Məhkəmə qərarları › İş №3(002)-3004/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3004/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3004/2024 16.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya X12 Nazirliyi 11 saylı Regional Ekologiya X12 İdarəsinin nümayəndəsi X4, Barəsində inzibati icraat aparılan hüquqi şəxs “X5” MMC-nin nümayəndəsi X3 iştirakı ilə, “X5” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya X12 Nazirliyi 11 saylı Regional Ekologiya X12 İdarəsi “X5” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Həmin inzibati xəta haqqında protokola əsasən Qaradağ rayonu, Səngəçal qəsəbəsi ünvanında yerləşən "X5" MMC-nin fəaliyyəti zamanı X10 Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının müəyyənləşdirilməsi məqsədilə ölçmə-analiz işləri aparılan zaman atmosferə atılan tullantıların miqdarının yol verilə bilən normativlərdən artıq olması nəticəsində “X5” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Ekologiya X12 Nazirliyi 11 saylı Regional Ekologiya X12 İdarəsinin nümayəndəsi X7 protokolu müdafiə edərək bildirdi ki, İqlim Dəyişikliyi üzrə X1 Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Sərəncamı ilə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar Bakı şəhəri ərazisində fəaliyyət göstərən və ətraf mühitə bilavasitə və yaxud dolayı yolla təsir göstərən müəssisələrdə mütəmadi olaraq İdarə əməkdaşları tərəfindən X10 Monitorinq İdarəsinin mütəxəssislərinin iştirakı ilə Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində fəaliyyət göstərən “X5" MMC-də monitorinq keçirilmişdir. Keçirilmiş monitorinq zamanı X10 Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən aparılmış ölçmə-analiz işləri nəticəsində atmosfer havasına atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilən həddən artıq olduğu müəyyən edilmişdir. Bununla da “X5” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Aşkar edilmiş faktla bağlı 11 saylı Regional Ekologiya X12 İdarəsində inzibati araşdırma başlanılmış və inzibati xəta hadisəsinin törədildiyi ərazinin fotoşəkilləri əlavə edilmiş müvafiq monitorinq aktı qəbul edilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs “X5” MMC-nin nümayəndəsi X6 bildirdi ki, “X5” MMC barəsində səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol ilə razı deyildir. Məhkəməyə təqdim edilən inzibati xəta haqqında protokol aşağıdakı səbəblərə görə əsassız hesab edirlər: Monitorinq və ölçmələr onların məlumatı və iştirakı olmadan aparılıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə"-nin 6.10.1-ci maddəsinin tələbləri 11 saylı Regional Ekologiya X12 İdarəsi tərəfindən pozularaq, "Yaşayış yerlərində atmosfer havasını çirkləndirən maddələrin yol verilən konsentrasiya həddinin (GN-4336/01-02 saylı gigiyenik normativlər"lə müəyyən edilmiş konsentrasiya həddinin) monitorinq-ölçmə işlərinə Sanitar-Epidemioloji Xidmət müəssisəsi əvəzinə, səlahiyyəti olmayan müəssisənin X10 Monitorinq İdarəsinin cəlb edilməsi monitoring-ölçmə nəticələrinin legitimliyini təmin etmir. Qeyd etmək lazımdır ki, "Yaşayış yerlərində atmosfer havasını çirkləndirən maddələrin yol verilən konsentrasiya həddi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Dövlət Sanitariya həkimi tərəfindən 17 dekabr 2002-ci il tarixində təsdiq edilib. Bu səbəbə görə ölkədə YVKH-nin monitorinq-ölçmə işlərinin aparılması səlahiyyəti Nazirlər Kabinetinin 90 saylı Qərarı ilə Sanitar-Epidemioloji Xidmətinə verilib. Ölçmələr və monitorinq aparılarkən nümunələr elektrik stansiyadan kənarda yox, bilavasitə mənbədən götürülməlidir. İnzibati xəta haqqında protokola əsasən ölçmələrdə "Bosean K-600" tipli cihazdan istifadə edilib. Lakin, ölkədə ölçmə vasitələrinin dövlət yoxlanmasını keçirən Azərbaycan Metrologiya İnstitutunun rəsmi internet səhifəsində "Ölçmə vasitələrinin dövlət reyestrində və "Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahı və onların yoxlama dövrliliyi siyahısında Çin XR istehsalı olan "Bosean K-600" tipli cihaz mövcud deyil və bu səbəbə görə Azərbaycan Respublikasının ərazisində standart ölçmə vasitəsi hesab edilmir və Ölçmələrin vəhdətinin təmin edilməsi Qanunun (maddə 15) tələblərinə görə onun istismarı qadağandır. 09 avqust 2024-cü il tarixli monitorinq ölçmə aktına əsasən ölçmə yeri (elektrik stansiyanın kənarı) ÇXR istehsalı olan "GPSmar 60CSx" tipli cihaz vasitəsilə təsdiq edilir. Lakin qeyd olunan əsaslara görə "GPSmar 60CSx" tipli cihazdan Azərbaycan Respublikasının ərazisində istismarı qadağandır. Həmçinin ancaq kömür yanacağının yanması nəticəsində bərk tullantılar (PM2,5 VƏ PM10) əmələ gəlir. Təbii qaz yanacağı yandırıldıqda toz tullantıları əmələ gəlmir, yalnız karbon və azot oksidləri əmələ gəlir ki, bu da Ekologiya X12 Nazirliyi X8 Agentliyinin 27 dekabr 2023-cü il tarixli, 22/1765-AAZ/U saylı "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə İcazə" (əlavə 11), xx.xx.2024-cü ildə ETSN X8 Agentliyi tərəfindən razılaşdırmış "Atmosferə atıla bilən tullantı həddi layihəsi" (əlavə 12) və 14 noyabr 2023-cü ildə razılaşdırılmış "Ekoloji Pasport"la əsaslandırılır. xx.xx.2024-cü il tarixli, 86650 №-li aktında (o cümlədən, xx.xx.2024-cü il tarixli ölçmə aktında) monitorinq-ölçmə işlərində istifadə edilən texniki reqlament sənədlərinin adı və onların tələblərinə riayət edilməsi, aktda qeyd edilən ölçmə nəticələrə aid ilkin uçot sənədləri, mübahisəli olan qaz nümunələrinin standartın tələblərinə uyğun maddi sübut kimi götürülməsi barədə aktda heç nə qeyd edilməyib. Ölkədə atmosfer havası üçün yolverilən konsentrasiya həddinin normaları "Yaşayış yerlərində atmosfer havasını çirkləndirən maddələrin yol verilən konsentrasiya həddi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Dövlət sanitariya həkimi tərəfindən 17 dekabr 2002-ci il tarixində təsdiq edilib. Bu normativlərdə isə atmosferə atılan toz hissəciklərinin miqdarına (PM2,5 və PM10) dair normativ mövcud deyil. “X5” MMC-nin barəsində Azərbaycan Respublikası Ekologiya X12 Nazirliyi 11 saylı Regional Ekologiya X12 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokolun ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Həmçinin bildirmişdir ki, MMC-nin balansında həmin zəhərli maddələri təmizləyən və ya zərərsizləşdirən qurğu mövcud deyildir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş “X5” MMC-nin vəkili Nümayəndə çıxışında “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256 nömrəli Fərmanına əsasən inzibati xəta haqqında protokolun səlahiyyətli orqan tərəfindən tərtib edilmədiyini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid bildirdi ki, hazırda “Azərbaycan Respublikası Ekologiya X12 Nazirliyinin X10 Monitorinq İdarəsində mühəndis vəzifəsində çalışır. Tərəfindən aparılmış monitorinq zamanı zərərli qazın (CO-dəm qazının) miqdarı norma 2,5 mq/m3 olduğu halda 19 mq/m3 olduğu aşkar olunmuşdur. Belə ki, həmin ölçmə-analiz işləri dövlət tərəfindən müəyyən edilmiş, müvafiq sertifikatları olan cihazlarla aparılmışdır. Beləliklə, aparılmış ölçmə-analiz işləri nəticəsində atmosfer havasına atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilən həddən artıq olduğu müəyyən edilmişdir. Eyni zamanda qeyd etmişdir ki, GPSmap 60CSx cihazı yalnız müəssisənin yerləşmə dioqanallarının müəyyən edilməsi məqsədilə istifadə edilmiş, monitorinqin məhz həmin müəssisə ətrafında aparıldığını sübut etmək məqsədilə fotoşəkli araşdırma materialına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 11 saylı Regional Ekologiya X12 İdarəsi tərəfindən tərtib edilmiş 86650 nömrəli, xx.xx.2024-cü il tarixli monitorinq aktından görünür ki, İqlim Dəyişikliyi üzrə X1 Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023cü il tarixli Sərəncamı ilə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar Bakı şəhəri ərazisində fəaliyyət göstərən və ətraf mühitə bilavasitə və yaxud dolayı yolla təsir göstərən müəssisələrdə mütəmadi olaraq İdarə əməkdaşları tərəfindən X10 Monitorinq İdarəsinin mütəxəssislərinin iştirakı ilə Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində fəaliyyət göstərən “X5" MMC-də monitorinq keçirilmişdir. Keçirilmiş monitorinq zamanı X10 Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən aparılmış ölçməanaliz işləri nəticəsində atmosfer havasına atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilən həddən artıq olduğu müəyyən edilmişdir. Monitorinq zamanı zərərli qazın (CO-dəm qazının) miqdarı norma 2,5 mq/m3 olduğu halda 19 mq/m3, toz hissəciklərin miqdarı norma PM2,5 üçün 25 mq/m3 və PM10 üçün 50 mq/m3 olduğu halda PM2,5 551 mq/m3, PM10 716 mq/m3 olduğu aşkar olunmuşdur. Araşdırma müddətində əldə olunan sənədlər və ərazidən çəkilən fotoşəkillər akta əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, “X5” MMC barəsində atmosferə atılan zərərli maddələrin normadan artıq olması faktının araşdırılması üçün iş üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, “X5” MMC-nin yerləşdiyi ərazidə ölçmə-analiz işləri aparılmış və nəticələri qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli OMS K 08667 saylı Sertifikatdan görünür ki, “Bosean” model K-600M tipli 22083460 serialı multi qaz detektoru müvafiq qaydada kalibrləmə sertifikatlaşdırılmışdır. Həmçinin monitorinq zamanı GPS cihazından yalnız araşdırılan ərazinin hara olduğunu müəyyən etmək məqsədilə istifadə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256 nömrəli Fərmanının 4.1-ci maddəsinə əsasən Məcəllənin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi adından Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq Məcəllənin 233, 243.0.7, 278, 350.1, 517.0.7, 517.0.8, 542 və 555-ci maddələrində, habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 212.2, 244-1, 342.1.9 və 348-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – fövqəladə hallar naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri və onun müavinləri baxırlar. Lakin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr tarixli 2015-ci il 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 15 fevral 2016-cı il tarixli 795 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.10-cu maddəsinə əsasən həmin Məcəllənin 233 və 243.0.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya X12 Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, “X5” MMC tərəfindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilən həddən artıq olması halı təsdiqini tapmışdır. Monitorinq zamanı zərərli qazın (CO-dəm qazının) miqdarı norma 2,5 mq/m3 olduğu halda 19 mq/m3 olduğu aşkar olunmuşdur. Araşdırma müddətində əldə olunan sənədlər və ərazidən çəkilən fotoşəkillər akta əlavə edilmişdir. Həmçinin ölçməanaliz işləri qanuna müvafiq qaydada aidiyyəti üzrə normativ hüquqi aktla ona həvalə olunmuş dövlət orqanı tərəfindən aparılmış və zəhərli maddələrin miqdarı müvafiq sertifikata malik cihaz vasitəsilə ölçülərək aşkarlanmışdır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslər atmosfer havasının mühafizəsi sahəsində istehsalat (müəssisə) nəzarətini həyata keçirməlidirlər. Lakin, məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi X2 həmin zəhərli maddələri təmizləyən və ya zərərsizləşdirən qurğunun mövcud olmadığını bildirmişdir. Qanunvericiliyin tələbinə əsasən hüquqi şəxs atmosfer havasına zərərli maddələrin atılmasına nəzarəti və onların zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş tikililərin, qurğuların və cihazların quraşdırılmasını həyata keçirməyə və onların istismar qaydalarına əməl etməyə borcludur. Əksi halda zərərli qaz (CO-dəm qazının) miqdarı müəyyən edilmiş normativdən yuxarı həddə ətraf mühitə atılaraq, ölkənin atmosfer qatına ciddi ziyan vurmaqdadır. Hüquqi şəxs tərəfindən müvafiq qabaqlayıcı tədbirlər aparılmadıqda, o cümlədən atmosfer havasının mühafizəsi sahəsində istehsalat (müəssisə) nəzarəti həyata keçirilmədikdə ətraf mühitə vurulan bu ziyan daha ciddi ekoloji fəlakətlərə gətirib çıxara bilər. Beləliklə, Azərbaycan Respublikası Ekologiya X12 Nazirliyi 11 saylı Regional Ekologiya X12 İdarəsi tərəfindən tərtib olunmuş “X5” MMC barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq, belə qənaətə gəlir ki, “X5” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapır. Atmosfer havasının mühafizəsi haqqında Azərbaycan Respublikasının 27 mart 2001-ci il tarixli Qanununun: 10-cu maddəsinə əsasən atmosfer havasına zərərli maddələrin atılmasının dövlət tərəfindən tənzimlənməsi məqsədilə atılmanın texniki normativləri və onun yol verilən həddi müəyyən edilir. Atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri, habelə atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Atmosfer havasına atılan zərərli maddələrin hər bir stasionar mənbəyi və onların məcmusu (bütövlükdə obyekt) üçün atılmanın yol verilən həddini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Atmosfer havasına atılan zərərli maddələrin mənbələri olan hüquqi və fiziki şəxslərin atılmanın yol verilən həddinə riayət etməsi mümkün olmadığı halda müvafiq icra hakimiyyəti orqanı zərərli maddələrin müvəqqəti razılaşdırılmış atılmasını müəyyən edə bilər. İnsan sağlamlığına və ətraf mühitə təhlükə dərəcəsi nəzərə alınmaqla, atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması tədbirlərini hüquqi və fiziki şəxslər hazırlayır və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra həyata keçirirlər. Atmosfer havasına zərərli fiziki təsirlərin dövlət tənzimlənməsi məqsədilə atmosfer havasına fiziki təsirin yol verilən səviyyəsi və zərərli fiziki təsirin yol verilən həddi müəyyən edilir. 23-cü maddəsinə əsasən atmosfer havasının çirklənməsinin müşahidəsi, onun vəziyyətinin kompleks qiymətləndirilməsi və proqnozu, habelə müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarını, müəssisələri, təşkilatları və əhalini cari və təcili məlumatlarla təmin etmək məqsədilə dövlət monitorinqi sistemi təşkil edilir və monitorinqinin əsas tərkib hissəsi olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. 25-ci maddəsinə əsasən atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslər atmosfer havasının mühafizəsi sahəsində istehsalat (müəssisə) nəzarətini həyata keçirirlər və bu məqsədlə cavabdeh şəxsi təyin edir və ya ekoloji xidməti təşkil edirlər. 27-ci maddəsinə əsasən atmosfer havasına atılan zərərli maddələrin stasionar və səyyar mənbələri olan hüquqi və fiziki şəxslərin vəzifələri bunlardır:

1. atmosfer havasına atılan zərərli maddələrin inventarlaşdırılmasının keçirilməsini və atmosfer havasına atılan zərərli maddələrin və onların fiziki təsirlərinin yol verilən həddinə dair normativlərə əməl olunmasını təmin etməyə;

3. atmosfer havasının çirklənməsi səviyyəsinin azaldılması məqsədilə az tullantılı və tullantısız texnologiyaları tətbiq etməyə;

4. atmosfer havasına zərərli maddələrin atılmasının qarşısının alınmasına, onların təkrar işlədilməsinə, zərərsizləşdirilməsinə, belə maddələrin istehsalına dair tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etməyə;

6. atmosfer havasına atılan zərərli maddələrin və onların mənbələrinin uçotunun aparılmasını, həmçinin müəyyən edilmiş normativlərə əməl olunmasına istehsalat nəzarətini keçirməyə;

7. atmosfer havasına zərərli maddələrin atılmasına nəzarəti və onların zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş tikililərin, qurğuların və cihazların quraşdırılmasını həyata keçirməyə və onların istismar qaydalarına əməl etməyə borcludurlar. 28-ci maddəsinə əsasən atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə aşağıdakı hallarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqsirkar hesab edilən hüquqi və fiziki şəxslər, habelə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar:

1. bu Qanunda nəzərdə tutulmuş zərərli maddələrin atılmasını və zərərli fiziki təsirlərin normativləri və hədlərini aşdıqda;

2. müvafiq icra hakimiyyəti orqanlarının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələr atdıqda;

3. xüsusi icazədə göstərilmiş normalardan artıq zərərli maddələri atdıqda və zərərli fiziki təsir etdikdə;

4. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə nəzarət etmək məqsədilə quraşdırılmış qurğulardan, avadanlıqdan və cihazlardan istismar qaydaları pozulduqda;

7. atmosfer havasının mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanların göstərişlərini yerinə yetirmədikdə;

9. müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl etmədikdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, “X5” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, “X5” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətaların xarakteri, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117 və 233.1-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

“X5” MMC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10500 (on min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar