Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2983/2024 31.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Remzi oğlunun, X1 iştirakları ilə xx xxxxxx 1973-cü ildə Türkiyə Respublikasının Artvin vilayətində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, Türkiyə Respublikasının Artvin vilayəti, Hopa rayonu, Sundura məhəlləsi, Yolçular binası, ev 42 ünvanında yaşayan Şəxs Remzi oğlunun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 10-cu PŞ-dən Şəxs Remzi oğlunun Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. İş materiallarında olan 31 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və işdə olan sənədlərdən aydın olur ki, Şəxs Remzi oğlu tanışı Makar Turan ilə birlikdə sərxoş vəziyyətdə 31 oktyabr 2024-cü il tarixdə, səhər saat 06:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Abşeron Port” adlanan ərazidə ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə inspektoru, polis baş leytenantı X4 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs Remzi oğlu 31 oktyabr 2024-cü il tarixdə, saat 06:00 radələrində sərxoş vəziyyətdə tanışı Makar Turan ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “X5”nin ərazisində olarkən ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətmişdir. Buna görə də onun barəsində 31 oktyabr 2024-ci il tarixdə MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, Şəxs Remzi oğlunun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Remzi oğlu öz izahatında göstərmişdir ki, özü tır şoferi olmaqla tranzit yük daşınması ilə məşğul olur. Türkiyə Respublikasının Artvin vilayəti, Hopa rayonu, Sundura məhəlləsi, Yolçular binası, ev 42 ünvanında yaşayır. Hadisə ilə bağlı isə bildirmişdir ki, 31 oktyabr 2024-cü il tarixdə axşam saatlarında Lökbatan qəsəbəsində yerləşən “Dərya” kafesində tanışı Makar Turan adlı digər “tır” sürücüsü ilə birlikdə şam yeməyi yedikdən sonra spirtli içki qəbul etmişlər. Daha sonra idarə etdikləri yük maşınlarının yerləşdiyi “X5”nə gəlmişlər. “X5”nin ərazisinə daxil olmaq istədikdə mərkəzin mühafizəçiləri onların sərxoş olduğunu görüb əraziyə buraxmaqdan imtina etmişlər. X8 ilə mühafizə əməkdaşları arasında mübahisə düşmüş və ünavnsız nalayiq ifadələr işlətmişlər. Bundan sonra mühafizəçilər hadisə yerində ƏÇPA-nın əməkdaşlarını çağırmışlar. Nəticədə hər ikisi 10-cu Polis Şöbəsinə gətirilmişlər. X9 yenə də polis əməkdaşları ilə yüksək səslə danışaraq nalayiq ifadələr işlətmişdir. O isə polisə qarşı hər hansı nalayiq ifadə işlətməmişdir. O daha sonra öz izahatında səhvini başa düşdüyünü, polis əməkdaşlarına qarşı törətdiyi hərəkətə görə üzürxahlıq etdiyini və törətdiyi əməldən peşiman olduğunu bildirərək barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Remzi oğlunun törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır Belə ki, araşdırması zamanı müəyyən edilmiş ki, Şəxs Remzi oğlu sərxoş vəziyyətdə ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərəkətləri törətmişdir. İş materiallarına əlavə edilmiş 31 oktyabr 2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan ayın olur ki, Şəxs Remzi oğlu qeyd olunan xırda xuliqanlıq hadisəsi ilə əlaqədar 31 oktyabr 2024-cü il tarixdə saat 08:00-da tutulmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş 31 oktyabr 2024-cü il tarixli, 2/60320 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan aydın olur ki, Şəxs Remzi oğlu 31 oktyabr 2024-cü il tarixdə, saat 07:00-da tibbi müayinədən keçirilərkən onun yüngül dərəcə sərxoş olduğu müəyyən edilmişdir. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə Şəxs Remzi oğlunun tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməldən peşiman olaraq üzrxahlıq etməsini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Remzi oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2983/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2983/2024
31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver