Məhkəmə qərarları › İş №3(002)-3012/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3012/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3012/2024 07.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024cü il tarixdə saat 23:00-da Sahil qəsəbəsi, B.Əliyev küçəsində bir nəfər şəxs ictimai yerdə qaydanı kobud surətə pozaraq və ünvansız nalayiq ifadələr söyləyərək polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin sahə inspektoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə axşam 23:00-da əməliyyat qrupu ilə növbədə olanda Şəxs B.Əliyev küçəsində yüksək səslə ünvansız söyüşlər söydüyünü eşitmişlər. Yaxınlaşıb özlərini təqdim edərək onu sakit olmağa, ictimai asayişi pozmamağa dəvət etmişər. Lakin, Şəxs polisə qarşı da aqressiv davranmış, bu səbəbdən onun barəsində raport tərtib olunaraq Polis Bölməsinə gətirilmiş və orada da anoloji hərəkətlərə davam edərək narahatçılıq yaratmışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq o bildirdi ki, hadisə anının və polis bölməsində baş vermiş anların qeydə alınmış görüntüsü yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, evdə olmayanda həyat yoldaşı ona telefon vasitəsilə zəng edərək qapıya polislər əməkdaşlarının gəldiyini bildirdi. O, gəlib evə çatdıqda polis əməkdaşı Zahir və digər polislərin gəldiyini görmüş, hətta Zahirlə öncədən tanışlıqları olduğu üçün mehribancasına salamlaşıb görüşmüşlər. Zahirdən ünvanına gəlmək səbəbinin nə olduğunu soruşduqda o, səbəb olaraq polis bölməsi rəisinin çağırdığını bildirmişdir. Bundan sonra dərhal “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. O, liftə minmək istəyərkən 3 nəfər polis kəmərindən tutub onu polis maşına zorla mindirib polis bölməsinə aparmışlar. Polis bölməsində olarkən telefonunu alıb “Tiktok” sosial şəbəkəsindəki yol polisi haqqında daha əvvəlki tarixdə paylaşdığı videoları sildirmişdirlər. Lakin o, nə bölmədə, nə məhəllədə olarkən söyüş söyməmişdir. Sadəcə niyə bölməyə aparıldığını soruşmuş və getməmək üçün müqavimət göstərmişdir. Bundan sonra barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə polis bölməsinə gətirilmişdir. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona qarşı fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Əlilliyi olmayan şəxsdir. Müqavimət göstərdiyinə görə peşmandır. Taksi sürücüsü olaraq işləyir. Məhkəmə iclasında iştirak edən şahid Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə əməliyyat müvəkkili X3 bildirdi ki, hadisə Bəxtiyar Əliyev küçəsində axşam 23:00-də digər əməkdaşlarla növbədə olarkən ərazidə bir nəfərin qışqıraraq söyüş söydüyünü eşitmişdir. Ona yaxınlaşıb özlərini təqdim edərək asayişə dəvət etsələr də o, qışqırıb ünvansız söyüşlər söyməyə davam etmişdir. Həmçinin, polisin xidməti avtomobilinə təmin edilərkən müqavimət göstərərək tabe olmamış, polis bölməsində isə iş rejimini pozaraq qanunsuz hərəkətlərini davam etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil çıxışında, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin rəisi Natiq Camalova ünvanlanmış xx.xx.2024-cü il tarixli raportuna əsasən xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində Sahil qəsəbəsi, B.Əliyev küçəsində bir nəfər şəxsin ictimai yerdə ünvansız nalayiq ifadələr işlətdiyi eşitdilmiş və həmin vətəndaşa yaxınlaşaraq polis əməkdaşları özlərini təqdim etmişdir. Həmin şəxsi nizam intizama dəvət etsələr də o, öz hərəkətlərinə davam edərək qaçmağa cəhd edərək tabesizlik göstərmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində Sahil qəsəbəsi, B.Əliyev küçəsində bir nəfər şəxsin ictimai yerdə qaydanı kobud surətə pozaraq və ünvansız nalayiq ifadələr söyləyərək polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 23:30 radələrində tutulmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər hesab olunur. Məhkəmə hesab edir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, onun həmin əməlləri törətməsinə dair hər hansı əsaslı sübutlar təqdim edilmədiyini nəzərə alaraq, barəsində Məcəllənin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin və şahidin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs polisin çağırışına etiraz edərək, onun avtomobilə əyləşməsi ilə bağlı göstərişlərinə məhəl qoymamış və müqavimətə davam etmişdir. Bu səbəbdən onun əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin polisin qanuni tələbinə tabe olmaması, onun xidmət aparmasına mane olması özünün və şahidin ifadəsində öz əksini tapmışdır. Bu səbəbdən onun əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin hüquqlarının faktiki məhdudlaşdırıldığı andan, yəni 06 noyabr 2024-cü il tarixdən saat 23:30-dan hesablanmalıdır. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsii ilə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar