Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2987/2024 26.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı X3 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Şəxs barəsində (bundan sonra- Şəxs MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı X3 Təbii Sərvətlər İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Həmin inzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixdə keçirilmiş monitorinq zamanı Şəxs MMC tərəfindən Bakı şəhəri, Qaradağ rayonu Səngəçal qəsəbəsi, DSX-nin “N” saylı hərbi hissənin yaxınlığında yerləşən yaşayış binasının təmir-tikinti işləri iləəlaqədar yaranan tullantıların ərazi yaxınlığında boş torpaq sahəsinə qalaqlanması və tullantıların emalı yerlərinin müəyyən edilməməsi müəyyən edilmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı X3 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 protokolu müdafiə edərək bildirdi ki, 11 saylı X3 Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş monitorinq zamanı Bakı şəhəri, Qaradağ rayonu ərazisində, Qaradağ RPİ-nin yaxınlığında Şəxs MMC-yə məxsus “Howo” markalı **-AG-***, “Shacman” markalı **-DR-*** və “Mercedes Benz” markalı **- OM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri vasitəsi ilə tikinti-söküntü tullantılarının gətirildiyi, **-AB-*** və 47-T-264 dövlət qeydiyyat nişanlı ekskavatorlar vasitəsi ilə həmin tullantıların boş torpaq sahəsindəki çökək hissələrə basdırıldığı müəyyən edilmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 bildirdi ki, səlahiyyətli orqan tərəfindən ətraflı araşdırma aparılmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə hüquqi şəxsin aparılmış monitorinq və onun nəticələri barədə şirkətə heç bir məlumat verilməmişdir. Həmçinin orqan tərəfindən göndərilmiş sənədlər şirkətin əməkdaşı tərəfindən deyil, kimliyi hüquqi şəxsə məlum olmayan başqa şəxslər tərəfindən təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli 108/24 nömrəli xidmət müqaviləsinə əsasən sifarişçi Şəxs MMC ilə icraçı şirkət "xxxx" MMC arasında tikinti tullantılarının tikinti sahəsindən çıxarılmasına dair müqavilə bağlanmışdır. Həmçinin xx.xx.2024-cü il tarixə həmin müqavilə əsasında göstərilmiş xidmətə dair təhvil-təslim aktından görünür ki, 2024-cü ilin oktyabr ayında Səngəçal qəsəbəsi ərazisində DSX-nin Səngəçal Bazasında yeni bina və qurğuların tikintisi və təmiri layihəsindən 860 m³ tikinti tullantısı tikinti sahəsindən çıxarılmışdır. Bu inzibati xəta hadisəsinin törədilməsində Şəxs MMC təqsirli deyildir. Şəxs MMC barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı X3 Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokolun ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, monitorinqdə iştirak etmiş şəxs tikinti işlərinin aparıldığı ərazidə sahə rəisi vəzifəsində çalışan X1 qeyd edilən izahatında tullantıların idarə olunmasına dair müqavilənin olmaması faktı həqiqətə uyğun deyil, bundan əlavə, həmin şəxs yalnız tikinti işləri ilə əlaqədar səlahiyyətli şəxs olduğundan, hüquqi sənədlər barədə məlumatsız olması mümkün haldır. Lakin, hüquqi şəxsin rəhbərliyini aparılmış monitorinq barədə məlumatlandırmadığı üçün sonuncu barəsində lazımi tədbirlər görüləcəkdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 11 saylı X3 Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 354 nömrəli, xx.xx.2024-cü il tarixli monitorinq aktından görünür ki, 11 saylı X3 Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixlərdə keçirilən nəzarət tədbirləri zamanı Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində dövlət qeydiyyat nömrə nişanı **-BX-*** olan "HOWO" markalı yük avtomobili vasitəsilə tikinti-söküntü tullantılarının boş torpaq sahəsinə boşaldılması faktı aşkar edilmişdir. Araşdırma zamanı Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində, Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin yaxınlığında "xxxx" MMC şirkəti tərəfindən hündürmərtəbəli yaşayış binasında əsaslı yenidənqurma və təmir işlərinin aparıldığı məlum olmuşdur. Araşdırma zamanı tullantıların daşınması üçün aidiyyətı təşkilatlarla heç bir müqavilə bağlanılmadığı və ekoloji normativ sənədlərin alınmadığı məlum olmuşdur. Araşdırma müddətində ərazidən çəkilən fotoşəkillər akta əlavə edilmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli 108/24 nömrəli xidmət müqaviləsindən görünür ki, sifarişçi Şəxs MMC ilə icraçı şirkət "xxxx" MMC arasında tikinti tullantılarının tikinti sahəsindən çıxarılmasına dair müqavilə bağlanmışdır. Həmçinin, xx.xx.2024-cü il tarixə həmin müqavilə əsasında göstərilmiş xidmətə dair təhvil-təslim aktından görünür ki, 2024-cü ilin oktyabr ayında Səngəçal qəsəbəsi ərazisində DSX-nin Səngəçal Bazasında yeni bina və qurğuların tikintisi və təmiri layihəsindən 860 m³ tikinti tullantısı tikinti sahəsindən çıxarılmışdır. İş materialına əlavə edilmiş hadisə yerinin fotoşəkillərindən görünür ki, göstərilən ərazidə dövlət qeydiyyat nişanı naməlum olan nəqliyyat vasitəsi tərəfindən tullantılar boşaldılmışdır. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı X3 Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş Şəxs MMC barəsində xx.xx.2024cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq, belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Məhkəməyə təqdim edilmiş fotoşəkillər yalnız nəqliyyat vasitələrinin rəsmlərindən ibarətdir, 354 nömrəli, xx.xx.2024-cü il tarixli aktın tərtibində iştirak etmiş şəxs isə Şəxs MMC-nin əməkdaşı kimi adı qeyd olunmuş şəxs olsa da, həmin şəxsin izahatında tullantıların idarə olunmasına dair müqavilənin olmaması faktının həqiqətə uyğun olmadığı məhkəmə iclasında müəyyən olunmuşdur. Beləliklə, Şəxs MMC-nin inzibati xəta hadisəsi törədilən əraziyə aktda qeyd edilən tullantıların boşaldılması və qalaqlanması təqdim edilmiş fotoşəkillərdən müəyyən olunmamış, inzibati orqanın nümayəndəsi isə inzibati xəta haqqında protokola dair izahatını təqdim edərkən hadisənin baş verməsini təsdiqləyəcək faktların yalnız iş materiallarına əlavə olunmuş fotoşəkillərdən ibarət olduğunu qeyd edərək hər hansı əlavə sübut təqdim etməmişdir. Bundan əlavə təqdim olunmuş sənədlərlə inzibati xəta haqqında protokolda qeyd olunan inzibati xəta hadisəsinin məhz Şəxs MMC tərəfindən törədilməsi halı sübuta yetirilmir. Həmçinin, inzibati orqan monitorinq aktında "xxxx" MMC tərəfindən tullantıların daşınması üçün aidiyyətı təşkilatlarla heç bir müqavilə bağlanılmadığını və ekoloji normativ sənədlərin alınmadığı qeyd edərək hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında isə bu hal təsdiqini tapmamış, belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin təqdim etdiyi xidmət müqaviləsi əsasında müəyən olunmuşdur ki, tikinti tullantılarının tikinti sahəsindən çıxarılması icraçı şirkət "xxxx" MMCyə həvalə olunmuşdur. Tullantılar haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən istehsalat tullantıları - istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələrdir. Məişət tullantıları (bərk məişət tullantıları) əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 271-ci maddəsinə əsasən tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2987/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2987/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver