Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2957/2024 21.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X6, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxx 1985-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X11, borclu Şəxs barəsində protokol tərtib edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin e-16(002)-149/2024 saylı, 03 oktyabr 2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X11 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin e-16(002)-149/2024 saylı, 03 oktyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan e-2(002)- 2178/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iddiaçı X5 xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 16:30-dan saat 20:00dək, bayram günlərində isə axırıncı bayram günü saat 16:30-dan saat 20:00-dək ünsiyyətdə olması üçün müvəqqəti görüş vaxtı müəyyən edilmiş, qərardadın icra olunması Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə həvalə olunmuşdur. İcra vərəqəsi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada 07 oktyabr 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. 19 oktyabr 2024-cü il tarixdə icra sənədinin icrası ilə bağlı tələbkar və borclu Qaradağ rayon icra şöbəsinə dəvət edilmişlər. Görüş zamanı borclu tərəf icra sənədinin icrasına maneçilik törədərək uşaqları şöbənin giriş qapısında saxladığı avtomobildən düşürtməkdən imtina etmiş, tələbkara uşaqlarla avtomobildə ünsiyyətdə olması üçün şərait yaradılmış, lakin borclu icraya mane olaraq tələbkarı avtomobildən çıxarmış və tələbkarı əli ilə itələmişdir. Qeyd edilənlərlə bağlı borclu tərəfindən tələbkarın uşaqlarla ünsiyyətdə olmasına maneəçilik törədilmişdir. O borcluya icra vərəqəsinin icrasına maneə yaratdığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirmiş, buna görə də borclu bu gün, yəni 21 oktyabr 2024-cü il tarixdə iddiaçı X5 xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə görüşünə şərait yaratmışdır. Beləliklə borclu bu günədək icra sənədinin icrasından qərəzli olaraq yayınmış və bu səbəbdən də onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 21 oktyabr 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X9 öz izahatında göstərmişdir ki, təqribən üç ilə yaxındır ki, Şəxs ilə ayrılmışlar və bu müddət ərzində övladları, X8 və X2 görməmişdir. Belə ki, borclu Şəxs onu şantaj edərək uşaqlarını görməyə imkan yaratmamışdır. Yalnız bu yaxınılarda, yəni 03 oktyabr 2024-cü il tarixdən Qaradağ rayon Məhkəməsinin e-16(002)-149/2024 saylı, icra vərəqəsinə əsasən ona uşaqları ilə ünsiyyətə icazə verilmişdir. Buna baxmayaraq borclu ona övladlarını görməyə imkan yaratmır, müxtəlif bəhanələrlə uşaqla ünsiyyətə mane olur. 19 oktyabr 2024-cü il tarixdə icra sənədinin icrası ilə bağlı o və borclu Qaradağ rayon icra şöbəsinə dəvət edilmişlər. Görüş zamanı borclu tərəf icra sənədinin icrasına maneçilik törədərək uşaqları şöbənin giriş qapısında saxladığı avtomobildən düşürtməkdən imtina etmiş, ona avtomobildə uşaqlarla ünsiyyətdə olması üçün şərait yaratmış, lakin sonradan yenə də icraya mane olaraq onu avtomobildən çıxarmış və əli ilə itələmişdir. Nəticədə o yerə yıxılmış və sağ qolu zədə alaraq göyərmişdir. Faktla bağlı 10-cu PB-ya müraciət etmişdir. Bu gün borclu uşaqla ünsiyyət üçün şərait yaratsa da uşaqlar onunla görüşmək istəməmişlər. Buna səbəb borlcunun onun barəsində mənfi fikir formalaşdırmaqla uşaqlara təsir göstərməsi olmuşdur. Bütün qeyd etdiklərinin nəzərə alınaraq borlcu barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, icra vərəqəsindən məlumatı vardır, onun tərəfindən icra sənədinin icrasına hər hansı maneə yaradılmır. 19 oktyabr 2024-cü il tarixdə icra sənədinin icrası ilə bağlı o və borclu Qaradağ rayon icra şöbəsinə dəvət edilən zaman o, övladlarının anaları ilə görüşməsinə maneə yaratmamışdır, lakin həmin vaxt uşaqlar görüşdən qəti şəkildə imtina edərək səs-küy salaraq ağlamağa başlamışlar. O da uşaqlarının həmin vaxt çox pis vəziyyətə düşdüklərini görüb tələbkarın zorla uşaqlarla görüşməsinin mümkünsüzlüyünü ona izah etməyə çalışmışdır. Bu gün yəni 24 oktyabr 2024-cü il tarixdə də hər iki övladını anaları ilə görüşməsi üçün icra şöbəsinə gətirmişdir. O öz izahatında daha sonra icra tədbirlərindən yayınmadığını, icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəldiyini, himayəsində olan uşaqlarının analarını uzun müddət görməməklə onu tanımadıqlarını, anaları ilə görüşdən qəti şəkildə imtina edərək ağır həyəcan keçirmələrini və əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində qəbul edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, borclu icra vərəqəsinin icrasından yayınmamışdır. Belə ki, 19 oktyabr 2024-cü il tarixdə icra sənədinin icrası ilə bağlı tələbkar və borclu Qaradağ rayon icra şöbəsinə dəvət edilən zaman borclu övladlarının anaları ilə görüşməsinə maneə yaratmamışdır. Uşaqlar özləri anaları ilə görüşmək istəməmişlər. Belə ki, xx.xx.2019-cu il təvəllüdlü X3 biloji anasını tanımır. Uşaqların bioloji anaları ilə görüşməsi onların psixologiyasına mənfi təsir göstərir. Buna baxmayaraq borclu bu gün, yəni 24 oktyabr 2024-cü il tarixdə hər iki övladını anaları ilə görüşməsi üçün icra şöbəsinə gətimişdir. Görüş baş tutsa da uşaqlar analarını görməkdən qəti imtina etmişlər. Bu bir daha onu göstərir ki, borclu icra vərəqəsinin icrasından yayınmır. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, o cümlədən icra məmurunun 19 oktyabr 2024-cü il tarixdə icra şöbəsinin həyətində uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi ilə bağlı baş vermiş hadisənin lentə alındığı videogörüntüyə baxış keçirərək hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zaman, borclunun icra sənədinin tələbini icra etməkdən qəsdən yayınmasına dair heç bir hal müəyyən edilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı tərəflərin izahatından və görüş zamanı qeydə alınmış videogörüntüdən də göründüyü kimi azyaşlı övladları ilə tələbkarın görüşü uyğun olmayan yerdə, yəni avtomobildə keçirilən zaman ciddi problemlər yaşanmış, tərəflərin davranış və hərəkətləri azyaşlı uşaların mənafeyinə uyğun olmamaqla baş verəcək görüş və ünsiyyət zamanı uşaqların həyatı və səhhəti ciddi təhlükə qarşısında qalmışdır. Bununla bağlı məhkəmə hesab edir ki, icra məmuru tərəfindən Qaradağ rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Qəyyumluq və himayədarlıq məsələləri üzrə komissiya”-nın psixoloqu cəlb edilməklə yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla və tələbkarın azyaşlı uşaqları ilə görüşünün nə qədər məqsədə müvafiq olub-olmaması aydınlaşdırılmaqla lazımi yerdə və lazımi şəraitdə görüş təşkil edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs əməlində hal-hazırda inzibati xəta tərkibinin olması öz təsdiqini tapmamışdır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2957/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2957/2024
21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver