Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2986/2024 25.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən tərtib olunmuş 28 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən tərtib olunmuş 28 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də sürücü vəzifəsində çalışır. Əsas vəzifəsi ona təhkim olunmuş nəqliyyat vasitəsi ilə toyuq və yumurta məhsullarını daşınmasını həyata keçirməkdir. Magistral yollarda yük daşıyan nəqliyyat vasitələrinin icazə verilən çəkinin müəyyən etməsi üçün xüsusi tərəzilər quraşdırılıb. 28 oktyabr 2024cü il tarixdə o növbəti dəfə yük daşımanı həyata keçirərkən Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşdirilmiş tərəzinin üzərindən keçmiş və bir neçə dəqiqə sonra ona sms radar proqramı vasitəsilə cərimə olunduğu ilə bağlı sms-məlumat gəlmişdir. O, İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. Ona təhkim olunmuş “Mercedes Actros 2546 yük markalı, **-JF-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin yük götürmə qabiliyyəti 33000 kq təşkil edir, lakin həmin gün yük daşıma zamanı maşınında olan yük cəmi 14000 kq olmuşdur. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar əsassız olduğundan ləğv edilməsini və icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Eləcə də qeyd olunan inzibati işlə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən tərtib olunmuş 28 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2986/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2986/2024
25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver