Məhkəmə qərarları › İş №3(002)-2904/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2904/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2904/2024 14.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində üç azyaşlı uşağı olan), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 38-ci PB-nın sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən MN ******* saylı, 14 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nın polis sahə inspektoru, polis baş leytenantı X4 protoklu müdafiə edərək bildirmişdir ki, Qaradağ RPİ-nin YPX-nin polis baş serjantı Aqşin Qiyasov 04 oktyabr 2024-cü il tarixdə, saat 22:45 radələrində **- PY-*** dövlət qeydiyyat nişanlı avtomaşının yüksək sürətlə hərəkət etdiyinə görə saxla işarəsi vermişdir. YPX əməkdaşı sürücüyə yaxınlaşıb özünü təqdim etmiş, sürücüdən şəxsiyyətini müəyyən edən məlumatları soruşduqda sürücü özünü təqdim etməkdən imtina etmiş və piyada kimi hərəkətini davam etmişdir. Vətəndaş PPX-nin əməkdaşları tərəfindən 38-ci PB-na təmin olunmuşdur. Araşdırma zamanı Şəxs narkortik vasitə qəbul edib-etmədiyini müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji mərkəzindən tibbi müayinədən keçirilmişdir. Səhiyyə Nazirliyi Respublika X6 X7 X1 6682 nömrəli, 05 oktyabr 2024-cü il tarixli rəyinə əsasən vətəndaş Şəxs narkotik vasitədən (MOP, MET, PGB, THC) istifadə etməsi faktı aşkar edilmişdir. Bütün bunlara əsasən onun barəsində 14 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bütün bu qeyd etdiklərinin nəzərə alınaraq barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək bildirmişdir ki, 04 oktyabr 2024-cü il tarixdə, saat təxminən 23:30 radələrində ozünə məxsus “Xəzər Lada” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sahil qəsəbəsi, Balıqçılar küçəsində hərəkətdə olan zaman YPX-nin əməkdaşları ona saxla işarəsi vermişlər. O dayan işarəsini görüb idarə etdiyi maşını kənara verib saxlamışdır. YPX əməkdaşları onun sərxoş olub-olmadığını soruşmuş, o isə sərxoş olmadığını bildirmişdir. Polis əməkdaşları isə onun şalvarından tutaraq və qolunu buraraq PPX-nin avtomaşınına mindirərək 38-ci PB-nə gətirmişlər. Bundan sonra sərxoşluq müayinəsindən keçirilmiş, bu zaman onun idrarında alkoqol sərxoşluğu aşkar edilməmiş, lakin narkotik vasitə mövcud olmuşdur. O, qeyd olunan narkotik vasitəni üç ay bundan əvvəl Şəmkir rayonunda tanışının oğlunun kiçik toy məclisində tanımadığı şəxslərdən təmənnasız əldə edərək istifadə etdiyini qeyd etmişdir. O, öz izahatında səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu, ailəli olmaqla himayəsində üç azyaşlı uşağının olmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs narkotik vasitələrin qanunsuz istehlakı ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Respublika X6 X7 X1 6682 nömrəli, 05 oktyabr 2024-cü il tarixli rəyindən aydın olur ki, Şəxs kannabioidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhətə görülür. İş materiallarına əlavə edilmiş 14 oktyabr 2024-cü il tarixli, Qaradağ RPİ-nin 38-ci PB-nın baş təhqiqatçısı, polis mayoru X3 təərfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki, yuxarıda qeyd olunan faktla bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati qaydada məsuliyyətə cəlb olunması və ərazi aidiyatı üzrə dispanserdə qeydiyyata alınması, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ailəli olmaqla himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs narkomaniyadan mərburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar