Məhkəmə qərarları › İş №3(002)-290/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-290/2023

27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-290/2023 27.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, «X3 Company» Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı Filialının qazma avadanlıqları üzrə supervayzeri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon prokurorluğundən daxil olmuş inzibati xəta haqqında materiala Qaradağ rayon Məhkəməsinin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Qaradağ rayon prokurorluğundan məhkəməyə baxılması üçün «X3 Company» Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı Filialının qazma avadanlıqları üzrə supervayzeri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında 01 fevral 2023-cü il tarixli qərar daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə X2 iş vaxtı sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərər vurmaya aid xəsarət almışdır. Məhkəmə-tibb ekspertizanın xx.xx.2022-ci il tarixli, 798 №-li rəyindən görünür ki, X1 bədənində aşkar olunmuş xəsarətlər – sol almacıq sümüyünün, sol göz orbitasının yuxarı səthinin qapalı, yerini dəyişmiş qəlpəli sınıqları, sol yanağın əzilmiş yarası bərk küt əşya (əşyalar) təsiri nəticəsində əmələ gələ bilərdilər. Araşdırma zamanı müəyyən edilmişdir ki, X1 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almasında «X3 Company» Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı Filialının qazma avadanlıqları üzrə supervayzeri Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsinin tələbləri pozulmuşdur. Bakı şəhəri Qaradağ rayon prokurorluğuna və «X3 Company» Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı Filialının qazma avadanlıqları üzrə supervayzeri Şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, inzibati xəta haqqında işlər üzrə icraata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə hesab edir ki, «X3 Company» Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı Filialının qazma avadanlıqları üzrə supervayzeri Şəxs inzibati xəta törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta törədən şəxs «X3 Company» Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı Filialının qazma avadanlıqları üzrə supervayzeri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: «X3 Company» Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı Filialının qazma avadanlıqları üzrə supervayzeri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar