Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2899/2024 15.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və X4 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Holcim (Azərbaycan)” ASC-nin nümayəndəsi X2 iştirakları ilə, “Holcim (Azərbaycan)” ASC barəsində Azərbaycan Respublikası Ekologiya və X4 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Ekologiya və X4 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən “Holcim (Azərbaycan)” ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara və inzibati xəta haqqında protokola əsasən, xx.xx.2024-cü il tarixində Qaradağ rayonu, Sahil qəsəbəsi ünvanında yerləşən “Holcim (Azərbaycan)” ASC-nin fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilən həddən artıq olmuşdur. Azərbaycan Respublikası Ekologiya və X4 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında ərizə ilə müraciət edərək barəsində protokol tərtib edilmiş “Holcim (Azərbaycan)” ASC tərəfindən həmin maddə üzrə nəzərdə tutulmuş cərimə məbləği tam həcmdə dərhal X5 üzrə Dövlət Fonduna ödənildiyi üçün protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Holcim (Azərbaycan)” ASC-nin nümayəndəsi X6 protokolun geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə verilmiş ərizəni nəzərə alaraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 111-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Holcim (Azərbaycan)” ASC barəsində Azərbaycan Respublikası Ekologiya və X4 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə material geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2899/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2899/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver