Məhkəmə qərarları › İş №3(002)-2967/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2967/2024

04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2967/2024 04.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə EP ******* saylı, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, İran İslam Respublikasının Astara əhərində yerləşən "X10" Şirkətinin sifarişi ilə "X7 Co" şirkətinin adından Azərbaycan Respublikası vətəndaşı X1 adına VÖEN:**********) "Howo" markalı 90AG177/90AG178 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə göndərilmiş, xx.xx.2024-cü il tarixdə Astara Gömrük İdarəsinə daxil olmuş "polietilen torbalar Ailen polimerlərindən torbalar)" yükünə, yükü müşayiət edən sənədlərdə yükün ölçüsü barədə göstərilən məlumatlar şübhə doğurduğuna görə gömrük yoxlaması tədbiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X3 İdarəsinin xx.xx.2024 tarixli 3-33-5300/2-003183/2024 nömrəli ekspert rəyinə əsasən "Nilex" adlı "X8 bags 50*60cm" nişanlı, polietilen (CAS 9002-88- 4) əsaslı, düzbucaqlı formalı, qara rəngli, qulplu torbaların qalınlığı 17 mikron (0.017 mm), "Nilex" adlı "Пакеты для мусоpa (50*60cm) Standart orta ölçü çöp poşeti nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, düzbucaqlı formalı, qara rəngli, qulpsuz torbaların qalınlığı 15.4 mikron, "Nilex" adlı "Пакеты для Мусора (80*100cm)" nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, düzbucaqlı formalı, qara rəngli qulpsuz torbaların qalınlığı 14.9 mikron (0.0149 mm) kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası vətəndaşı X1 adına "Howo" markalı 90AG177/90AG178 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə göndərilmiş və **********8204 sorğu nömrəli qısa idxal bəyannaməsi ilə və xx.xx.2024-cü il tarixli **********4131 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara xx.xx.2024-cü il tarixdə Qaradağ rayonu Xocasən gömrük terminalında ətraflı gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı X5 tərəfindən yükü müşayiət edən sənədlərdə - "464610" saylı CMR, "162" nömrəli invoys və **********8204 sorğu nömrəli qısa idxal bəyannaməsində bəyan edilən "polietilen torbalar (etilen polimerlərindən torbalar)" yükü eyniləşdirilmiş, "Nilex" adlı "Пакеты для мусора (80*100cm)" nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, düzbucaqlı formalı, qara rəngli qulpsuz, qalınlığı 14.9 mikron (0.0149 mm) polietilen torbaların çəkisinin 5100 kq olduğu, həmçinin nəqliyyat vasitəsində bəyan edilmiş mallardan "Nilex" adlı "X8 bags 50*60cm nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, düzbucaqlı formalı, qara rəngli, qulplu qalınlığı 17 mikron (0.017 mm) torbaların çəkisinin 1902 kq olduğu, "Nilex" adlı "Пакеты для мусора (50*60cm) Standart orta ölçü çöp poşeti" nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, düzbucaqlı formalı, qara rəngli, qulpsuz qalınlığı 15.4 mikron olan torbaların çəkisinin 10475 kq olduğu, "Nilex" adlı "X8 Bags 10 Pcs (70*90cm)" nişanlı, polietilen əsaslı, düzbucaqlı formalı, qara rəngli, qulpsuz, qalınlığı 20 mikron olan torbaların çəkisinin 1330 kq olduğu, "Nilex" adlı "X8 Bags 10 Pcs (60*80cm)" nişanlı, polietilen əsaslı üzbucaqlı formalı, qara rəngli, qulplu, qalınlığı 15 mikron olan torbaların çəkisinin 800 kq olduğu, "Nilex" adlı "Пакеты для мусора (80*110cm)" nişanlı, polietilen əsaslı, düzbucaqlı formalı, qara rəngli, qulpsuz, qalınlığı 17 mikron olan torbaların çəkisinin 4415 kq olduğu müəyyən edilmişdir. Mallar Qaradağ rayonu Xocasən gömrük terminalında saxlanılır. Həmçinin, Dövlət Gömrük Komitəsi X3 İdarəsindən Sumqayıt Gömrük İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-5300/2- 003419/2024 №-li ekspert rəyinə əsasən, X1 ünvanına 162 saylı xx.xx.2024-cü il tarixli invoys üzrə idxal olunan polietilen torbaların texniki göstəriciləri aşağıdakı kimidir: 162 saylı xx.xx.2024-cü il tarixli invoysun 1-ci mal mövqeyi üzrə 1.1) "Nilex" adlı "Пакеты для мусора (80*100cm)" nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, alınlığı 15.9 mikron (0.0159 mm) olan, düzbucaqlı formalı, qara rəngli qulpsuz torba 1.2) "Nilex" adlı "Пакеты для мусора (50*60cm) Standart orta ölçü çöp poşeti" nişanlı, jolietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 16.8 mikron (0.0168 mm) olan, düzbucaqlı formalı, qara angli, qulpsuz torba 1.3) "Nilex" adlı "Пакеты для мусора (80*110cm) Standart orta ölçü zibil torbası" nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 15.3 mikron (0.0153 mm) olan, düzbucaqlı formalı, qara angli qulpsuz torba 1.4) "Nilex" adlı "X8 bags 70*90cm" nişanlı, polietilen (CAS 9002-88-4) Əsaslı, qalınlığı 12.3 mikron (0.0123 mm) olan, düzbucaqlı formalı, qara rəngli, qulplu torba 1.5) "Nilex" adlı "X8 bags 60*80cm" nişanlı polietilen (CAS 9002-88-4) Əsaslı, qalınlığı 13.7 mikron (0.0137 mm) olan, düzbucaqlı formalı, qara rəngli, qulplu torba 1.6) "Nilex" adlı "X8 bags 50*60cm" nişanlı polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 16.8 mikron (0.0168 mm) olan, düzbucaqlı formalı, qara rəngli, qulplu torba. Araşdırma zamanı müəyyən edilmişdir ki, X5 tərəfindən 80AG177/90AG178 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə idxal edilmiş və Sumqayıt Gömrük İdarəsində xx.xx.2024-cu il tarixli **********4131 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş xx.xx.2024-cü il tarixli 3-33-5300/2-003419/2024 №-li ekspert rəyində göstərilən malların mikron Qalınlığı 15-dən aşağıdır. Beləliklə, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin nümayəndəsi X6 protokolu müdafiə edərək, vəzifəli şəxs barəsində qanuni tədbirlərin görülməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, İran İslam Respublikasının Astara əhərində yerləşən "X10" Şirkətinin sifarişi ilə "X7 Co" şirkətinin adından Azərbaycan Respublikası vətəndaşı X1 adına VÖEN:**********) "Howo" markalı 90AG177/90AG178 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə göndərilmiş, xx.xx.2024-cü il tarixdə Astara Gömrük İdarəsinə daxil olmuş "polietilen torbalar Ailen polimerlərindən torbalar)" yükünə, yükü müşayiət edən sənədlərdə yükün ölçüsü barədə göstərilən məlumatlar şübhə doğurduğuna görə gömrük yoxlaması tədbiq edilmişdir. Lakin sərhəd bölgəsində yerləşən Astara Gömrük İdarəsində iş çoxluğu səbəbindən ətraflı yoxlama həyata keçirilməsi mümkün olmadığından, pozuntu aşkar edilmiş mallar Xocasən ərazisində yerləşən gömrük postuna daxil olduqdan sonra yenidən ətraflı yoxlama aparılmışdır. Ətraflı yoxlama nəticəsində "Nilex" adlı "X8 bags 70*90cm" nişanlı, polietilen (CAS 9002-88-4) Əsaslı, qalınlığı 12.3 mikron (0.0123 mm) olan, düzbucaqlı formalı, qara rəngli, qulplu torbaların və "Nilex" adlı "X8 bags 60*80cm" nişanlı polietilen (CAS 9002-88- 4) əsaslı, qalınlığı 13.7 mikron (0.0137 mm) olan, düzbucaqlı formalı, qara rəngli, qulplu torbaların mikron Qalınlığının 15-dən aşağı olması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən X5 izahatında bildirmişdir ki, iş üzrə özünü təqsirli bilir, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola etirazı yoxdur. Həmçinin barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi tərəfindən həmin tarixdə aparılmış yoxlama zamanı yükü müşaiyət edən sənədlərdə "464610" saylı CMR, "162" nömrəli invoys, "**********8204" sorğu nömrəli qısa idxal bəyannaməsində göstərilənlərlə qoşquda olan "polietilen torbalar yükü eyniləşdirildi və sənədlərdə göstərilənlərlə qoşquda olan faktiki yük arasında uyğunsuzluğun, yəni yükü müşaiyət edən sənədlərdə ümumi çəkisi 24810 (iyirmi dörd min səkkiz yüz on) kq olan "polietilen torbalar" yükünün qalınlığının 15 mikrondan aşağı olması şübhəsi yarandığından, mallardan prob və nümunələr götürülərək, yükün "Ətraf mühitin mühafizəsi haqqında Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aid olub-olmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsinə göndərilməsi qərara aındı. İş materiallarında olan X3 İdarəsindən daxil olmuş xx.xx.2024 tarixli 3-33-5300/2- 003183/2024 nömrəli ekspert rəyinə əsasən "Nilex" adlı "X8 bags 50*60cm" nişanlı, polietilen (CAS 9002-88- 4) əsaslı, düzbucaqlı formalı, qara rəngli, qulplu torbaların qalınlığı 17 mikron (0.017 mm), "Nilex" adlı "Пакеты для мусоpa (50*60cm) Standart orta ölçü çöp poşeti nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, düzbucaqlı formalı, qara rəngli, qulpsuz torbaların qalınlığı 15.4 mikron, "Nilex" adlı "Пакеты для Мусора (80*100cm)" nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, düzbucaqlı formalı, qara rəngli qulpsuz torbaların qalınlığı 14.9 mikron (0.0149 mm) kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası vətəndaşı X1 adına "Howo" markalı 90AG177/90AG178 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə göndərilmiş və **********8204 sorğu nömrəli qısa idxal bəyannaməsi ilə və xx.xx.2024-cü il tarixli **********4131 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara xx.xx.2024-cü il tarixdə Qaradağ rayonu Xocasən gömrük terminalında ətraflı gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı X5 tərəfindən yükü müşayiət edən sənədlərdə - "464610" saylı CMR, "162" nömrəli invoys və **********8204 sorğu nömrəli qısa idxal bəyannaməsində bəyan edilən "polietilen torbalar (etilen polimerlərindən torbalar)" yükü eyniləşdirilmiş, "Nilex" adlı "Пакеты для мусора (80*100cm)" nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, düzbucaqlı formalı, qara rəngli qulpsuz, qalınlığı 14.9 mikron (0.0149 mm) polietilen torbaların çəkisinin 5100 kq olduğu, həmçinin nəqliyyat vasitəsində bəyan edilmiş mallardan "Nilex" adlı "X8 bags 50*60cm nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, düzbucaqlı formalı, qara rəngli, qulplu qalınlığı 17 mikron (0.017 mm) torbaların çəkisinin 1902 kq olduğu, "Nilex" adlı "Пакеты для мусора (50*60cm) Standart orta ölçü çöp poşeti" nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, düzbucaqlı formalı, qara rəngli, qulpsuz qalınlığı 15.4 mikron olan torbaların çəkisinin 10475 kq olduğu, "Nilex" adlı "X8 Bags 10 Pcs (70*90cm)" nişanlı, polietilen əsaslı, düzbucaqlı formalı, qara rəngli, qulpsuz, qalınlığı 20 mikron olan torbaların çəkisinin 1330 kq olduğu, "Nilex" adlı "X8 Bags 10 Pcs (60*80cm)" nişanlı, polietilen əsaslı üzbucaqlı formalı, qara rəngli, qulplu, qalınlığı 15 mikron olan torbaların çəkisinin 800 kq olduğu, "Nilex" adlı "Пакеты для мусора (80*110cm)" nişanlı, polietilen əsaslı, düzbucaqlı formalı, qara rəngli, qulpsuz, qalınlığı 17 mikron olan torbaların çəkisinin 4415 kq olduğu müəyyən edilmişdir. İş materiallarında olan malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən həmin tarixdə aparılmış yoxlama zamanı X5 tərəfindən yükü müşaiyət edən senedlerde "464610" saylı CMR, "162" nömrəli İnvoys ve **********8204 sorğu nömrəli qısa idxal bəyannaməsində bəyan edilən "polietilen torbalar (etilen polimerlərindən torbalar)" yükü eyniləşdirilmiş, "Nailex" adlı "Пакеты для мусора (80*100cm)" nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, düzbucaqlı formalı, qara rəngli qulpsuz, qalınlığı 14.9 mikron (0.0149 mm) polietilen torbaların çəkisinin 5100 kq olduğu, həmçinin nəqliyyat vasitəsində bəyan edilmiş mallardan "Nailex" adlı "X8 bags 50*60cm" nişanlı, polietilen (CAS 9002-88-4) esaslı, düzbucaqlı formalı, qara rəngli, qulplu qalınlığı 17 mikron (0.017 mm) torbaların çəkisinin 1902 kq olduğu, "Nailex" adlı "Пакеты для мусора (50*60cm) Standart orta ölçü çöp poşeti" nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, düzbucaqlı formalı, qara rengli, qulpsuz qalınlığı 15.4 mikron olan torbaların çəkisinin 10475 kq olduğu, "Nailex" adlı "X8 Bags 10 Pcs (70*90cm)" nişanlı, polietilen esaslı, düzbucaqlı formalı, qara rəngli, qulpsuz, qalınlığı 20 mikron olan torbaların çəkisinin 1330 kq olduğu, "Nailex" adlı "X8 Bags 10 Pcs (60*80cm)" nişanlı, polietilen əsaslı, düzbucaqlı formalı, qara rəngli, qulplu, qalınlığı 15 mikron olan torbaların çəkisinin 800 kq olduğu, "Nailex" adlı "Пакеты для мусора (80*110cm)" nişanlı, polietilen esaslı, düzbucaqlı formalı, qara rəngli, qulpsuz, qalınlığı 17 mikron 4 olan torbaların çəkisinin 4415 kq olduğu müəyyən edilmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsi X3 İdarəsindən Sumqayıt Gömrük İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-5300/2-003419/2024 №-li ekspert rəyinə əsasən, X1 ünvanına 162 saylı xx.xx.2024-cü il tarixli invoys üzrə idxal olunan polietilen torbaların texniki göstəriciləri aşağıdakı kimidir: 162 saylı xx.xx.2024-cü il tarixli invoysun 1-ci mal mövqeyi üzrə: 1.1) "Nilex" adlı "Пакеты для мусора (80*100cm)" nişanlı, polietilen (CAS 9002-88- 4) əsaslı, alınlığı 15.9 mikron (0.0159 mm) olan, düzbucaqlı formalı, qara rəngli qulpsuz torba 1.2) "Nilex" adlı "Пакеты для мусора (50*60cm) Standart orta ölçü çöp poşeti" nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 16.8 mikron (0.0168 mm) olan, düzbucaqlı formalı, qara angli, qulpsuz torba 1.3) "Nilex" adlı "Пакеты для мусора (80*110cm) Standart orta ölçü zibil torbası" nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 15.3 mikron (0.0153 mm) olan, düzbucaqlı formalı, qara angli qulpsuz torba 1.4) "Nilex" adlı "X8 bags 70*90cm" nişanlı, polietilen (CAS 9002-88-4) Əsaslı, qalınlığı 12.3 mikron (0.0123 mm) olan, düzbucaqlı formalı, qara rəngli, qulplu torba 1.5) "Nilex" adlı "X8 bags 60*80cm" nişanlı polietilen (CAS 9002-88-4) Əsaslı, qalınlığı 13.7 mikron (0.0137 mm) olan, düzbucaqlı formalı, qara rəngli, qulplu torba 1.6) "Nilex" adlı "X8 bags 50*60cm" nişanlı polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 16.8 mikron (0.0168 mm) olan, düzbucaqlı formalı, qara rəngli, qulplu torba. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 275.4-cü maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Gömrük İdarəsindən X5 barəsində daxil olmuş EP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolu və inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 275.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların sahibkar tərəfindən idxalı həyata keçirilmişdir. Məhkəmə X2 tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, yəni inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxsin cərimə edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə,1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar