4GCGMFF), Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yaşayan X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin polis X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin polis X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ Polis X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP6787127 saylı inzibati xəta haqqında qərarı əsasında İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1200 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyildir və barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.Belə ki, barəsində tərtib edilmiş qərarda qeyd edilir ki, o xx.xx.2024-cü ill tarixdə saat 23:24-də idarə etdiyi “FORD CARGO YÜK” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 353.2-ci maddəsində nəzədə tutulmuş İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Bildirir ki, xx.xx.2024-cü il tarixdə avtomobildə yük olarkən polis əməkdaşları tərəindən saxlanılmış, avtomobili çəkilərək avtomobildə artıq yük olmasını bildiormişlər və bu barədə protokol tərtib edilmişdir. DYP postunda isə onun avtomobilini çəkdikləri zaman müəyyən edilmişdir ki, avtomobil yüklə birlikdə çəkisi 30040 tondur. Avtomobilimin yüklə icazə verilən çəkisi 33 ton 100 kiloqran olduğunu bildirsə də heç bir artıq çəki olmadığı halda onun barəsində protokol tərtib edilmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə də onun avtomobilində artıq yük olması barədə protokol tərtib edilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə onun İXM-nin 353.5-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Həmçinin barəmdə inzibati protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin bir sıra tələbləri pozulmuş, inzibati xəta haqqında protokolda və qərarda nəqliyyat vasitəsinin oxa düşən parametlərinə dair tələblərin pozulması faktının nəyin əsasında müəyyən edildiyi göstərilməmişdir. Əgər hər hansı texniki vasitələrdən istifadə olunaraq bu cür pozuntu halı müəyyən edilmişdirsə həmin texniki vasitənin göstəriçisi, tipi, markası, modeli, yerləşdiyi yeri və həmin vasitənin serfikatının olub-olmaması göstərilməlidir. Bundan başqa inzibati xəta haqqında protokolda nəqliyyat vasitəsinin oxa düşən yükü icazə verilən kütləsi müəyyən edilmiş halları aşması barədə hər hansı bir qeyd aparılmamışdır.Qeyd edilənlərə əsasən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək barəsində qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir . İnzibati xəta haqqında qərarı tərtib edən orqan işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndənin iştirakını təmin edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdirr. Məhkəmə AR İXMnin 112.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında qərarı tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə “Ford Cargo” yük markalı **-LX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşınan yükün 30 ton 40 kiloqram çəkidə olduğu müəyyən edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, nəqliyyat vasitəsinin maksimal daşıya biləcəyi kütlənin 33 ton 100 kq olduğu qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin polis X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar əsassız olduğundan ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, **********0204 nömrəli qəbzdə olan qeydlərdə “Ford Cargo” yük markalı **- LX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşınan yükün çəkisi 30 ton 40 kiloqram olması öz əksini tapsa da, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, nəqliyyat vasitəsinin maksimal daşıya biləcəyi kütlənin 33 ton 100 kq olduğu qeyd edilmişdir. Bununla da nəqliyyat vasitəsinə icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrləri aşılmamışdır. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibinin olması təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin polis X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar ləğv edilsin və X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2887/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2887/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver