Məhkəmə qərarları › İş №3(002)-293/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-293/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-293/2025 17.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın iştirakları ilə, xx xxxx 1995-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, 2-ci massiv, keçid-1, ev.1, mənzil 42 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, 1-ci massiv, fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X3, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin e-2(002)-191/2020 saylı, 08 yanvar 2020-ci il tarixli icra vərəqəsini, Qaradağ rayon Məhkəməsinin 2(002)-1419/2023 saylı, 06 iyul 2023-cü il tarixli icra vərəqəsini və Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-11919 saylı, 14 dekabr 2023-cü il tarixli icra qeydi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X3 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin e-2(002)-191/2020 saylı, 08 yanvar 2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2018-ci il tarixli, 122GTKR0355976AA saylı kredit müqaviləsi üzrə yaranmış 5491,14 manat məbləğində əsas borc, 927,67 manat məbləğində faiz borc, cəmi 6418,81 manat məbləğində borc, xx.xx.2018-ci il tarixli **********01944122 saylı kredit kartı müqaviləsi üzrə yaranmış 2299,72 manat məbləğində əsas borc, 572,51 manat məbləğində faiz borc, cəmi 2872,23 manat məbləğində borc olmaqla, ümumilikdə cəmi 9291,04 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1419/2023 saylı, 06 iyul 2023-cü il tarixli icra vərəqəsinə əsasən 16 may 2021-ci il tarixli və 14 oktyabr 2021-ci il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh Şəxs 2245 manat əsas borc və tərəfindən ödənilmiş 42,45 manat məbləğində dövlət rüsumunun "xxxx"-in xeyrinə tutulması qət edilmişdir. Həmçinin Bakı şəhəri 54 saylı notariat ofisinin 14 dekabr 2023-cü il tarixli, 8İ-11919 saylı icra qeydinə əsasən 'Notarial haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən AZ1075, ünvan 2 ünvanında yerləşən bank olmayan kredit təşkilatı X2 Cəmiyyəti/ VÖEN:********** xeyrinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, 2-ci massiv, keçid-1, ev.1, mənzil 42 ünvanında qeydiyyatda olan Şəxs (AA2110361, xx.xx.2020 – Asan 1: FİN: xxxxxxx; d/t: xx.xx.1995) müddət üçün vaxtında ödənilməmiş 34 manat 50 qəpik (otuz dörd manat əlli qəpik) tutulması, bundan əlavə borcludan Şəxs 28 manat 50 qəpik (iyirmi səkkiz manat əlli qəpik) məbləğində cəriə, peniya tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) və poçt vasitəsilə vətəndaşa göndərilən bildirişə görə 05 manat 00 qəpik (beş manat sıfır qəpik) olmaqla cəmi 93 manat 00 qəpik (doxsan üç manat sıfır qəpik) pul tutulması təklif edilmişdir. İcra sənədləri icraata daxil olduqdan sonra müvafiq olaraq 18 fevral 2020-ci il, 13 sentyabr 2023-cü il və 07 iyun 2024-cü il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Tərəfindən 17 fevral 2025-ci il tarixdə qeyd olunan icra sənədlərinin birləşdirilməsi barədə qərar qəbul edilmiş və həmin icra sənədləri 27172/20 nömrəli icraatda birləşdirilmişdir. Borclunun "xxxx" ASC-yə 9321 manat 04 qəpik, "xxxx"-ə 2287 manat və X2 Cəmiyyətinə 93 manat borcu vardır. İndiyədək qeyd olunan məbləğlərdən heç bir ödəniş edilməmişdir. 14 fevral 2025-ci il tarixdə borclu Şəxs saxlanılaraq Qaradağ rayon İcra Şöbəsinə təhvil verilmişdir. Beləliklə borclunun bu günə hər üç icra sənədi üzrə 11701.04 manat borcu vardır. Yaranmış borclardan hal-hazıradək heç bir ödəniş edilməmişdir. Buna görə də borclunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 17 fevral 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. İcra məmuru öz izahatında borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, hal-hazıradək işsiz olmuş, buna görə də yuxarıda qeyd olunan məbləğləri ödəməkdə çətinlik çəkmişdir. Hal-hazırda borcundan ödəniş etmək üçün heç bir imkanının olmadığını, şərait yaradılcağı təqdirdə isə qısa müddətdə yuxarıda qeyd olunan borclarından kifayət qədər ödənişlər edəcəyini bildirərək iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün icra məmurunun çağırışlarından xəbərsiz olmuşdur. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxsnın yaranmış borcundan xəbəri olsa da heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Bundan başqa icra məmurunun çağırışlarına da məhəl qoymaraq gəlməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tərəflərin izahatları, inzibati xəta haqqında tərtib edilmiş 17 fevral 2025-ci il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, hal-hazırda rəsmi və ya qeyri-rəsmi qaydada işləyərək müəyyən gəlirə malik olmasına dair icra məmuru tərəfindən sübutların təqdim edilməməsini, qeyd olunan icra işləri ilə bağlı ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və yaranmış borcundan qısa müddətdə ödənişlər edəcəyini öhdəsinə götürməsini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar