Məhkəmə qərarları › İş №3(002)-2890/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2890/2024

09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2890/2024 09.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirddəin oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis polkovnik leytenantı X2, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi inzibati təcrübə üzrə baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 2000-ci ildə Oğuz rayonu, Sincan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 08 oktyabr 2024-cü il tarixdə, saat 20:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində, “Pryezd” adlanan yerdə polis əməkdaşlarına tebesizlik göstərmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 09 oktyabr 2024-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis polkovnik leytenantı X4 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş Şəxs 08 oktyabr 2024-cü il tarixdə, saat 20:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində, “Pryezd” adlanan yerdə polis əməkdaşının qanuni tələblərinə qəsdən məhəl qoymamışdır. Buna görə də həmin şəxs ƏÇPA-nın əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Odur ki onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Hal-hazırda tərtib etdiyi protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi inzibati təcrübə üzrə baş inspektoru X3 öz izahatında bildirmişdir ki, 08 oktyabr 2024-cü il tarixdə, axşam saatlarında ünvan 3 ünvanında xidmətdə olarkən “Chevrolet Cruz” markalı avtomaşının qabaq dövlət qeydiyyat nişanının yerində olmadığı müəyyən edilmiş, bu səbəbdən də avtomobil saxlanılmışdır. DYPŞ əməkdaşları sürücüyə yaxınlaşaraq törətdiyi inzibati pozuntunun nədən ibarət olduğunu bildirmişlər. Onlar sürücüyə inzibati pozuntuya görə cərimə yazarkən sürücünün cərimələrə görə sürücülük vəsiqəsində il ərzində artıq 19 bal olduğuna görə ona yazılmış həmin cərimə artıq onun sürücülük hüququnu məhdudlaşdırdığından sürücüyə avtomaşını müvəqqəti dayanacağa yerləşdirməsi bildirilsə də sürücü dayanacağa getməkdən imtina etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Buna görə də əraziyə ƏÇPA-nın əməkdaşları dəvət olunmuş, sürücü 10-cu PŞ-ya təmin olunmuş, avtomobil isə evakuator vasitəsilə dayanacağa yerləşdirilmişdir. Odur ki, sonuncunun barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, ünvan 2vanında ailəsi ilə birlikdə yaşayır, subaydır. Fərdi qaydada sürücü işləyir. Vətən Müharibəsində iştirak etməklə Füzulinin və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilmişdir. İdarə etdiyi “Chevrolet Cruz” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobili Lökbatan qəsəbəsində, “Pryezd” adlanan yerdə yol polisi əməkdaşları saxlamışlar. Polis əməkdaşları ona yaxınlaşıb idarə etdiyi avtomobilin post patrul xidmətindən qaçdığını bildirmişlər. Daha sonra maşının ön hissəsini qanunsuz qaldırdığını bildirmişlər. O belə bir şey etmədiyini bildirdikdə avtomaşının dövlət qeydiyyat nişanını üzərində olmadığını bildirmişlər. Ona bu pozuntuya görə artıq cərimə olunduğunu bildirmiş, bu zaman polislə aralarında sözlə mübahisə yaranmış, polis əməkdaşları hadisə yerinə ƏÇPA-nın əməkdaşlarını çağıraraq onu 10-cu PŞ-ya aparmışlar. O heç bir pozuntu törətmədiyini bildirərək, əməlində hər hansı inzibati xəta tərkibinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində onun polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İnzibati materiala əlavə edilmiş 08 oktyabr 2024-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 08 oktyabr 2024-cü il tarixdə saat 21:15-də tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-1-cü maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə c oğlu tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlini etiraf edərək səmimi peşiman olmasını və polis əməkdaşlarının ona qarşı hər hansı şikayət və ya tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM 535.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs inzibati qaydada tutulmadan dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar