Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2902/2024 10.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyat olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2, borclu Şəxs barəsində protokol tərtib edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4846/2023 saylı, 28 noyabr 2023-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-4846/2023 saylı, 28 noyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Şəxs arasında bağlanmış 04 mart 2023-cü il tarixli, M/015 nörməli alqı-satqı müqaviləsi üzrə 2524 (iki min beş yüz iyirmi dörd) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pulun cavabdeh Şəxs tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra 25 yanvar 2024-cü il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. İcra sənədinin icrası üzrə borclu ödənişlərdən yayınmaqla bu günədək yuxarıda adı çəkilən borcundan heç bir ödəniş etməmişdir. Sonuncu dəfə 26 iyun 2024-cü il tarixdə özü ilə mobil telefonla əlaqə saxlamış, borclu Şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə heç bir borcunun olmadığını bildirmişdir. Bu gün, yəni 10 oktyabr 2024-cü il tarixdə İcra Şöbəsinə məcburi axtarışla gətirilmişdir. Buna görə də borclunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 10 oktyabr 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. İcra məmuru öz izahatında borclu Şəxsnın barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, onun yuxarıda qeyd olunan borc məbləğindən məlumatı olmuşdur. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4846/2023 saylı iş üzrə məhkəmə iclasları keçirilərkən xəstə olduğundan prosesslərdə iştirak edə bilməmiş, lakin icra vərəqəsi və tələbin könüllü icrası barədə bildiriş onun ünvanına göndərilmişdir. Bu günə kimi ödəniş edə bilməməsinin səbəbi avtoqəza keçirməsi ilə bağlıdır. Həmin qəzadan sonra işləyə bilməmiş, heç bir gəlirə və qazanca da malik olmamışdır. Həmçinin Qaradağ rayon İcra Şöbəsində başqa icra işləri ilə bağlı da borcları olduğundan həmin borcları ödəməyə çalışmışdır. O şərait yaradılacağı təqdirdə bu ilin oktyabr ayının sonuna kimi borcu bağlayacağını bildirmiş, buna görə də ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Odur ki, barəsində başlanılmış inzibati iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxsnın yaranmış borcundan xəbəri olsa da heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Bundan başqa məhkəmə iclasında borclunun icra məmurunun çağırışlarına da məhəl qoymaraq gəlmədiyi müəyyən edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tərəflərin izahatları, inzibati xəta haqqında tərtib edilmiş 10 oktyabr 2024-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və bu iş üzrə ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2902/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2902/2024
10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver