Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-289/2025 14.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs-nin nümayəndəsi X2 iştirakı ilə, AZ1063, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ştq, Lökbatan qəsəbəsi, ev Sədərək Ticarət Mərkəzi, Heybət D/Y st-nın cənubu, Lökbatan-Xocasən yolunun cənub şərq hissəsi 2, ərazi 14, sıra 4, korpus 122 № ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan 11 fevral 2025-cü il tarixli EP ******* №-li protokoldan aydın olur ki, Şəxs 115797.00 ABŞ dolları məbləğində vəsaiti 25 yanvar 2023-ci il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də 108029.80 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 26 yanvar 2025-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə həmin təşkilat barəsində barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs-nın nümayəndəsi X6 Şəxs barəsində tətbiq edilmiş potokolu qəbul etməyərək öz izahatında göstərmişdir ki, Şəxs ilə Türkiyə Respublikasının “X9 Tic LTD” şirkəti ilə bağlanmış 14 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən Respublikasının “X9 Tic LTD” şirkəti “Rnxland” və “Lyxe” markalarının dezodarant və anitperisperant məhsullarını Şəxs-yə satmağı öz üzərinə götürmüş, buna uyğun olaraq da 25 yanvar 2023-cü il tarixdə 115797.00 ABŞ dolları məbləğini "xxxx" KB vasitəsilə satıcının təchizatçısı “X5 T.A.O”-yə köçürmüşlər. Qeyd olunan yüklər 31 oktyabr 2024-cü il və 18 dekabr 2024-cü il tarixli iki gömrük bəyannaməsi ilə rəsmişləşdirilərək ölkəyə idxal edilmişdir. Belə ki, işdə olan 31 oktyabr 2024-cü il tarixli, **********8764 soğru nömrəli gömrük bəyannaməsindən aydın olur ki, Lyxe (rlx time) 200 ml - 58368 ədəd, Lyxe (rlx time) 150 ml -78528 ədəd, Lyxe (of london) 150 ml -16896 ədəd, Lyxe (of london) 200 ml - 12864 ədəd 57120,00 ABŞ dolları məbləğində fərdi təyinatlı dezodorantlar 31 oktyabr 2024-cü il tarixdə Qırmızı Körpü gömrük postundan keçirilərək İpək Yolu gömrük postunda rəsmiləşdirilmişdir. Bundan başqa 18 dekabr 2024-cü il tarixli, **********1797 soğru nömrəli gömrük bəyannaməsindən aydın olur ki, Lyxe 150 ml 58848 ədəd, 200 ml 52512 ədəd 49798,56 ABŞ dolları məbləğində Lyxe markasına aid dezodorantlar və antiperisperantlar 18 dekabr 2024-cü il tarixdə Qırmızı Körpü gömrük postundan keçirilərək İpək Yolu gömrük postunda rəsmiləşdirilmişdir. Gömrük borkeri səhvən həmin bəyannamələrdə 14 noyabr 2022-ci il tarixli müqavilənin yerinə 20 sentyabr 2024-cü il tarixli müqaviləni qeyd etmişdir. "xxxx" KB ASC avans məbləğinin ödənilməsindən bir il on bir ay müddət keçməsinə baxmayaraq xaricə köçürülmüş vəsaitin müqabilində idxal edilmiş malın təsdiq edici sənədinin banka təqdim edilmədiyini əsas gətirərək şirkətə 25 dekabr 2024-cü il tarixdə bildiriş məktubu göndərmiş, malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilmədiyini qeyd edərək avans köçürmələri barədə məlumatı aidiyyatı üzrə Mərkəzi Banka təqdim etmişdir. Mərkəzi Bank da öz növbəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə müraciət etmişdir. Qeyd etmişdir ki, Şəxs-nin direktoru X4 15 yanvar 2025-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə ərizə ünvanlayaraq **********8764 soğru nömrəli gömrük bəyannaməsində xx.xx.2022-ci il tarixli müqavilənni yerinə xx.xx.2024-cü il qeyd olunmalı olduğundan, həmin bəyannamədə müvafiq düzəliş edilməsini xahiş etmişdir. Həmçinin təmsil etdiyi şirkətin direktoru X4 14 fevral 2025-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə ərizə ünvanlayaraq **********1797 soğru nömrəli gömrük bəyannaməsində xx.xx.2022-ci il tarixli müqavilənni yerinə xx.xx.2024-cü il qeyd olunmalı olduğundan, həmin bəyannamədə müvafiq düzəliş edilməsini xahiş etmişdir İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində "Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə" cərimə nəzərdə tutulmuşdur. Lakin yuxarıda qeyd etdiklərindən aydın olur ki, faktiki olaraq mallar ölkəyə idxal edildiyinə və pul vəsaiti qabaqcadan ödənildiyinə görə burada həmin maddə üzrə inzibati xəta elementi yoxdur. Odur ki, öz izahatında təmsil etdiyi şirkətin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və nümayəndənin təqdim etdiyi sənədləri araşdırıb hesab edir ki, Şəxs-nin törətdiyi inzibati xəta iş materialları ilə sübuta yetirilmədiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs ilə Türkiyə Respublikasının “X9 Tic LTD” şirkəti ilə bağlanmış 14 noybar 2022-ci il tarixli müqaviləyə əsasən Türkiyə Respublikasının “X9 Tic LTD” şirkəti “Rnxland” və “Lyxe” markalarının dezodarant və anitperisperant məhsullarını Şəxs-yə satmağı öz üzərinə götürmüşdür. İş materiallarında olan 31 oktyabr 2024-cü il tarixli, **********8764 soğru nömrəli gömrük bəyannaməsindən aydın olur ki, Lyxe (rlx time) 200 ml - 58368 ədəd, Lyxe (rlx time) 150 ml -78528 ədəd, Lyxe (of london) 150 ml -16896 ədəd, Lyxe (of london) 200 ml - 12864 ədəd 57120,00 ABŞ dolları məbləğində fərdi təyinatlı dezodorantlar 31 oktyabr 2024-cü il tarixdə Qırmızı Körpü gömrük postundan keçirilərək İpək Yolu gömrük postunda rəsmiləşdirilmişdir. Bundan başqa 18 dekabr 2024-cü il tarixli, **********1797 soğru nömrəli gömrük bəyannaməsindən aydın olur ki, Lyxe 150 ml 58848 ədəd, 200 ml 52512 ədəd 49798,56 ABŞ dolları məbləğində Lyxe markasına aid dezodorantlar və antiperisperantlar 18 dekabr 2024-cü il tarixdə Qırmızı Körpü gömrük postundan keçirilərək İpək Yolu gömrük postunda rəsmiləşdirilmişdir. İş materiallarında olan Şəxs-nin direktoru X4 15 yanvar 2025-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə ünvanladığı məktubun surətindən aydın olur ki, **********8764 soğru nömrəli gömrük bəyannaməsində xx.xx.2022-ci il tarixli müqavilənni yerinə xx.xx.2024-cü il qeyd olunmalı olduğundan, həmin bəyannamədə müvafiq düzəliş edilməsini xahiş edilmişdir. İş materiallarında olan X1 14 fevral 2025-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə ünvanladığı ərizədən aydın olur ki, **********1797 soğru nömrəli gömrük bəyannaməsində xx.xx.2022-ci il tarixli müqavilənni yerinə xx.xx.2024-cü il qeyd olunmalı olduğundan, həmin bəyannamədə müvafiq düzəliş edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən "xxxx" KB ASC vasitəsilə X10 Tic LTD şirkətinin benefisiarı X3 T.A.O-na göndərilmiş 115797.00 ABŞ dolları dəyərində vəsaitə uyğun olaraq iki il müddət keçənədək vəsait hesabına xidmətlərin göstərilməsi faktı baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs-nin (VÖEN: **********) 11 fevral 2025-cü il tarixli EP ******* №-li protokola əsasən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-289/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-289/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver