Məhkəmə qərarları › İş №3(002)-301/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-301/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-301/2025 18.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1970-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, deməsinə görə rəsmi qaydada işləməyən, deməsinə görə Bakı şəhəri, Xəzər rayonu, Maştağa qəsəbəsi, “daş karxanası” ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-404/2024 saylı, 27 mart 2024-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrlü səbəb olmadan yerinə yetirmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibatı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X5 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-404/2024 saylı, 27 mart 2024-ci il tarixli icra vərəqəsinə əsasən, 27 dekabr 2005-ci il təvəllüdlü X3 və 19 aprel 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin Şəxs tutularaq X4 ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 01 aprel 2024-cü il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu könüllü şəkildə aliment borcunu ödəmədiyi üçün birinci dəfə onun hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin yanında, baytarlıq aptekində işlədiyi müəyyən edildikdən sonra borc onun aylıq maaşına yönəldilmiş və aylıq maaşının 70%-i iki dəfə aliment borcuna yönəldilmiş, birinci dəfə 147 manat, ikinci dəfə isə 221 manat tutulmuşdur. Bundan sonra borclu aliment borcunu ödəməmək üçün həmin işdən çıxmışdır. Bu gün, yəni 18 fevral 2025-ci il tarixdə daha 70 manat ödəniş etmişdir. Borclu aliment borcundan bu günədək müxtəlif vaxtalarda ümuilikdə 1330 manat ödəniş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, borclunun yaşadığı yer məlum olmadığından və çağırışlara gəlmədiyindən mobil telefon vasitsəilə dəəflərlə onunla əlaqə saxlanılmış və icra şöbəsinə gəlməsi tələb edilsə də o icra şöbəsinə gəlməkdən imtina etdiyi üçün barəsində axtarış elan edilmiş, bu gün ilk dəfə Qaradağ rayon İcra Şöbəsinə məcburi gətirilmişdir. Borclunun ödəməli olduğu alimentin miqdarı 3220 manatdır. Əlavə olaraq bildirmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə tələbkara məlumat verməsinə baxmayaraq tələbkar məhkəmə iclasında iştirak edə bilmədiyini, lakin aliment borcunun ödənilməsini tələb etdiyini, bu baş vermədikdə isə borclunun barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etidyini bildirmişdir. Beləliklə, bütün bunlara əsasən borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 18 fevral 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib etmiş və borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, keçmişdə qeydiyyat ünvanı ünvan 1əsmi qeydiyyat ünvanı olmamaqla Bakı şəhəri, Xəzər rayonu, Maştağa qəsəbəsi, “daş karxanası” ünvanında qardaşı ilə birlikdə yaşayır. İcra vərəqəsindən məlumatı vardır və indiyədək aliment borcundan ümumilikdə 1330 manat ödəniş etmişdir. Əvvəllər fərdi sahibkar yanında baytarlıq aptekində işləmiş, aliment borcu da maaşına yönəldilmişdir. Sonradan bu ödənişlərə görə iş yerində problem yaşamış və məcbur olub işdən çıxmışdır. İcra şöbəsinə gəlməməsinin səbəbi rayonda işləməsi ilə əlaqədar olmuşdur. O aliment borcunun ödənilməsindən yayınmır, lakin yuxarıda qeyd olunan icra vərəqəsindəki məbləğ, yəni bir uşağa görə ödəməli olduğu 235 manat miqdarını ödəməkdə çətinlik çəkir. Hər ay yalnız 150 manat ödəniş edə biləcəyini, əks təqdirdə isə barəsində nə cəza verilməsinin onun üçün heç bir əhəmiyyət kəsb etmədiyini, eləcə də aliment barəsində qətnamə çıxaran hakimin qanunsuz və əsassız qərar qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasının gedişində tələbkar X6 ilə mobil telefon vasitəsilə əlaqə saxlanılmış, tələbkar öz izahatında işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini, borclunun bu günədək aliment borcundan cəmi 1330 manat ödəniş etdiyini, yaranmış aliment borcunun tam şəkildə ödəməsini, bu baş vermədikdə isə barəsində ciddi tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmiş və icra məmurunun çağırışlarına gəlməkdən imtina etməklə məcburi qaydada icra şöbəsinə gətirilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları, iş materialları və inzibati xəta haqqında tərtib edilmiş 18 fevral 2025-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu icra məmurunun çağırışlarına da məhəl qoymaraq icra şöbəsinə gəlməkdən imtina etmişdir. Buna görə də məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 18 fevral 2025-ci il tarixdən saat 17:00-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar