Məhkəmə qərarları › İş №3(002)-2971/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2971/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2971/2024 25.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nın nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarda göstərilmişdir ki, Şəxs MMC onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan direktoru X5 MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı və tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranarsa əmək müqaviləsinin bağlnamasının məcburi olduğu halda həmin tələbləri pozaraq, yəni əmək müqaviləsi (kontraktı) barədə bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, G.Babayev küçəsində yerləşən Sahil Ticarət RH» MMC-yə məxsus bazarda X1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü l tarixədək nəqliyyat vasitələrin parklandırılması kimi, X9 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə təmizlikçi kimi işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Qeyd edilənlərlə bağlı Şəxs MMC barəsində Qaradağ rayon prokuroru Fərid Nağıyev tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi iə bağlı xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında Qaradağ Rayon Prokurorluğunun nümayəndəsi X6 inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərarı müdafiə edərək Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Sahil Ticarət RH» MMC-nın nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, Şəxs MMC barəsində Qaradağ rayon prokrorluğunun veridiyi xx.xx.2024cü il tarixli qərarı ilə razı deyillər.Belə ki, inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərarda qeyd edilmişdir ki, X4 Şəxs MMC-də nəqliyyat vasitələrinin park edilməsi və X12 Şəxs MMC-də təmizlikçi kimi işlərə cəlb edilmişdir. X4 prokuroluğa verdiyi izahatında qeyd etmişdir ki, "xxxx"-in qarşısında avtomobillərin parklanmasına nəzarət etmiş və bunun qarşılığında maşın sahiblərindən 30-40 qəpik pul almışdır. X1 fəaliyyət göstərdiyi ərazi hal-hazırda Şəxs MMC-nin istifadəsində deyildir.Belə ki, 01 sentyabr 2021ci il tarixli icarə müqaviəsinə əsasən 1080.70 kv ərazi Şəxs MMC tərəfindən "xxxx" MMCyə icarəyə verilmişdir. X7 işlədiyi ərazinin isə ümumiyyətlə Şəxs MMC-yə aidiyyəti yoxdur və o, MMC tərəfindən işlərin görülməsinə cəlb edilməmişdir.Qeyd edilənlərə əsasən Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Sahil Ticarət RH» MMC-nın qanuni təmsilçisi X5 bildirmişdir, o heç kimi əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb etməmişdir. X2 və X9 ümumiyyətlə tanımır və onların fəaliyyət göstərdiyi ərazinin Şəxs MMC-yə aidiyyəti yoxdur.Belə ki, 01 sentyabr 2021-ci il tarixli icarə müqaviəsinə əsasən 1080.70 kv ərazi Şəxs MMC tərəfindən "xxxx" MMC-yə icarəyə verilmişdir. Qeyd edilənlərə əsasən Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X4 bildirmişdir ki, sentyab ayının əvvələrindən etibarən Sahil qəsəbəsində yerləşən Araz marketin qarşısında maşınların parklanmasını həyata keçirmişdir.Bunun qarşılığında maşın sahibləri ona 30-40 qəpik pul vermişlər.Onu bu işi görməyə heç kim məcbur etməmişdir.Maddi vəziyyəti ağır oduğu üçün bu işi öz istəyi ilə görmüşdür. Şəxs MMC barədə heç bir məlumatı yoxdur və X3 tanımır.Reyhan Həsənova onu işə götürməmiş və hər hansı bir işin görülməsinə cəlb etməmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X12 bildirmişdir ki, Şəxs MMC barədə heç bir məlumatı yoxdur və X3 tanımır.O, kimsəsiz, evsiz eşiksiz olduğu üçün Sahil qəsəbəsində yerləşən bazarın kənarında olan tulaleti nəzarət etmək üçün ona vermişlər.Onun yaşayış yeri olmadığı üçün həmin yerdə qalır.Gündəlik olaraq tualetdən əldə etdiyi gəlir ona qalır və o, bununla dolanır.Onu heç kim iş görməyə cəlb etməmişdir. İş materillarında olan 01 sentyabr 2021-ci il tarixli icarə müqaviəsindən görünür ki, 1080.70 kv ərazi Şəxs MMC tərəfindən xx.xx.2036-cı il tarixdədək "xxxx" MMC-yə icarəyə verilmişdir. Məhkəmə, inzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, X1 və X7 əmək müqaviləsi (kontraktı) barədə bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən işlərə cəlb edilməsi öz təsdiqini tapmamışdır.İş materialıarında olan xx.xx.2021-ci il tarixli müqavilədən də göründüyü kimi Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 1080.70 kv ərazi Şəxs MMC tərəfindən xx.xx.2036-cı il tarixdədək "xxxx" MMC-yə icarəyə verilmişdir.Lakin inzibati araşdırmanı həyata keçirən orqan bu hala qıymət verməmiş və Şəxs MMC-ni əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmişdir.Bundan başqa inzibati araşdırma zamanı inzibati orqan tərəfindən qanunsuz olaraq işlərə cəlb edildiyi müəyyən edilmiş şəxslər məhkəmə iclası zamanı verdiyi izahatlarında Şəxs MMC və onun qanuni təmsilçisi X3 tanımadıqlarını və sonuncu tərəfindən işlərə cəlb edilmədiklərini bildirmşlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İstinad edilən Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında materialda olan sübutlarla Şəxs MMC-nın əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar