Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-30/2024 22.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs MMC-nin direktoru X2 iştirakları ilə, Şəxs MMC-nin barəsində İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının X3 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon Məhkəməsinə Azərbaycan Respublikasının X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. İş materiallarına əlavə edilmiş 21 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görsənir ki, X1 25 iyul 2023-cü il tarixdə Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Buna görə də Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin direktoru X5 öz izahatında təmsil etdiyi şirkət barəsində X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 21 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun yanlışlıqla tərtib edildiyini və 12 yanvar 2024-cü il tarixli, MN ******* saylı “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” Qərarla işin icraatına xitam verildiyini bildirərək daxil olmuş sənədlərin X3 Xidməti Bakı şəhər İdarəsinə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasınının yeri və vaxtı barədə X3 Xidməti Bakı şəhər İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə də məhkəməyə hər hansı məlumat verilməmiş, lakin məhkəməyə iş materiallarının geri qaytarılması ilə bağlı müraciət edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan X3 Xidməti Bakı şəhər İdarəsinə geri qaytarılmalıdır. Belə ki, X3 Xidmətinin Bakı şəhər İdarəsindən Qaradağ rayon Məhkəməsinə ünvanlanmış 18 yanvar 2024-cü il tarixli, 3-17-5/2-2722/2024 saylı məktubda X3 Xidmətinin Baki şəhər İdarəsi tərəfindən "Master Blend” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edildiyi, həmin protokol və ona əlavə olumuş sənədlərin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə qərardad ilə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərildiyi, həmin protokolun və ona əlavə olunmuş sənədlərin X3 Xidmətinin Bakı şəhər İdarəsinə qaytarılması zərurəti yarandığı, qeyd olunanları nəzərə alaraq xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə qərardad ilə göndərilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun və ona əlavə olunmuş materialların X3 Xidmətinin Baki şəhər İdarəsinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsinə əsasən təqsirləndirilməsinə dair inzibati material natamam olduğundan, yenidən araşdırılıb baxılması üçün Azərbaycan Respublikasının X3 Xidmətinin Bakı şəhər İdarəsinə geri qaytarılsın. Hakim Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-30/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-30/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver