Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3003/2024 04.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rzayeva (Hacıyeva) Nahidə Əhmədxan qızının iştirakları ilə, xx xxxxxx 1978-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İİ qrup əlil, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Rzayeva (Hacıyeva) Nahidə Əhmədxan qızı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2, borclu Rzayeva (Hacıyeva) Nahidə Əhmədxan qızının barəsində protokol tərtib edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-32/2017 saylı, 07 fevral 2017-ci il tarixli icra vərəqəsini qərəzli olaraq icra etməkdən imtina etdiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)- 32/2017 saylı, 07 fevral 2017-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı Hacıyev Zərərçəkmiş şəxs övladı 04 aprel 2012-ci il təvəllüdlü Hacıyeva Hökümə Zərərçəkmiş şəxs qızı ilə hər ayın birinci və üçüncü həftələrində şənbə günü 14:00-dan bazar günü 14:00adək və uşağın doğum günü saat 11:00-dan 17:00-adək görüş vaxtı müəyyən edilmişdir. İcra vərəqəsi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada 27 mart 2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. 01 iyun 2024-cü il tarixdə borclu və övladı uşaqla ünisyyətin təmin olunması üçün Qaradağ rayon İcra Şöbəsinə gəlmiş, lakin tələbkar işdə olduğunu bildirərək icra şöbəsinə gəlməmiş, buna görə də görüş baş tutmamışdır. Beləliklə borclu bu günədək icra sənədinin icrasından qərəzli olaraq yayınmış və bu səbəbdən də onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 04 noyabr 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Rzayeva (Hacıyeva) Nahidə Əhmədxan qızının barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, tələbkar Hacıyev Zərərçəkmiş şəxs ilə əlaqə saxlasa da tələbkar hal-hazırda xidməti işi ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini, lakin borclu barəsində tədbir görülməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rzayeva (Hacıyeva) Nahidə Əhmədxan qızı öz izahatında bildirmişdir ki, ikinci dərəcəli əlil olmaqla həm də xərçəng xəstəsidir. İcra vərəqəsindən məlumatı vardır, onun tərəfindən icra sənədinin icrasına hər hansı bir etirazı yoxdur. Sonuncu dəfə 01 iyun 2024-cü il tarixdə övladı ilə uşaqla ünisiyyətin təmin olunması üçün Qaradağ rayon İcra Şöbəsinə gəlmiş, lakin tələbkar işdə olduğunu bildirərək icra şöbəsinə gəlməmiş, buna görə də görüş baş tutmamışdır. Bundan başqa tələbkar ona telefonla zəng edərək ona hədə-qorxu gələrək ona qarşı nalayiq ifadələr işlədir. Qızı, 04 aprel 2012-ci il təvəllüdlü Hacıyeva Hökümə Zərərçəkmiş şəxs qızı atası ilə görüşmək istəmir. Qeyd etdiklərinin və əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 04 aprel 2012-ci il təvəllüdlü Hacıyeva Hökümə Zərərçəkmiş şəxs qızı anasının iştirakı ilə verdiyi izahatında anasının icra işinə maneə törətmədiyini, bir dəfə atası ilə könüllü olaraq görüşdüyünü, hazırda isə atası ilə görüşmək istəmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində göstərilmişdir ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək hesab edir ki, borclu Rzayeva (Hacıyeva) Nahidə Əhmədxan qızının əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zaman, borclunun icra sənədinin icrası ilə bağlı icra məmurunun tələbini icra etməkdən qəsdən yayınmasına dair heç bir hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan qətnamənin icrası ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Qəyyumluq və himayədarlıq məsələləri üzrə komissiya”-nın psixoloqu cəlb edilməklə icra tədbirlərinin həyata keçirilməsinə mane olan xüsusatlar aydınlaşdırılmalı və tələbkar ilə azyaşlı uşağının görüşünün nə qədər məqsədə müvafiq olub-olmaması aydınlaşdırılmalıdır. Lakin icra işi öyrənilərkən müəyyən edilmişdir ki, icra məmuru tərəfindən qeyd olunan hallara dair hər hansı bir prosessual hərəkətlər yerinə yetirilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Rzayeva (Hacıyeva) Nahidə Əhmədxan qızının əməlində hal-hazırda inzibati xəta tərkibinin olması öz təsdiqini tapmamışdır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Rzayeva (Hacıyeva) Nahidə Əhmədxan qızının əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-3003/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3003/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver