Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2989/2024 01.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X5, Qaradağ RPİ-nin DYPŞ-nın YPX-nın inspektoru, polis leytenantı X3, Qaradağ RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 2004-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-dən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. İş materiallarında olan 01 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və işdə olan sənədlərdən aydın olur ki, Şəxs 31 oktyabr 2024-cü il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində YPX əməkdaşlarına nalayiq söyüşlər söyərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nin sahə rəisi, polis mayoru X8 protokolu müdafiə edərək bildirmişdir ki, xx xxx 2004-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs 31 oktyabr 2024-cü il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yaşayış binalarının həyətində hadisə yerinə yığılmış şəxslərin yanında YPX əməkdaşlarına nalayiq söyüşlər söyərək polis əməkdaşlarına real müqavimət göstərərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də həmin şəxs 31 oktyabr 2024-cü il tarixdə axşam saat təxminən 23:30 radələrində polis şöbəsinə gətirilmiş, müvafiq sənədləşdirmə aparıldıqdan sonra məhkəməyə aparılacağı barədə ona bildirilmiş və bu gün, yəni 01 noyabr 2024-cü il tarixdə, təxminən saat 15:30-da məhkəməyə gətirilmişdir. Şəxs polis şöbəsində olarkən barəsində hər hansı bir inzibati tutma protokolu tərtib edilməmişdir. Odur ki, onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Hal-hazırda tərtib etdiyi protokolu müdafiə edərək törədilmiş inzibati xətanın xarakteri nəzərə alınmaqla Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 öz izahatında göstərmişdir ki, 31 oktyabr 2024-cü il tarixdə Səngəçal qəsəbəsində xidmətdə olduqları zaman təxminən saat 23:00 radələrində “Lexus” markalı ** SM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə saxla işarəsi vermişdir. Sürücü saxla işarəsinə tabe olmayaraq hərəkətini davam etdirmişdir. Bir qədər getdikdən sonra maşını tanımadığı yaşayış yerinin qarşısında saxlayıb maşından düşərək piyada qaçmağa başlamışdır. Sonradan tanımadığı, özünü həmin sürücünün atası kimi təqdim edən Taleh adlı şəxs və yanındakı bir neçə şəxs yaxınlaşıb nalayiq ifadələr işlədərək polisin qanuni fəaliyyətinə mane olmağa çalışmışdırlar. Həmin şəxlərdən biri, sonradan şəxsiyyəti onlara məlum olan Şəxs heç bir səbəb və əsas olmadan qəflətən onlara yaxınlaşaraq onları vurmaqla polisin ünvanına nalayiq söyüşlər söyərək əl-qol atmağa və müqavimət göstərməyə başlamışdır. Hətta bu zaman onun əlində olan xidməti radiostansiya da qırılmışdır. Qeyd olunan hadisə patrul maşınında olan videoqeydiyyatçı vasitəsilə qeydə alınmışdır. Nəticədə hadisə yerinə PPX naryadını və 11-ci Polis Bölməsinin əməliyyat qrupunu dəvət etmişlər. Hadisə vaxtı bina sakinləri ora yığışaraq hadiənin şahidi olmuşlar. Həmin şəxslər 11-ci PB-ya dəvət edilmişlər. Odur ki, həmin hadisənin əsas iştirakçılarından biri olan xx xxx 2004-cü il təvəllüdlü Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın YPX-nın inspektoru, polis leytenantı X6 öz izahatında yuxarıda qeyd edilən hadisə zamanı Qaradağ RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 ilə birlikdə xidmətdə olduğunu bildirərək onun izahatda qeyd etdiklərini təsdiq etmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisə zamanı bir neçə şəxs, o cümlədə, Şəxs davamlı şəkildə onların ünvanına nalayiq ifadələr işlədərək onlara qarşı fiziki zor tətbiq edərək onları vurmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında göstərmişdir ki, 31 oktyabr 2024cü il tarixdə, saat təxminən 23:00 radələrində yaşadığı ünvan 1 ünvanında olarkən həyətdən səs-küy eşitmiş, səsə həyətə çıxmış və görmüşdür ki, əmisi Taleh polis əməkdaşları ilə mübahisə edir. Daha sonra polis əməkdaşı əmisini itələmiş, o isə araya girib onları ayırmağa çalışmışdır. Bundan bir az sonra PPX-nın əməkdaşları onları 11-ci PB-ya aparmışlar. O həmin gün bölmədə qalmaqla bu gün təqribən saat 15:30-da məhkəməyə gətirilmişdir. Odur ki, əməlində hər hansı inzibati xəta tərkibinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 24 oktyabr 2024-cü il tarixli həkim psixiatr komissiyasının 3104 saylı rəyindən aydın olur ki, Şəxs dəqiqləşdirilməmiş ensefolopatiya xəstəliyindən əziyyət çəkir. Məhkəmə, toplanmış inzibati materialı nəzərdən keçirərək və izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə baxışı zamanı tərəflərin iştirakı ilə hadisənin görüntüsünü əks etdirən videogörüntüyə baxış keçirilərkən Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla polis əməkdaşlarının qanuni fəaliyyətinə qanunsuz müdaxilə etməklə real şəkildə əl-qol hərəkətləri ilə polis əməkdaşlarını vurmağa cəhd etməsi öz əksini tapmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs həqiqətən də polisin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri törətmişdir. Bundan başqa məhkəmə iclasında Qaradağ RPİ-nin 11-ci PB-nin sahə rəisi, polis mayoru X8 və barəsində inzibati tənbehvermə haqqında iş üzrə icraat aparılan Şəxs izahatlarından məlum olmuşdur ki, Şəxs 31 oktybr 2024-cü il axşam təqribən 23:30-dan gündüz saat 15:30-a qədər 11-ci PB-nın inzibati binasında saxlanılsa da barəsində inzibati tutmaq haqqında protokol tərtib edilməmişdir. Məhkəmə bu faktın nəzərə alınaraq şəxsin 11-ci PB-da qaldığı həmin müddətin də inzibati qaydada tutma kimi qiymətləndirilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati “həbs” növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin.
2. Şəxs təyin edilmiş inzibati həbs müddətinin əvvəli inzibati qaydada faktiki saxlanıldığı vaxtdan yəni, 31 oktyabr 2024-cü il tarixdən saat 23:30-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 11-ci PB-na həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Rufan Mürsəlov