Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2906/2024 11.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidməti Bakı şəhər darəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarına sasən vəzifəli şəxs X9 İXM-nin 199-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Müvafiq Qərara əsasən müəyyən olunmuşdur ki, X6 direktoru olduğu "xxxx" MMC tərəfindən işçisi X5 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə bağlı təhqiqat prosesində çağırışa gedən işçilərin çağırışda olan evakuator avtomobilinə minib-düşərkən əməyin mühafizəsi texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimat komissiyaya təqdim edilməmiş və cəmiyyətin işəgötürəni tərəfindən Əmək Məcəlləsinin 222-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələbləri pozulmuşdur. X12 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, bədbəxt hadisə xx.xx.2024-cü il tarixdə saat 10:30-də X5 idarə etdiyi "İsuzu" markalı ** JV *** dövlət qeydiyyat nişanlı avtomobillə sifariş üzrə gəldiyi ərazidə nəqliyyat vasitəsindən sol ayağını ayaqaltına qoyub sol əli ilə nəqliyyat vasitəsində mövcud olan dəstək tutacaqdan dəstək almaqla sağ ayağını yer səthinə qoyaraq ehtiyatlı enməli olduğu halda sağ ayağını ayaqaltına qoyaraq torpaq əraziyə tullanması və bu zaman sol ayağının üzərinə düşməsi səbəbindən sol ayağından xəsarət alması nəticəsində baş vermişdir. Müvafiq bədbəxt hadisə qanunvericiliklə müəyyən edilmiş qaydada ƏƏSMN anında X12 Xidməti tərəfindən araşdırılaraq xx.xx.2024-cü il tarixində təhqiqat aktı tərtib edilmişdir. Məlumdur ki, təhqiqat aktı ilə baş vermiş hadisənin səbəbi və hadisə üzrə məsuliyyət subyekti müəyyən olunur. Qoşmaya əlavə edilmiş Təhqiqat aktının 4-cü bəndindən görünür ki, hadisənin səbəbi məhz işçi X10 mühafizəsi tələblərinə ciddi əməl etməməsi və daşınma xidməti zamanı sonuncu tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməməsi olmuşdur. Təhqiqat aktının 6-cı bəndində də birbaşa olaraq X5 ehtiyatsızlığı müəyyən olunmuşdur. Göründüyü kimi X12 Xidməti apardığı araşdırmanın yekununda "xxxx" MMC-nin hər hansı məsuliyyətini müəyyən etməsə də, hansısa naməlum səbəbdən öz araşdırmasının ziddinə hazırkı protokol və qərarı qəbul etmişdir. Hətta, Yaqubov Qəzənfər özü də izahatında işəgötürən tərəfindən bütün müvafiq təlimatlarla məlumatlandırıldığını, müvafiq fərdi mühafizə vasitələri ilə təmin olunduğunu, hadisədə özünün təqsirkar olduğunu izahatı ilə etiraf etmişdir. Habelə, müvafiq orqan tərəfindən "təhqiqat prosesində çağırışa gedən işçilərin çağırışda olan evakuator avtomobilinə minib-düşərkən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimatın komissiyaya təqdim edilmədiyi" bildirilsə də, "xxxx" MMC tərəfindən EVK-TT-048 "Sürücü-qrup rəhbərinin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə" Təlimatı və "Sürücü-qrup rəhbərinin texniki təhlükəsizlik üzrə Giriş Təlimatı komissiyaya təqdim edilmişdir (təhqiqat aktında təsdiq edilmişdir). EVK-TT-048 saylı Təlimatın 1.2.4-cü bəndində (İşçinin əməyin mühafizəsi tələblərinə ciddi əməl etmək), 1.8-ci bəndində (avtomobil kabinasına, yük platformasına və ya yükün üstünə çıxarkən-düşərkən ilişmə, sürüşmə və yıxılma), 1.20-ci bəndində (Sürücü qrup rəhbəri, yuxarıda qeyd olunan bəndlərə riayət etməli, qrupunda olan sürücülərə daim bu tələblərə riayət etmələrini aşılamalı və nəzarət etməlidir) də müvafiq təhlükəli amillər sadalanmış və digər bəndlərlə birlikdə zəruri təlimatlandırılmalar icra edilmişdir. Ümumiyyətlə təlimatlarda "maksimum ehtiyatlılıq" prinsipi rəhbər tutularaq nəqliyyat vasitəsinə minibdüşməyə dair müvafiq izahatlar verilsə də, nəqliyyat vasitələrinin kabininə minib-düşmə əməyin texniki təhlükəsizliyi tədbiri deyil, müvafiq nəqliyyat vasitələrini idarə etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş nəzəri və praktiki təlimlər keçirilərək, imtahan verilərək müvafiq kateqoriya üzrə əldə edilən sürücülük vəsiqəsi üzrə tənzimlənir. Yəni şəxsin həmin nəqliyyat vasitələrini idarə etmək hüququna dair sürücülük vəsiqəsi və kateqoriyasının olması şəxsin artıq həmin nəqliyyat vasitəsinə minib-düşmək qaydasını bilməsini ehtiva edir. Hazırkı nəqliyyat vasitələrinin idarə etmək üçün tələb olunan kateqoriya da "Yol Hərəkəti haqqında" Qanunun 34-cü maddəsinə əsasən C kateqoriyası olmaqla Yaqubov Qəzənfər də müvafiq kateqoriyalı sürücülük vəsiqəsini (BC) əldə etmişdir.. Həmçinin Təhqiqat aktının 2-ci səhifəsindən də görünür ki, nəqliyyat vasitələrinin kabinası ilə düz yer səthinə qədər olan məsafə 40 sm olmuşdur. Müvafiq məsafə hündürlükdə iş də hesab edilməməklə (“Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları" haqqında Qərara əsasən hündürlükdə iş işçinin 1,8 m və daha çox hündürlükdən düşmə təhlükəsi ilə əlaqədar risklərin mövcud olduğu işlər hesab olunur) hər hansı normativə də tabe deyildir. Əmək Müfəttişliyi Xidməti tərəfindən də bu halı təkzib edən hər hansı bir əsas, sübut gətirilməmişdir. Həmçinin, qərarda ƏM-nin 222ci maddəsinin 1-ci yarımbəndinə (İşəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat verir) və 2-ci yarımbəndinə (İşəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir) əməl edilmədiyi bildirilsə də, bu fakt da müvafiq orqanın sadəcə işəgötürənlərə hər nə bahasına olursa-olsun "protokol yazılmalı yönümlü" niyyətindən başqa bir şey deyildir. Belə ki, müvafiq yarımbəndləri ayrı-ayrı şərh edəndə aydın olur ki, birincisi "xxxx" MMC tərəfindən təhlükəli və zərərli istehsalat amillərinə nəzarət məqsədli yuxarıda qeyd edilmiş təlimatlar tərtib edilmiş, müntəzəm olaraq həm yeni əmək müqaviləsi bağlanılmış işçilərə (giriş təlimatı), həmçinin də əmək müqaviləsi artıq mövcud olan işçilərə (təkrar təlimat) bu barədə təlimatlar keçirilmişdir və keçirilməkdədir. İkincisi isə, təqdim edilmiş təlimatların tarixindən də (2023-cü il) aşkar görünür ki, "xxxx" MMC hər hansı köhnə, dövrlə uyğunlaşmayan tədbirlər deyil də, davamlı aparılmış analizlər nəticəsində əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş vaxtaşırı olaraq yenilənməkdə olan planlar tərtib edir və həyata keçirir. Belə ki, müvafiq illik tədbirlər planına uyğun olaraq "xxxx" MMC "Sağlamlığın Qorunması və Əməyin təhlükəsizliyi üzrə 2024-cü il üçün X4" da, həmçinin "Sağlamlıq, Əməyin Təhlükəsizliyi və X14 üzrə" Planı da xx.xx.2024-cü il tarixindən etibarən tərtib edərək hazırlamışdır. Lakin müvafiq araşdırma zamanı Komissiya tərəfindən hər hansı bir şəxs bu sənədləri qətiyyətlə hüquqi şəxsdən tələb etməmişdir, məhz bu səbəbdən tədbirlər planı təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin vəkili Nümayəndə1 şikayəti müdafiə edərək əlavə olaraq bildirdi ki, əməyin mühafizəsi texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimatlar 6 aydan bir olmaqla ildə 2 dəfə keçirilir. Həmçinin, X9 bu məsələ üzrə cavabdeh şəxs deyildir. Göstərilənlərə əsasən, inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X3 bildirdi ki, işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə "xxxx" MMCnin işçisi X7 əmək funksiyasını yerinə yetirən zaman hadisə nəticəsində xəsarət almışdır. Göstərilənlərə əsasən İnzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarın surətindən görünür ki, X9 İXM-nin 199-cu maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli 211 saylı manitorinq aktından görünür ki, Təhqiqat aktının 4cü bəndindən görünür ki, hadisənin səbəbi məhz işçi X10 mühafizəsi tələblərinə ciddi əməl etməməsi və daşınma xidməti zamanı sonuncu tərəfindən təhlükəsizlik qaydalarına riaayət edilməməsi olmuşdur. Təhqiqat aktının 6-cı bəndində də birbaşa olaraq X5 ehtiyatsızlığı müəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən müəyyən edilmiş xx.xx.2024-cü il tarixli EVK-TT-048 "Sürücü-qrup rəhbərinin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə" Təlimatı və "Sürücü-qrup rəhbərinin texniki təhlükəsizlik üzrə Giriş Təlimatın 1.2.4-cü bəndində İşçinin əməyin mühafizəsi tələblərinə ciddi əməl etmək, 1.8-ci bəndində avtomobil kabinasına, yük platformasına və ya yükün üstünə çıxarkən-düşərkən ilişmə, sürüşmə və yıxılma, 1.20-ci bəndində sürücü qrup rəhbəri, yuxarıda qeyd olunan bəndlərə riayət etməli, qrupunda olan sürücülərə daim bu tələblərə riayət etmələrini aşılamalı və nəzarət edilməsi nəzərdə tutulmaqla müvafiq təhlükəli amillər sadalanmış və digər bəndlərlə birlikdə zəruri təlimatlandırılmalar icra edilmişdir. xx.xx.2024-cü il tarixli X5 izahatından görünür ki, o, izahatında işəgötürən tərəfindən bütün müvafiq təlimatlarla məlumatlandırıldığını, müvafiq fərdi mühafizə vasitələri ilə təmin olunduğunu, hadisədə özünün təqsirkar olduğunu etiraf etmişdir. X1 vəsiqəsinin surətindən görünür ki, hazırkı iş üzrə "İsuzu" markalı nəqliyyat vasitələrinin idarə etmək üçün tələb olunan kateqoriya da "Yol Hərəkəti haqqında" Qanunun 34-cü maddəsinə əsasən C kateqoriyası olmaqla, Yaqubov Qəzənfər də müvafiq kateqoriyalı sürücülük vəsiqəsini (BC) əldə etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şikayət ərizəsini, təqdim olunmuş fotoşəkilləri və digər iş materiallarını araşdıraraq hesab edir ki, nəqliyyat vasitəsinə minibdüşməyə dair müvafiq izahatlar verilsə də, nəqliyyat vasitələrinin kabininə minib-düşmə əməyin texniki təhlükəsizliyi tədbiri deyildir. Bu müvafiq nəqliyyat vasitələrini idarə etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş nəzəri və praktiki təlimlər keçirilərək, imtahan verilərək müvafiq kateqoriya üzrə əldə edilən sürücülük vəsiqəsi üzrə tənzimlənir. X5 həmin nəqliyyat vasitələrini idarə etmək hüququna dair sürücülük vəsiqəsi və kateqoriyasının olması şəxsin artıq həmin nəqliyyat vasitəsinə minib-düşmək qaydasını bilməsini ehtiva edir. Hazırkı nəqliyyat vasitələrinin idarə etmək üçün tələb olunan kateqoriya da "Yol Hərəkəti haqqında" Qanunun 34-cü maddəsinə əsasən C kateqoriyası olmaqla Yaqubov Qəzənfər də müvafiq kateqoriyalı sürücülük vəsiqəsini (BC) əldə etmişdir. Təhqiqat aktının 4-cü bəndindən görünür ki, hadisənin səbəbi məhz işçi X10 mühafizəsi tələblərinə ciddi əməl etməməsi və daşınma xidməti zamanı sonuncu tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməməsi olmuşdur. X2 izahatından görünür ki, o, izahatında işəgötürən tərəfindən bütün müvafiq təlimatlarla məlumatlandırıldığını, müvafiq fərdi mühafizə vasitələri ilə təmin olunduğunu, hadisədə özünün təqsirkar olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, X6 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması nəticəsində qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında işlə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə, tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidməti Bakı şəhər idarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında işlə bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün qərar Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidməti Bakı şəhər idarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2906/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2906/2024
11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver