Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2923/2024 16.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4, Tələbkarın vəkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1113/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs hazırki tarixədək 4000 manat aliment borcunun tələbkarın xeyrinə ödənişini həyata keçirməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1113/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə hər ay üçün 400 manat sabit pul məbləğində aliment tutularaq Hüseynova (Cövziyeva) Pərvana Zahir qızına ödənilməlidir. Borclu icra şöbəsinə dəvət olunmasına baxmayaraq, gəlməkdən imtina etmiş, bu səbəbdən borclu barəsində axtarış haqqında qərar qəbul edilmişdir. Borclu dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdarlıq edilmişdir. O, polis əməkdaşları tərəfindən şöbəyə təqdim olunmuşdur. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq icra məmuru bildirdi ki, borclunun hazırki iş yeri ünvanına alimentin yönəldilməsi üçün tədbirlər görülməsi məqsədilə məktub ünvanlanmış, lakin müəssisə tərəfindən həmin məktub qəbul edilməyərək geri qaytraılmışdır. Tələbkarın icra şöbəsinə təqdim etmiş olduğu şikayət ərizəsindən məlum olmuşdur ki, borclu 2024-cü ilin avqust ayında 500 manat tələbkara ödəniş etmiş, bu səbəbdən hazırki tarixə borc 4000 manat məbləğində deyil, 3500 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, o, "xxxx" MMC şirkətində laboratoriya müdiri olmaqla 8 aydır ki, çalışır. Belə ki, barəsində çıxarılmış qətnamə ilə razı olmadığına görə ödənişləri tam icra etməmiş və icra şöbəsinə gəlməkdən imtina etmişdir. Belə ki, tələbkar ilə birgə nikah dövründə 60000 məbləğində borc götürərək 120000 dəyərində ev satın almış, lakin buna baxmayaraq, tələbkarın təkidi ilə ev satılaraq əldə edilmiş pulun yarısı sonuncu tərəfindən götürülmüşdür. Beləliklə, götürülmüş 60000 manat borc onun üzərində qalmışdır. Bundan əlavə, o tələbkara nağd və nağdsız qaydada ödənişlər etmişdir, lakin bu ödənişlərə dair qəbzləri təqdim etməsi mümkün deyildir. Hazırda maddi vəziyyətində baş vermiş çətinlikləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir, əlilliyi olmayan şəxsdir. Dövlət hesabına müdafiəçi ilə təmin olunmaqdan imtina etməsi onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Məhkəmə iclasında iştirak edən tələbkarın vəkili X5 bildirdi ki, borclu icra şöbəsinə dəvət olunmasına baxmayaraq, gəlməkdən imtina etmiş, bu səbəbdən borclu barəsində axtarış haqqında qərar qəbul edilmişdir. Borclu dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, o, qərəzli olaraq ödənişləri etməkdən yayınmışdır. Borclu polis əməkdaşları tərəfindən şöbəyə təqdim olunmuşdur. Şəxs 2023-cü ilin dekabr ayından etibarən tələbkara etmiş olduğu ödəniş ümumilikdə 500 manat təşkil edir. Göstərilənlərə əsasən borclu barəsində həbs növündə inzibati tənbeh tədbiri seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1113/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə hər ay üçün 400 manat sabit pul məbləğində aliment tutularaq Hüseynova (Cövziyeva) Porvana Zahir qızına ödənilməlidir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 1113/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, borclu Şəxs yaşayış yeri məlum olmadığından onun barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1113/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs hazırki tarixədək 4000 manat borcun tələbkarın xeyrinə ödənişini həyata keçirməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs aliment ödənişlərindən qərəzli şəkildə yayınması nəticəsində hazırki tarixədək 3500 manat aliment borcu yaranmışdır. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi qəbul edildiyi vaxtdan borc məbləğinin ödənilməsinə laqeyd yanaşmışdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, borclu dəfələrlə icra sənədinin icra olunması üçün qanunauyğun şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, uzun müddətdir ödəniş etməmişdir. Bundan əlavə o, borcun ödənişinə münasibətdə tamamilə laqeyd yanaşmışdır. Borclu icra məmuru tərəfindən edilmiş qanuni çağırışlara gəlməmiş və borclu barəsində axtarış haqqında qərar qəbul edilmişdir. Borclu dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Lakin, o, bundan sonra ödənişlərdən yenidən yayınaraq, icra məmurunun çağırışlarına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Borclu polis əməkdaşları tərəfindən şöbəyə təqdim olunmuşdur. Məhkəmə icra məmurunun izahatında qeyd etdiklərini, eyni zamanda onun aylardır işləməsinə baxmayaraq, həmin müddət ərzində qazancından heç bir ödəniş etməməsini və gələcəkdə də aliment ödənişlərinə davam etməsi barədə vədinin az inandırıcı olduğunu, keçmiş tarixdə etmiş olduğu ödənişin miqdarı borca münasibətdə cüzi olduğunu, izahatında qeyd etmiş olduğu ödənişlərə dair hər hansı sübutu nə məhkəməyə, nə də icra şöbəsinə təqdim etmədiyini, Şəxs törətdiyi inzibati xətanın hallarını, onun hazırki tarixə yığılmış borcunu ödəməsində yaranmış maddi çətinliklərini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 16 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2923/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2923/2024
16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver