Məhkəmə qərarları › İş №3(002)-2910/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2910/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2910/2024 06.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs etibarnamə ilə idarə etdiyi **-JF-*** dövlət qeydiyyat nişanlı MAN markalı yük avtomobili ilə Xaçmaz rayonu, Müqtədir qəsəbəsi yaxınlığında tullantı poliqonunun yaxınlığına tullantı sularını axıtmışdır. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, protokolda qeyd olunanlarla razıdır. Həmin yük maşınını o, etibarnamə əsasında idarə etmişdir. Belə ki, o Xanoba gömrük postunun adını bilmədiyi və gömrük orqanının uniformasını geyinmiş iki şəxsin göstərişi ilə qeyd olunan tullantı məntəqisində olan çökək yerə tullantı sularını axıtmışdır. Lakin, tullantı suyunun daşınmasına dair göstərişi heç bir sənəd olmadan icra etmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, onun Bakı şəhəri Qaradağ rayonu ərazisində yaşadığını nəzərə alaraq, hazırki işin Qaradağ Rayon Məhkəməsində baxılmasını xahiş edir. Həmçinin, məhkəməyə protokola əlavə edilmiş fotoşəkillərdə əks olunmuş şəxsin özü olduğunu təsdiqləmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi bildirişlə məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə səlahiyyətli orqanın iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə daxil olmuş vəsatəti nəzərdən keçirərək, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında iş üzrə MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs etibarnamə ilə idarə etdiyi **-JF-*** dövlət qeydiyyat nişanlı MAN markalı yük avtomobili ilə Xaçmaz rayonu, Müqtədir qəsəbəsi yaxınlığında tullantı poliqonunun yaxınlığına tullantı sularını axıtmışdır. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 87221 saylı monitorinq aktından görünür ki, Şəxs etibarnamə ilə idarə etdiyi **-JF-*** dövlət qeydiyyat nişanlı MAN markalı yük avtomobili ilə Xaçmaz rayonu, Müqtədir qəsəbəsi yaxınlığında həmin rayonun Xanoba gömrük postundan götürdüyü tullantı poliqonunun yaxınlığına tullantı sularını axıtdığı faktı müəyyən edilmişdir. O həmin avtomobilin Quliyev Rəşada məxsus olduğunu və etibarnamə əsasında idarə etdiyini bildirmiş, həmin nəqliyyat vasitəsinin kimə və ya hər hansı müəssisəyə məxsus olduğunu təsdiq edəcək sənəd təqdim etməmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Şəxs etibarnamə ilə idarə etdiyi **- JF-*** dövlət qeydiyyat nişanlı MAN markalı yük avtomobili ilə tullantı poliqonunun yaxınlığına tullantı sularını axıtmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində əsasən tullantı suları, istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Həmin qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı ölkə ərazisinin su təchizatı və (və ya) tullantı sularının axıdılması zonalarına bölünməsini təmin edir, o cümlədən bir və ya bir neçə zonada su təchizatına və (və ya) tullantı sularının axıdılmasına cavabdeh olan müəssisələri təyin edir. Müəyyən ərazidə su təchizatına və tullantı sularının axıdılmasına cavabdeh olan su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə və müvafiq icra hakimiyyəti orqanı ilə bağlanmış müqavilədə nəzərdə tutulan vəzifələri icra edir və səlahiyyətləri həyata keçirir. Belə ki, iş materialına əlavə edilmiş "xxxx" ASC-nin rəsmi internet səhifəsindən əldə edilmiş məlumatdan aydın olur ki, hazırda Azərbaycan Respublikasının çoxsaylı bölgələrində, o cümlədən Xaçmaz rayonu ərazisində tullantı sutəmizləyici qurğuları istismara verilmişdir. Belə ki, bu layihə əsasında yaranmış tullantı sularının təmizlənərək ətraf mühitə zərər vermədən kənarlaşdırılmasına imkan yaradılmışdır. Hazırki iş üzrə isə inzibati xəta haqqında iş üzrə Şəxs tərəfindən təyinatsız axıdılmış tullantı və texniki suların mənşəyi və tərkibi məlum deyildir. Həmçinin, bu səbəbdən tullantı və texniki suların icazəsiz və təyinatsız şəkildə axıdılması ətraf mühitə əhəmiyyətli dərəcədə zərər vurma təhlükəsi yaratmışdır. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında iş üzrə MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolu və inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs tərəfindən texniki və tullantı sularının kənara təyinatsız axıdılması həyata keçirilmişdir. Məhkəmə Şəxs tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə tənbeh tətbiq edilməklə cərimə edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar