Məhkəmə qərarları › İş №3(002)-3/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-3/2022

17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-3/2022 17.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Şəxs MMC barəsində İXM-nin 271-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Daxil olmuş 16 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görsənir ki, 15 noyabr 2021-ci il tarixdə keçirilən reyd zamanı yeni tikilmiş YPX stasionar postunun yaxınlığındakı piyada keçidinin ətrafında həmin MMC-yə məxsus Kamaz markalı avtomobilə aid təkər şininin qanunsuz qalaqlanması və yandırılması halı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, İdarənin 01 oktyabr 2021-ci il tarixli BD seriyalı 134 nömrəli Sərəncamına əsasən 15 oktyabr 2021-ci il tarixdə Qaradağ rayonu xidməti ərazisində “Ətraf mühitin mühafizəsi”, “İstehsalat və məişət tullantıları haqqında” qanunların və digər qanunvericilik aktlarının icrasına nəzarət məqsədilə reydlər keçirilən zaman Yol Polisinin yeni stasionar postundan Salyan istiqamətində piyada keçidinin ətrafında yol kənarında plastik Kamaz markalı nəqliyyat vasitəsinin təkər şininin atılaraq yandırıldığı faktı aşkar edilmişdir. Faktla bağlı İdarə əməkdaşları tərəfindən aparılan ilkin araşdırma zamanı yol kənarında dayanmış Şəxs MMC-yə məxsus ** JN *** dövlət qeydiyyat nişanlı qaldırcı kranla təchiz olunmuş Kamaz markalı nəqliyyat vasitəsinin üzərində təkər şinlərindən birinin olmadığı, ilkin baxış zamanı həmin təkər şininin texniki nasazlıq səbəbindən dayanmış həmin nəqliyyat vasitəsinə aid olduğu və yarasız olduğu üçün yol kənarına atılaraq yandırıldığı müşahidə edilmişdir. Aşkar olunmuş faktla bağlı olaraq qeyd olunan MMC-nin rəhbərliyi ilə telefon əlaqəsi saxlanılaraq araşdırmada iştirak etməsi təklif edilsə də, araşdırmada iştirak etməkdən, aktın tərtib edilməsi zamanı imza atmaqdan və yaxud səlahiyyətli nümayəndə ayırmaqdan imtina etmişlər. Bundan sonra 19 oktyabr 2021-ci il tarixdə Şəxs MMC-yə məktub ünvanlaraq sözügedən məsələ ilə bağlı aparılacaq inzibati araşdırmayla əlaqədar müvafiq sənədlərlə birgə 29 oktyabr 2021-ci il tarixdə saat 10:00-da 11 X1 və Təbii Sərvətlər İdarəsinə gəlinməsi və ya səlahiyyətli nümyəndənin göndərilməsi xahiş edilmişdir. Əks təqdirdə şirkət barəsində qanunamüvafiq tədbirlər görüləcəyi qeyd olunmuşdur. Lakin buna baxmayaraq Şəxs MMC qeyd edilənləri yerinə yetirməmişdir. Bütün bu halların nəzərə alınaraq Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili və nümayəndəsi Vəkil öz izahatında tərtib olunmuş protokolu qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 16 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol aşağıdakı əsaslara görə qanunsuz və əsassızdır. Belə ki, İdarənin əməkdaşlarının fotoşəklini çəkdikləri təkər başqa maşına aiddir. Təqdim edilmiş fotoşəkillərdən də göründüyü kimi, qeyd olunan Kamaz markalı avtomaşının təkəri nasaz olmaqla çıxarılıb yandırılmamış, əksinə avtomaşının üzərində olmuşdur. Qeyd olunan protokol tərtib olunan zaman Kamaz markalı maşının sürücüsü iştirak etməyib, bundan əlavə fotoçəkiliş aparılarkən çəkilişi aparan aparatın texniki göstəriciləri qeyd olunmamış, və tərtib edilən protokolla bağlı hüquqi şəxs Şəxs MMC hər hansı bir formada məlumatlandıırlmamışdır. Odur ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassız hesab edilməklə inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, qeyd olunan inzibati əraziyə baxış keçirilməmiş, bu barədə akt tərtib edilərkən və sonradan inzibati pozuntu ilə bağlı protokol tərtib edilərkən barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmiş, istər həmin əraziyə kənardan baxış zamanı, istərsə də protokolun tərtibi zamanı hüquqi şəxsə bu barədə hər hansı bir rəsmi məlumat verilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən qeyd olunan vaxtda və həmin ərazidə hansı əsaslarla yoxlama, yaxud baxışın keçirilməsinə dair rəsmi icazələrinin olub-olmamasına dair sübutlar müəyyən edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş 16 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin protokol tərtib edilərkən həqiqətən də iştirak edib-etməməsi, iştirak etdiyi halda protokolu imzalamaqdan və izahat verməkdən imtina etməsinin səbəbləri göstərilməmişdir. Bundan başqa protokolun surətinin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinə verilməsi və ya hüquqi şəxsin ünvanına göndərilməsi barədə heç bir sübut əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsinə əsasən protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, törədilməsi ehtimal olunan inzibati pozuntu 15 oktyabr 2021-ci il tarixdə baş versə də, həmin hadisənin aşkara çıxarılması barədə tərtib edilmiş akt isə nədənsə 18 oktyabr 2021-ci il tarixdə tərtib edilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş və Şəxs MMC-yə ünvanlanmış 19 oktyabr 2021-ci il tarixli məktubda göstərilmişdir ki, qeyd olunan məsələ ilə bağlı inzbati araşdırma 29 oktyabr 2021-ci il tarixdə, saat 10:00-a təyin edilmişdir. Lakin həmin məktubun həqiqətən də Şəxs MMC-yə göndərilməsinə dair iş materiallarına heç bir sübut əlavə edilməmiş və məhkəmə iclasında da buna dair hər hansı bir sübut nümayəndə tərəfindən məhkəməyə təqdim edilməmişdir. Hətta belə bir sübut təqdim edilmiş olsaydı belə yenə də inzibati xətalar haqqında qanunvericiliyin tələbləri pozulmuşdur. Çünki 29 oktyabr 2021-ci il tarixə araşdırma elan etmiş 11 X1 və Təbii Sərvətlər İdarəsi nədənsə Şəxs MMC barəsində protokolu həmin vaxtda deyil, bundan xeyli müddət sonra, yəni 16 noyabr 2021-ci il tarixdə tərtib etmişdir. Bundan başqa məhkəmə baxışı zamanı yandırılmış təkərin Şəxs MMC-yə məxsus avtomaşına aid olması da əsaslı şübhə doğurmuşdur. Belə ki, həm iş materiallarına əlavə edilmiş və həm də məhkəmə baxışı zamanı 11 X1 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə təqdim etdiyi fotoşəkillərə baxış zamanı Kamaz markalı ** JN *** dövlət qeydiyyat nişanlı qaldırıcı krana məxsus avtomaşının bütün şinlərinin, o cümlədən artıq istifadəyə yararsız vəziyyətdə olan bir ədəd şinin də avtomaşının üzərində olması müşahidə edilir. Bundan başqa iş materiallarına inzibati xətanın baş verdiyi yerin olduğu iddia edilən müəyyən fotoşəkillər əlavə olunmuşdur. Göründüyü kimi inzibati xəta müəyyən edilərkən hansı xüsusi texniki vasitələrdən istifadə edilməsi protokolda öz əksini tapmamaqla İXMnin 81.3-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsində göstərilir ki, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafeləriniq orumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, Şəxs MMC barəsində olan inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 16 noyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsassız sayılmaqla, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında 16 noyabr 2021-ci il tarixli MN ******* saylı protokol əsassız hesab edilməklə, təqdim edilmiş inzibati material natamam olduğundan, yenidən araşdırılıb baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsinə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar