Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-290/2025 14.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs-nin nümayəndəsi X1 iştirakı ilə, AZ1063, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ştq, Lökbatan qəsəbəsi, ev Sədərək Ticarət Mərkəzi, Heybət D/Y st-nın cənubu, Lökbatan-Xocasən yolunun cənub şərq hissəsi 2, ərazi 14, sıra 4, korpus 122 № ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan 11 fevral 2025-ci il tarixli EP ******* №-li protokoldan aydın olur ki, Şəxs 25500.00 ABŞ dolları məbləğində vəsaiti 17 yanvar 2023-ci il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də 25500.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 18 yanvar 2025-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə həmin təşkilat barəsində barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs-nın nümayəndəsi X3 Şəxs barəsində tətbiq edilmiş potokolu qəbul etməyərək öz izahatında göstərmişdir ki, Şəxs ilə Türkiyə Respublikasının “X9 San. Ve.Tic.LTD” şirkəti ilə bağlanmış 01 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən “X9 San. Ve.Tic.LTD” şirkəti “Sleep Baby” markasının məhsullarını Şəxs-yə satmağı öz üzərinə götürmüş, buna uyğun olaraq da 17 yanvar 2023-cü il tarixdə 25,500.00 ABŞ dolları məbləğini "xxxx" KB vasitəsilə satıcının təchizatçısı “X7 A.S”-yə köçürmüşlər. Qeyd olunan yüklər 16 oktyabr 2023-cü il tarixli iki gömrük bəyannaməsi ilə rəsmişləşdirilərək ölkəyə idxal edilmişdir. Belə ki, işdə olan 16 oktyabr 2023-cü il tarixli, **********6155 soğru nömrəli gömrük bəyannaməsindən aydın olur ki, 46932 ədəd, 14948,59 ABŞ dolları məbləğində “Sleep Baby” markasına aid nəm salfetlər 16 oktyabr 2023-cü il tarixdə Qırmızı Körpü gömrük postundan keçirilərək İpək Yolu gömrük postunda rəsmiləşdirilmişdir. Bundan başqa 16 oktyabr 2023-cü il tarixli, **********6165 soğru nömrəli gömrük bəyannaməsindən aydın olur ki, 47268 ədəd, 15051,71 ABŞ dolları məbləğində “Sleep Baby” markasına aid nəm salfetlər 16 oktyabr 2023-cü il tarixdə Qırmızı Körpü gömrük postundan keçirilərək İpək Yolu gömrük postunda rəsmiləşdirilmişdir. Hər iki bəyannamədə texniki səhvə yol verilərək idxalatçı şirkət “X4 Ticaret Limited Şirketi kimi qeyd olunsa da idxalatçı X9 San. Ve.Tic.LTD” şirkəti olduğundan bəyannamənin 2-ci qarafasında “X9 San. Ve.Tic.LTD” şirkətinin tapşırığı ilə yazısı qeyd olunmalı idi. Bununla bağlı təmsil etdiyi şirkət “X9 San. Ve.Tic.LTD” şirkəti ilə əlaqə saxlamış, “X9 San. Ve.Tic.LTD” şirkəti 12 aprel 2025-ci il tarixdə Qaradağ rayon Məhkəməsinə rəsmi məktub ünvanlayaraq xx.xx.2022-ci il tarixli müqavilə əsasında “X4 Ticaret Limited Şirketi”nə verdiyi etibarnamə əsasında yuxarıda adları çəkilən yükləri göndərdiyini qeyd edilmişdir. Bundan başqa broker şirkəti tərəfindən səhvən həmin bəyannamələrdə 01 oktyabr 2022-ci il tarixli müqavilənin yerinə 25 mart 2022-ci il tarixli müqaviləni qeyd etmişdir. Beləliklə də bəyannamələr uyğun olmadığı üçün "xxxx" KB ASC avans məbləğinin ödənilməsindən bir il on bir ay müddət keçməsinə baxmayaraq xaricə köçürülmüş vəsaitin müqabilində idxal edilmiş malın təsdiq edici sənədinin banka təqdim edilmədiyini əsas gətirərək şirkətə 17 dekabr 2024-cü il tarixdə bildiriş məktubu göndərmiş, malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilmədiyini qeyd edərək avans köçürmələri barədə məlumatı aidiyyatı üzrə Mərkəzi Banka təqdim etmişdir. Mərkəzi Bank da öz növbəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə müraciət etmişdir. Qeyd etmişdir ki, Şəxs-nin direktoru X2 20 fevral 2025-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə ərizə ünvanlayaraq **********6155 soğru nömrəli gömrük bəyannaməsində xx.xx.2023-cü il tarixli müqavilənni yerinə xx.xx.2022-ci il qeyd olunmalı olduğundan, həmin bəyannamədə müvafiq düzəliş edilməsini xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində "Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə" cərimə nəzərdə tutulmuşdur. Lakin yuxarıda qeyd etdiklərindən aydın olur ki, faktiki olaraq mallar ölkəyə idxal edildiyinə və pul vəsaiti qabaqcadan ödənildiyinə görə burada həmin maddə üzrə inzibati xəta elementi yoxdur. Odur ki, öz izahatında təmsil etdiyi şirkətin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və nümayəndənin təqdim etdiyi sənədləri araşdırıb hesab edir ki, Şəxs-nin törətdiyi inzibati xəta iş materialları ilə sübuta yetirilmədiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs-nin nümayəndəsi X1 məhkəmə baxışı zamanı təqdim etdiyi 01 oktyabr 2022-ci il tarixli satıış müqaviləsindən aydın olur ki; müqavilənin başlama tarixi xx.xx.2022ci ildən hesablanmış, xx.xx.2024-cü il tarixədədək keçərilidir. Müqvailəyə əsasən alıcı Şəxs X9 San.Ve.Tic.LTD şirkətindən hər ay 4 tır mal almağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 16 oktyabr 2023-cü il tarixli, **********6155 soğru nömrəli gömrük bəyannaməsindən aydın olur ki, 46932 ədəd, 14948,59 ABŞ dolları məbləğində “Sleep Baby” markasına aid nəm salfetlər 16 oktyabr 2023-cü il tarixdə Qırmızı Körpügömrük postundan keçirilərək İpək Yolu gömrük postunda rəsmiləşdirilmişdir. Bundan başqa 16 oktyabr 2023-cü il tarixli, **********6165 soğru nömrəli gömrük bəyannaməsindən aydın olur ki, 47268 ədəd, 15051,71 ABŞ dolları məbləğində “Sleep Baby” markasına aid nəm salfetlər 16 oktyabr 2023-cü il tarixdə Qırmızı Körpü gömrük postundan keçirilərək İpək Yolu gömrük postunda rəsmiləşdirilmişdir. İş materiallarında olan Şəxs-nin direktoru X2 20 fevral 2025-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə ərizə ünvanlayaraq **********6155 soğru nömrəli gömrük bəyannaməsində xx.xx.2023-cü il tarixli müqavilənni yerinə xx.xx.2022-ci il qeyd olunmalı olduğundan, həmin bəyannamədə müvafiq düzəliş edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən "xxxx" KB ASC vasitəsilə “X10 San ve Tic LTd” şirkətinin benefisiarı “X8 A.S”-na göndərilmiş 25500 ABŞ dolları dəyərində vəsaitə uyğun olaraq iki il müddət keçənədək vəsait hesabına xidmətlərin göstərilməsi faktı baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs-nin (VÖEN: **********) 11 fevral 2025-cü il tarixli EP ******* №-li protokola əsasən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-290/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-290/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver