Məhkəmə qərarları › İş №3(002)-2924/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2924/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2924/2024 17.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ rayon Polis İdarəsinin 10-cü polis şöbəsinin sahə inspektoru polis baş leytenantı X6, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1994-cü ildə İsmayıllı rayonu, Qalınçaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İsmayıllı rayonu, Qalınçaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Biləcəri qəsəbəsində naməlum ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 17 oktyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati materialdan və tərtib edilmiş inzibati protokoldan aydın olur ki, Şəxs 10 oktyabr 2024-cü il tarixdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə məqsədilə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində X1 etibarından sui-istifadə edərək ona məxsus dəyəri 350 manat olan mobil telefonu ondan alaraq dələduzluq etmişdir. Məhkəmə iclası zamanı Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X9 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 10 oktyabr 2024cü il tarixdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə məqsədilə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində X1 etibarından sui-istifadə edərək ona məxsus dəyəri 350 manat olan mobil telefonu ondan alaraq dələduzluq etmişdir. Faktla bağlı araşdırma aparılmış və hadisəni törətmiş Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdir. İnzibati xəta törətmiş şəxs hal-hazıradək vurulmuş ziyandan heç bir ödəniş etməmişdir. Odur ki, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 öz izahatında göstərmişdir ki, işləmək üçün işə düzəltmə agentliyinə müraciət etmiş, 09 oktyabr 2024-cü il tarixdə işə düzəltmə agentliyinin paylaşdığı "Ocaq maketdə işçi axtarılır” elanında olan +994 55 272 49 24 nömrəsi ilə əlaqə saxlayaq iş barədə danışmış, həmin şəxs adının Ruhin olduğunu və onu işə götürəcəyini bildirmişdir. Ruhinlǝ Bakı şəhər avtovağzalında görüşərək Qaradağ rayon Muşfiqabaq qəsəbəsinə gəlmişlər. Muşfiqabad qəsəbəsində olan zaman Ruhin ondan telefonunu istəmiş və telefonda olan kart nömrəsini götürəcəyini bildirmişdir. Şəxs həmin zaman digər işçilərin gələcəyini deyərək marketǝ getməsini, qoğal və su almasını demişdir. O marketdən çıxdıqdan sonra görmüşdür ki, Ruhin telefonunu götürərək ordan getmişdir. O bir qədər Ruhini gözləsə də onun gəlməyəcəyinidən əmin olub bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Baş vermiş hadisə zamanı ona 350 manat maddi ziyan dəymiş və hal-hazıradən vurulmuş ziyandan heç bir ödəniş edilməmişdir. Odur ki, Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, təxminən oktyabr ayının əvvəllərində Nəsimi rayon ərazisində yerləşən işə düzəltmə agentliyinə getmişdir. Həmin agentlikdə işçi axtarışı elanı verdirmiş, elanın məzmununu “Nəriman Nərimanov rayonununda yerləşən "Ocaq" marketdə işçi axtarılır” kimi qeyd etdirmişdir. O, adı çəkilən marketdə keçən il işləmiş və adını oradan bilirmiş. Təxminən 09 oktyabr tarixində agentliyə verdiyi +994 55 *** ** ** mobil nömrəsinə zəng gəlmiş, zəng edən xanım adının Çinarə olduğunu və “Ocaq” marketdə olan işçi elanı üçün zəng etdiyini bildirmişdir. O, Çinarəyə özünü Ruhin adı ilə təqdim edərək ona "Ocaq" maketi işlətdiyini və işçi lazım olduğunu demişdir. Onunla 10 oktyabr tarixində Bakı şəhər avtovağzalında görüşü razılaşdırmış, orada görüşdükdən sonra ona Muşfiqabad qəsəbəsində marketden mal götürəcəklərini bildirərək oradan avtobusa əyləşib Qaradağ rayon Muşfiqabad qəsəbəsinə getmişlər. Orada olan zaman telefonla danışırmış kimi edib Çinarəyə öz telefonuna plastik kart kodu yazmasını bildirmişdir. Həmin zaman Çinarə iş barədə danışmağa başlamış və başqa işçilərin olub-olmadığını soruşmuşdur. O cavabında ona başqa xanım işçilərin də olduğunu, onların yolda olduqlarını və gələcəklərini demişdir. O daha sonra Çinarədən yazdığı kart kodunu ona verməsini bildirmiş və telefonunu istəmişdir. Çinarə telefonunu ona verdikdən sonra ona mağazadan qoğal və su almasını deyərək onu mağazaya göndərmişdir. Çinarə mağazaya getdikdən sonra o, telefonu götürüb oradan uzaqlaşmışdır. O öz izahatında daha sonra göstərmişdir ki, həmin elanı paylaşmaqda məqsədi hər hansı şəxs və ya şəxsləri aldatmaq, başqa ad deməsində məqsədi isə öz kimliyini gizlətmək olmuşdur. Dələduzluqla ələ keçirdiyi telefon açıq mavi rəngli XİAOMİ Redmi 9 markalı mobil telefon olmuşdur. O həmin telefonu telefon mağazasına satmaq istəmiş, lakin telefon mağazası 30 manata aldığı üçün o, telefonu satmamış, mağazadan çıxıb bir qədər uzaqlaşdıqdan sonra tanımadığı bir şəxs ona yaxınlaşaraq telefonu almaq istədiyini demiş, o da 50 manata həmin şəxsə telefonu satmışdır. Hal-hazırda maddi imkanı olmadığı üçün dəymiş ziyandan ödəniş edə bilməyəcəyini, törətdiyi əməldən peşiman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 16 oktyabr 2024-cü il tarixli, Qaradağ RPİ-nin 10-cu PŞ-nın təhqiqatçısı, polis kapitanı X3 tərəfindən qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən; X1 müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzabiti xəta haqqında iş üzrə icraatın başlanmas məsələsinə baxılması üçün adiyyəti əməkdaşa təqdim edilməsi, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokuroruna göndərilməsi, qərarın surətinin məlumat üçün X2 göndərilməsi, toplanmış materialın saxlanılması üçün Qaradağ RPİ-nin 10-cu PŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi dələduzluq yolu ilə özgənin əmlakını talama hadisəsi tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs oğlunun inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 21-ci İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs oğlu tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, vurulmuş ziyandan heç bir ödəniş etməməsini və buna hər hansı bir formada cəhd belə göstərməməsini nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş 15 oktyabr 2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan ayın olur ki, Şəxs oğlu qeyd olunan xırda talama hadisəsi ilə əlaqədar 15 oktyabr 2024-cü il tarixdə saat 23:40-da tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 15 oktyabr 2024-cü il saat 23:40-dan hesablansın və həbsin sonu 15 noyabr 2024-cü il saat 23:40 müəyyən edilsin. 3.Zərərçəkmiş şəxs X2 izah edilsin ki, ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi məqsədi ilə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. 4.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar