Məhkəmə qərarları › İş №3(002)-29/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-29/2023

23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-29/2023 23.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan EP ******* №-li 23 dekabr 2022-ci il tarixli protokoldan aydın olur ki, Şəxs MMC 10768.00 ABŞ dolları məbləğində vəsaiti 04 dekabr 2020-ci il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də 10768.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 05 dekabr 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə həmin təşkilat barəsində barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X3 Şəxs MMC barəsində tətbiq edilmiş potokolu qəbul etməyərək öz izahatında göstərmişdir ki, Mərkəzi Bankı tərəfindən tərtib edilmiş protokol aşağıdakılara görə əsassızdır və təmin olunmamalıdır. Belə ki, idxal olunan mal - 2 ədəd İr-192 izotopu (iridiumun radioaktiv izotopu) sənaye gamma rentgenoqrafiyası cihazlarında şua mənbəyi kimi istifadə olunur. İr-192 yüksək təhlükəli material olduğundan onun ölkəyə idxalına Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən verilir. Həmin İr-192 izotopunun Azərbaycanda utilizasiyası (istifadəsindən sonra zərərsizləşdirilməsi) həyata keçirilmədiyindən onun yalnız müvəqqəti idxalına icazə verilir. İr-192 izotopunun nəqli və saxlanmasına yalnız təkrar istifadə edilə bilinən və şüalanmanın qarşısını alan xüsusi konteynerlərdə yol verilir. İr-192 izotopunun həyat vaxtı bitdikdən sonra xüsusi konteynerlər yenidən doldurulması məqsədilə İr-192 izotopunun istehsalçısının (Çexiya Respublikasının Loma Systems SRO şirkəti) ünvanına ixrac edilir. 2 ədəd İr-192 izotopunun və onların saxlanıldığı konteynerlərinin idxalına və işlər başa çatandan sonra ixracına Baş Nazirin Birinci Müavininin icazəsi ilə yol verilir. İr-192 yarım ömürü 73 gün olmaqla həyat vaxtı 107 gün təşkil edir. Bu o deməkdir ki, İr-192 107 gün istifadədən sonra tam yararsız vəziyyətə gəlir. İstifadə olunmuş İr-192-nun konteynerləri qalıq radioaktiv maddənin utilizasiyası və yenidən doldurulması üçün istehsalçının ünvanına ixrac olunur. 2 ədəd İr-192 izotopu 2021-ci ilin iyununda, yəni 2 il keçməmişdən öncə, idxal olunmuşdur. Bu idxal xx.xx.2021-cı il tarixli **********9900 saylı gömrük bəyannaməsi ilə təsdiqlənir. Göründüyü kimi, ödəniş edildiyi tarixdən sonra malların idxalı Mərkəzi Bankın 45/1 saylı xx.xx.2016-ci il tarizli Qərarı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının rezidentlərinin xarci valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının (bundan sonra "Qaydalar" adlanız) 4.3.1.3-cü bəndində nəzərdə tutlmuş müddətdən (2 il) az müddətdə həyata keçirilmişdir. Malların vaxtında idxal edilməsi faktı həmçinin CES-112—003 saylı 05 noyabr 2020ci il tarixli müqavilə, yük qaiməsı, kommersiya invoysu, nəqletmə sənədləri və tərkib sertifikatı, avans ödənişi müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və digər sənədlər banka təqdim olunmuşdur və həmin sənədlər "X5” MMC tərəfindən malların Qaydalarda müəyyən edilmiş zaman çərçivəsində idxal faktı tam təsdiq olunur. Bu əsasla "X4" MMC Qaydaların 4.3.1.3-cü bəndini pozmamışdır. Mərkəzi Bankın tərtib etdiyi xx.xx.2022-ci il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokolda "X4" MMC-nin izahatı göstərilməmiş, ona hüquq və vəzifələri izah edilməmiş, protokol "X4" MMC tərəfindən imzalanmamış, ona protokolun surəti təqdim olunması barədə qeyd aparılmamışdır. Bununla da Mərkəzi Bank tərəfindən İXM-nin 101.1.7, 100.2, 100.3, 100.4-cü maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. İXM-nin 6.1 və 31.1-ci maddələrinə əsasən inzibati xətaya görə tənbeh İXM-nə uyğun olaraq tətbiq edilir. Dolayısı ilə İXM-nin 100-cü maddəsinin tələblərinin pozulmasına da yol verilmir. İXM-nin 100-cü maddəsinin inzibati protokolun məzmununa dair yuxarıda göstərilən tələbləri təmin olunmadığı nəzərə alınmaqla Mərkəzi Bankının tərtib etdiyi xx.xx.2022-ci il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol etibarsızdır. Təqdim edilmiş idxal gömrük bəyannaməsi ilə "X4” MMC tərəfindən avans yolu ilə ödənilmiş valyuta müqabilində müvafiq malların (lr-192) vaxtında idxal edildiyi tam sübut olunmuşdur. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində "X4” MMC müvafiq malları (lr- 192) 2 ildən gec olmayaraq idxal etdiyinə və Qaydaların 4.3.1.3-cü bəndinin tələblərini pozmadığna görə onun hərəkətlərində İXM-nin 430.4-cü madəsi ilə nəzərdə tutulmuş nə inzibati xəta tərkibi, nə də inzibati xəta hadisəsi yoxdur. İXM-nin 53.1.1. və 53.1.2,-ci maddələrinə əsasən inzibati xəta hadisəsi inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 23 dekabr 2022-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, "X4 MMC-nin törətdiyi inzibati xəta iş materialları ilə sübuta yetirilmədiyinə görə "X4 MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkili X1 məhkəmə gedişatında təqdim etdiyi 07 iyun 2021-ci il tarixli **********9900 saylı gömrük bəyannaməsindən və digər sənədlərdən aydın olur ki, "X4 MMC tərəfindən 04 dekabr 2020-ci il tarixdə xaricə köçürülmüş 10768.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan 2 ədəd İr-192 izotopu 2021-ci ilin iyununda, yəni 2 il keçməmişdən öncə idxal olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “X4 MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar