Məhkəmə qərarları › İş №3(002)-2984/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2984/2024

31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2984/2024 31.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla deməsinə görə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 56A-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X6, borclu Şəxs barəsində protokol tərtib edərək, Binəqədi rayon Məhkəməsinin 2(001)-965/2016 saylı, 06 may 2016-cı il tarixli icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X6 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-965/2016 saylı, 06 may 2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs 07 oktyabr 2014-cü il təvəllüdlü X1 üçün iddiaçı X2 xeyrinə qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması və alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra 11 may 2017-ci il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu əvvəlcə "xxxx" MMC-də işləmiş və aliment borcu da əməkhaqqına yönəldilmişdir. Daha sonra "xxxx" MMC-də işləməyə başlamış, orda işlədiyi dövrdə aliment borcundan qətnamədə qeyd edildiyi kimi maaşının dörddə bir hissəsi miqdarında ödəniş etməmiş, hər ay cəmi 385 manat ödəniş etmişdir. Hansı ki, onun "xxxx" MMC-də işləyərkən əməkhaqqısı kifayət qədər yüksək olmuşdur. Bundan başqa borclunun işləmədiyi dövrlərdə aliment borcu əməkhaqqına yönəldilə bilməmiş, bu səbəbdən də bu günə 24725 manat aliment borcu yığılmışdır. O daha sonra öz izahatında borclunun icra məmurunun çağırışlarından yayınmadığını və barəsində bu işlə bağlı ilk dəfə inzibati protokol tərtib edildiyini qeyd etmişdir. Borclu bu gün icra şöbəsində olarkən yaranmış alment borcundan 1000 manat ödəniş etmişdir. Ümumilikdə isə borclu hal-hazıradək otuz üç min manata yaxın aliment borcundan ödəniş etsə də bu günə kifayət qədər ödənilməmiş aliment borcu qalmışdır. Bütün bu qeyd etiklərinə əsasən borclunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 31 oktyabr 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Odur ki, borclu Şəxsnın barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. O öz izahatında daha sonra göstəmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə tələbkara məlumat verməsinə baxmayaraq tələbkar üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, lakin aliment borcunu tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, o aliment borcunun ödənilməsindən heç vaxt yayınmamışdır. Belə ki, o, 2017-2018-ci illərdə "xxxx" MMC-də işləmiş və aliment borcu da aylıq əməkhaqqına yönəldilmişdir. Daha sonra 2018-2022 ci illərdə "xxxx" MMC-də işləmişdir, orda işlədiyi dövrdə aliment borcundan qətnamədə qeyd edildiyi kimi maaşının dörddə bir hissəsi miqdarında ödəniş etməmiş, hər ay 385 manat ödəniş etmişdir. Belə ki, o "xxxx" MMC-də işlədiyi dövrdə hər ay 385 manat aliment borcundan ödəniş etdiyi üçün zənn etmişdir ki, həmin şirkətdə işlədiyi dövrdə də eyni miqdarda ödəniş etməlidir. Halhazırda “X3” MMC-də mühəndis işləməklə aliment borcu maaşına yönəldilmişdir. Bu gün aliment borcundan daha min manat ödəniş etmişdir. Şərait yaradılacağı təqdirdə hər ay təxminən 500 manat ödəniş etməklə yaranmış aliment borcunu bağlayacaqdır. Odur ki, bütün qeyd etdiklərinin nəzərə alınaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxsnın yaranmış borcundan xəbəri olsa da heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, tam icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tərəflərin izahatları, inzibati xəta haqqında tərtib edilmiş 31 oktyabr 2024-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini, yaranmış aliment borcundan müəyyən ödənişlər etməsini və gələcəkdə yaranmış aliment borcunu ödəyəcəyinə söz verməsini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar