Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2908/2024 29.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Qaradağ rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşunas Paşayeva Mədinənin iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Qaradağ rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ rayon prokurorluğundan məhkəməyə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə baxılması üçün inzibati material daxil olmuşdur. Məhkəmə təqdim edilmiş sənədlərdən görünür ki, vəzifəli şəxs Şəxs Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qazax-Bakı avtomobil yolunun kənarında yerləşən təzə tikilən "xxxx" MMC-yə məxsus zavodda malyar qismində işləyən zaman "xxxx" MMC-yə məxsus bazada “Steklavot” adlanacaq yeni zavodun tikinti işlərinin qaydalara uyğun aparılmasına nəzarət etmədiyinə görə “Hündürlüklə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 2.3, 2.4.1, 2.4.2, 2.4.3, 3.1, 5.27.2, 5.27.3-cü bədnlərinin tələblərini pozmuş, qeyd olunan qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində Qaradağ yol polisi postunun yanında yerləşən zavodda malyar vəzifəsində işləyən X1 malyar işini həyata keçirən zaman təxminən 2 metr hündürlükdən quraşdırılmış qurğudan yerə yıxılması nəticəsində sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətləri almasına səbəb olmuş bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulması inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Qaradağ rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşunas Paşayeva Mədinə qızı qərarı müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək peşman olduğunu bildirmiş və ona aşağı həddə cərimə tətbiq ediməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qazax-Bakı avtomobil yolunun kənarında yerləşən təzə tikilən "xxxx" MMC-dir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 276 saylı rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər - sağ bayır topuğunun sınığı və sağ diz oynağının sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2024-cü il tarixli, 10/4418 nömrəli rəyindən görünür ki, hündürlükdə aparılan işin xarakterinə uyğun müvafiq ixtisasa malik olmadan, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılmadan, nəzəri bilikləri üsulları öyrədilmədən, bununla yanaşı iş sahəsində istifadə olunan ayaqaltının etibarlı şəkildə bərkildilməsi, eləcə də hündürlükdə görülən işlər zamanı fərdi mühafizəsi vasitəsi olan qoruyucu kəmərdən istifadəsi təmin olunmadan işçi X1 hündürlükdən işlərin görülməsinə cəlb edildiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 2.3, 2.4.1, 2.4.2, 2.4.3, 3.1, 5.27.2, 5.27.3-cü bəndlərinin tələbləri "xxxx" MMC-də həmin işin aparılmasına rəhbərlik etmiş şəxs tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmiş X1 özü tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarının pozulması halı müəyyən edilmir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialların Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün Qaradağ rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan Qaradağ Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 276 saylı rəyi, məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2024-cü il tarixli, 10/4418 nömrəli rəyi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs ilk dəfə inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, iş üzrə məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq sonuncuya Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 ( bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2908/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2908/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver