Məhkəmə qərarları › İş №3(002)-2926/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2926/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2926/2024 17.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis şöbəsinin sahə inspektoru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseyinov küçəsi, ev 57-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs 24 iyun 2024-cü il tarixdə saat 15.00 radələrində ünvan 2 ünvanının qarşısında qonşusu X2 vuraraq sağlamlığa ona zərərvurmayan xəsarətlər yetirmişdir. Qeyd edilənlərlə bağlı Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis şöbəsinin Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis şöbəsinin təhqiqatçısı X8 tərəfindən fakt üzrə cinayət işinin başlanılması rədd edilmiş və Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis şöbəsinin sahə rəisi X6 tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair MN serialı ******* saylı, 17 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, X4 onun qonşusudur və münasibətləri normal olmuşdur.xx.xx.2024-cü il tarixdə azyaşlı uşağı evə gələrək Vüsalə Zeynalova tərəfindən vurulduğunu ona bildirmişdir.Bundan sonra o məhəllədə olan mağazada olan kameralara baxmış və oğlunun Vüsalə tərəfindən vurulduğunu görmüşdür.Bundan sonra xx.xx.2024-cü il tarixdə yaşadığı binanın həyətində olarkən Vüsalə ilə rastlaşmış və nə üçün uşağını vurduğunu soruşmuşdur.Bu zaman Vüsalə ilə aralarında söz mübahisəsi başlamışdır.Bu zaman onalrın yanına digər qonşu Nurlan Rəsulov yaxınlaşmış və onların söhbətinə müdaxilə etmişdir.Bundan sonra o, həmin ərazidən uzaqlaşıb evinə getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirmişdir ki, 24 iyun 2024-cü il tarixdə idarə etdiyi avtomobillə anasını iş yerindən götürməyə gedərkən qonşusu Şəxs onun avtomobilinə hücum edərək avtomobilin yan şüşəsindən əlini içəri salıb yaxasından tutaraq bayıra çıxartmağa çalışmışdır.Bu zaman hadisə yerinə digər qonşu Nurlan Rəsulov yaxınlaşmış və Raqub Hüseynovu oradan uzaqlaşdırmışdır.Bundan sonra Şəxs evə qaçaraq bıçaq götürmüş və yenidən onlara hücum etmişdir.hadisə zamanı o sinəsindən xəsarət almışdır.Hal-hazırda Şəxs şikayətçidir. Məhkəmə iclasında şahid X7 bildirmişdir ki, 24 iyun 2024-cü il tarixdə idarə etdiyi avtomobillə yaşadığı binanın qarşısından keçərkən qoşuluqda yaşayan Vüsalə Zeynalova və Şəxs mübahisə etdiyini, Raqubun Vüsalənin ünavnına nəlayiq söyüşlər söydüyünü görmüşdür.O, həmin yerə yaxınlaşmış və Raquba iradını bildirmişdir.Bundan sonra Raqub evə tərəf qaçıb bıçaq götürərək onlara hücum etmiş və onun avtomobilin qabaq qapısına təpiklə vurmuşdur.Sonradan o, həmin yerdən uzalaşmışdır. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində cinayət əlamətləri mövcud olduğundan onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati material yenidən araşdırılması üçün təhqiqat orqanına göndərilməlidir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs X4 və şahid X7 məhkəmə iclasında verdikləri izahatlarında Şəxs yaşadıqları binanın qarşısında, yəni ictimai yerdə bıçaqla onlara hücum edərək xəsarət yetirmək istədiyini, eyni zamanda X5 məxsus avtomobilə zərər vurduğunu bildirmişlər. Bununla da Şəxs hərəkətlərində cinayət əlaməti olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs hərəkətlərində cinayət əlamətləri mövcud olduğundan onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və inzibati material yenidən araşdırılması üçün təhqiqat orqanına göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar