Məhkəmə qərarları › İş №3(002)-2925/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2925/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2925/2024 17.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi X7, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Müşfiqabad qəsəbəsi, ev 4E qarşısında zərərçəkmiş şəxs X4 döymüşdür. Bununla da İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi X11 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Qızıldaş qəsəbəsində zərərçəkmiş şəxs X4 döymüşdür. Bununla da İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Baş vermiş hadisə ilə bağlı polis şöbəsində araşdırma aparılmış, zərərçəkmiş şəxsin müraciətinə dair toplanmış materialda Azərbaycan Respublikası CMnin müvafiq maddəsinin tərkib hissəsi yaranmadığından material üzrə xx.xx.2024-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, həmin tarixdə məhəllədə qonşusu X2 digər qonşusu X5 fiziki zorakılıq nümayiş etdirərək, söyüş söyərək mübahisə etdiyini görmüşdür. Bu zaman o, məsələyə müdaxilə etmiş X6 qadına qarşı etdiyi kobudluq nümayiş etdirməsinin doğru olmadığını bildirmişdir. Lakin, X8 onun müdaxilə etməsinə əsəbləşmiş, onunla mübahisə etmiş, daha sonra isə yaşadığı evə gedərək bıçaq götürmüş onunla mübahisəni davam etmək üçün geri qayıdarkən ailə üzvləri onun çıxmasının qarşısını almaq üçün evin qapısını bağlamışlar. Bu səbəbdən o, pəncərədən (nəfəslikdən) çölə çıxmağa nail olmuş və qəzəbli halda onun üzərinə yerimişdir. Onun əlində bıçaqla gəldiyini gördükdə isə o, avtomobili ilə hadisə yerindən uzaqlaşmaq istəyərkən bunu görən X8 təpiklə onun avtomobilinə vurmuşdur. Həmin vaxt avtomobilini təmir etmək üçün götürməyə gəlmiş Şahid da onunla bərabər olmuş və hadisələrə şahidlik etmişdir. Həmçinin, o, zərərçəkmiş şəxs X8 ilə bağlı verilmiş ekspertiza rəyinə münasibətdə bildirmişdir ki, sonuncu həmin xəsarətləri əlində bıçaqla evin kiçik ölçülü pəncərəsindən çıxarkən pəncərəyə quraşdırılmış dəmir barmaqlıqlar səbəbindən ala bilərdi. X1 döymədiyini, onunla yalnız sözlə mübahisə etdiyini nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə X3 onun övladını vurduğunu eşitmişdir. Bu faktdan əmin olmaq üçün məhəllədə yerləşən “AL Market”in təhlükəsizlik kamerasının görüntülərini əldə etmiş və sonuncunun onun övladına qarşı fiziki zorakılıq etdiyini həmin görüntülərdən də müəyyən etmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə qonşusu Vüsaləyə yaxınlaşmış, oğluna qarşı etdiyi hərəkətin düzgün olmadığını bildirmişdir. Həmin vaxt Şəxs onlara yaxınlaşmış və onların söhbətinə müdaxilə etmişdir. O, sonuncuya məsələnin ona aid olmadığını bildirdikdə, sonuncu avtomobilinin açarı ilə onun qarın nahiyəsinə vurmuş, sonra onu əli ilə itələmiş və o, zərbəyə müvazinət göstərə bilmədiyindən skamyanın üzərinə düşmüşdür. Şəxs ilə barışmadığını nəzərə alaraq, ona sərt tənbeh tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs onu döyməsi anının qeydə alındığı hər hansı görüntü və ya şahid mövcud deyil. Məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində bildirmişdir ki, o, Şəxs, X8 və X9 ilə eyni ərazidə yaşayır. Hadisə günü o, “Al Marketdə” alış-veriş edərkən çöldən səsküyün gəldiyini eşitmiş və səs gələn tərəfə baxdığı zaman X2 X9 ilə söyüş söyərək mübahisə etdiyini müşahidə etmişdir. Bir az sonra Şəxs hadisə yerinə gələrək onları ayırmışdır. Daha sonra Raqub evinə qayıdaraq bıçaq götürmüş, evin kiçik ölçülü pəncərəsindən çıxmış və Şəxs tərəf gəlmişdir. Şəxs onun əlində bıçaqla gəldiyini görmüş və təcili avtomobili ilə oradan uzaqlaşmışdır. R.H.İsmayılov ona çata bilmədiyindən avtomobilinə təpik zərbəsi vurmuşdur. Məhkəmə iclasında iştirak edən Şahid ifadəsində bildirmişdir ki, o, avtomobil ustası olaraq çalışır. Hadisə günü tanışı Nurlan onu avtomobilinin yağını dəyişmək üçün çağırmışdır. O, məhəlləyə çatarkən səs-küyün gəldiyini eşitmiş və səs gələn tərəfə baxdığı zaman X2 əlində bıçaqla evinin dəmir barmaqlıqlar quraşdırılmış pəncərəsindən çölə çıxdığını və Şəxs tərəf gəldiyini görmüşdür. Şəxs da təcili olaraq avtomobilinə əyləşmiş və həmin yerdən uzaqlaşmışdır. Şəxs çata bilməməsindən qəzəblənən R.H.İsmayılov təpiklə sonuncunun avtomobilinə vurmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Məhkəmə Tibbi Ekspertizasının 403 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, vət. X2 məhkəmə tibbi müayinəsı zamanı onun bədəni üzərində qarın nahiyəsinin sıyrıqları, sol bazu nahiyəsinin qançırı bərk küt əşya təsirindən, müayinədən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Müşfiqabad qəsəbəsi, ev 4E qarşısında zərərçəkmiş şəxs X4 döymüşdür. Bununla da İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X2 müraciətinə dair toplanmış materialda Azərbaycan Respublikasının CM-nin müvafiq maddəsinin tərkib hissəsi yaranmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Beləliklə, məhkəmə iclasında proses iştirakçılarının izahatları, toplanmış və tədqiq edilmiş sübutların məcmusu, inzibati xəta haqqında protokol və digər iş materialları ilə Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmaması tam sübuta yetirildi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan halları və məhkəməyə təqdim olunmuş şahid ifadələrini və iş üzrə materialı nəzərdən keçirirərək məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsi faktı sübuta yetirilməmişdir. Belə ki, sonuncunun həmin əməli törətməsinə dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, şahid ifadələri isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin lehinə verilmişdir. Ekspertiza rəyi ilə bağlı məhkəmə qeyd edir ki, şahid qismində izahat vermiş şəxslərin dediklərindən Şəxs dəmir barmaqlıqlar quraşdırılmış pəncərədən çıxması halı müəyyən edilmişdir. Lakin, məhkəmə tibbi ekspertizasının təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs o vəziyyətdə pəncərədən çıxması onun üzərində mövcud olan xəsarətlərin əmələ gəlməsinə səbəb olub-olmaması barədə ekspert qarşısında hər hansı sual qoyulmamışdır. Eyni zamanda rəyin nəticə hissəsinə nəzər yetirdikdə müəyyən edilmişdir ki, X2 qarın nahiyəsinin sıyrıqlarının bərk küt əşyanın təsirindən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi qeyd olunmuşdur ki, məhkəməyə zərərçəkmiş şəxs qismində təqdim olunmuş şəxs də məhz həmin tarixdə küt əşya sayılan dəmir barmaqlıqlar quraşdırılmış pəncərədən çölə çıxmış və əlində bıçaq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tərəf yönəlmişdir. Belə olan halda üzərində olan xəsarətlərin pəncərədən çıxma anında əmələ gəlməsi halı istisna olunmur. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspert rəyində qeyd edilmiş X2 bədəni üzərindəki xəsarətlərin məhz Şəxs hərəkətləri səbəbindən əmələ gəlməsi təsdiqlənməmişdir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələrin onun xeyrinə həll edildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 157-ci maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar