Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-289/2021 26.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin sahə inspektoru, polis kapitanı X1 zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, orta təhsilli, ailəli, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, M.Seyidov küçəsi ATSin binasında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis bölməsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” 15 yanvar 2021-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 25 yanvar 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07.01.2021-ci il tarixdə ünvan 1 ünvanının qarşısından dəyəri 200 manat olan vətəndaş Fariz Səfərova məxsus velosipedi oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin sahə inspektoru polis kapitanı X3 məhkəmə iclasında protokola uyğun çıxış edərək bildirmişdir ki, vətəndaş Şəxs əməlində cinayət tərkibi olmadığından 15 yanvar 2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, bundan sonra izahatı alınmış və törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bildiyini qeyd edib, izahatında bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, M.Seyidov küçəsi ATS-in ailəsi ilə birlikdə yaşayır. 07.01.2021-ci il tarixdə, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 30D ünvanın qarşısından 1 ədəd velosiped oğurlayaraq oradan uzaqlaşmış və həmin velosipedi səhərisi gün “Tap.az” sayt vasitəsilə tanımadığı şəxsə 30 manat satmışdır. Son olaraq əməlindən səmimi peşmançılıq çəkdiyini qeyd edib barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında çıxışında göstərmişdir ki, o, ünvan 2 ünvanında ailə üzvlər ilə birlikdə yaşayır. 2020-ci ilin yaz aylarında azyaşlı oğlu X4 200 manat dəyərində iki təkərli, qara rəngli velosiped almışdır. Oğlu hər gün velosipedi sürdükdən sonra yaşadıqları binanın kənarında, mənzillərinin qarşısında saxlayırmış. 07.01.2021-ci il tarixdə səhər saat 09 radələrində evdən çıxarkən oğluna məxsus velosipedin yerində olmadığını görmüş və bundan sonra Polis Bölməsinə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Həmçinin bildirmişdir ki, oğluna məxsus velosipedin markası bardə məlumatı yoxdur, lakin velosiped qara rəngli olmuş, velosipedin sol tərəfdən rulunda plastmas tutacağı qırılmış vəziyyətdə olmuş və oturacaq hissəsinin isə vinti yeyilmişdir. Son olaraq Şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmədiyindən sonuncudan şikayətçi olduğunu və sonuncu barəsində həbslə əlaqədar cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 yanvar 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədən şəxs Şəxs tapılaraq inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyatı üzrə Qaradağ RPİ-nin 38-ci PB-nə, habelə əlavə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün 38-ci PB-nin cinayət-axtarış qrupuna göndərilməsi qərara alınmışdır; 15 yanvar 2021-ci il tarixli qərardaddan görünür ki, Şəxs müəyyən olunaraq məsuliyyətə cəlb etmək məqsədi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsində nəzərdə tutulan qaydada inzibati icraat açılmışdır. 25 yanvar 2021-ci il tarixli, AZA № 010349 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdə saat 17:40-dan məhdudlaşdırılmış və o, 26 yanvar 2021-ci il tarixdə saat 10:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-cü maddəsinə əsasən bu məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 07.01.2021-ci il tarixdə ünvan 1 ünvanının qarşısından dəyəri 200 manat olan vətəndaş Fariz Səfərova məxsus velosipedi oğurlamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, onun 25.01.2021-ci tarixdə 01 gün tutma altında saxlanıldığı müddət nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Şəxs 25.01.2021-ci tarixdə 01 gün tutma altında saxlanıldığı müddət nəzərə alınsın və sonuncu barəsində tətbiq edilən inzibati həbsin müddəti 29 (iyirmi doqquz) gün həddində müəyyən edilsin. Həbsetmənin əvvəli 26 yanvar 2021-ci il tarixdən saat 14:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ RPİ-nə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-289/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-289/2021
26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver