Məhkəmə qərarları › İş №3(002)-2894/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2894/2024

23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2894/2024 23.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi Şikayət vermiş şəxs X4, Qaradağ RPİ DYPŞ-nin yol-patrul xidməti inspektoru X2 iştirakları ilə, X4 Qaradağ RPİ DYPŞ-nin TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X1 RPİ DYPŞ-nin TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. X7 şikayətini onunla əsaslandırılmışdır ki, o, Qaradağ rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ilə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 100 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş protokol və qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, özünəməxsus “X8” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində hərəkətdə olarkən işıqforun yaşıl işığı yanarkən yol ayrıcına daxil olmuş və bu zaman qarşıdakı avtomobil qəflətən dayanmalı olmuş, bu səbəbdən o da yol ayrıcını keçməklə dayanmışdır. Lakin yola daxil olduğuna görə o hərəkətini davam etdirib irəli sürmüşdür. Bu zaman yol polisi ona saxla əmri vermişdir və o saxladıqdan sonra polis əməkdaşı ona bildirmişdir ki, işıqforun qadağanedici işığında hərəkəti davam etdirmisiniz. O işıqforun yaşıl işığında yola daxil olduğunu və həmin vaxt qarşıdakı avtomobillərin hərəkətdə olduğunu bildirmişdir. Lakin yol polisi əməkdaşı onun iradını nəzərə almadan onun barəsində inzibati xəta haqqında qərar qəbul etmişdir. Bu səbəbdən də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda qeyd etdiklərinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ RPİ DYPŞ-nin TP ******* saylı, xx.xx.2024cü il tarixli qərarının ləğv edilməsi və əməlində inzibati xata tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X7 ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ DYPŞ-nin yol-patrul xidməti inspektoru X3 bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu istiqamətində “X8” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü tərəfindən yolayrıcını keçmə qaydalarının qaydalarının pozulması halı müəyyən edildiyindən, sonuncu barəsində müvafiq protokol tərtib edilmiş, həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan videogörüntüyə məhkəmə iclasında keçirilmiş baxış zamanı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıqforun qırmızı işığında yol ayrıcını keçməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmənin gəldiyi qənaətə görə şikayətçi X7 tərəfindən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları və videogörüntü ilə öz təsdiqini tam olaraq tapdığından, sonuncunun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi qanuni və əsaslı olmuşdur.Bu səbəbdən də Qaradağ RPİ DYPŞ-nin TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 Qaradağ RPİ DYPŞ-nin TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar