Məhkəmə qərarları › İş №3(002)-3017/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3017/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3017/2024 09.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Daxili İşlər Nazirliyi BDYPİ-nin 30 oktyabr 2024-cü il tarixli, EQ 24422316 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyi BDYPİ-nin 30 oktyabr 2024-cü il tarixli, EQ 24422316 nömrəli qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 30 oktyabr, 02, 03, 05 noyabr 2024cü il tarixlərində dövlət qeydiyyat nömrəsi **-XG-*** olan, DAF FT XF 105 markalı yəhərli dartıcı nəqliyyat vasitəsi və ona qoşulu olan **-ZC-*** dövlət qeydiyyat nömrəli X5 markalı yanacaq daşıyan yarımqoşqu (yanacaq çəni) ilə M-247.9 km Qaradağ rayon, Səngəçal qəsəbəsi, Ələt istiqamətində hərəkədə olarkən telefonuma SMS vasitəsilə 600 AZN məbləğində cərimə bildirişləri gəlib. X2 Məcəlləsinin 353.2. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi maddəsi ilə cərimə tətbiq olunub. Ona məxsus avtomobilin yarımqoşqusu (yanacaq çəni) ilə dizel, Al 92 və Al 95 benzin yanacağı daşımışdır. Sözügedən maşının yanacaq çəni zavod istehsalı olduğundan Beynəlxalq yükdaşıma və mövcud standartların tələblərinə uyğundur. Yəni ki, avtomobildə artıq yük olması texniki cəhətdən mümkün deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş, Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları, həmçinin Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydalarına uyğun olaraq, neft bazasında yanacaq yüklərinin yüklənməsi zamanı yanacaq çəninin daxilində qeyd olunmuş göstəriciyə qədər doldurulmalıdır. Qeyd olunmuş göstəricidən aşağı yanacaq doldurmaq, potensial qəza şəraiti yaradır ki, bu da öz növbəsində idarəetmə zamanı avtomobili aşırıb partlada bilər. Bu isə magistral yolda fövqəladə vəziyyət yaradır. Həmçinin benzin yanacağının çənə doldurulması zamanı yükün göstəricidən aşağı olması hərəkət zamanı böyük təzyiqdə qazlanma yaradar və bu da öz növbəsində güclü partlayışa səbəb ola bilər ki, onun və digər yol iştirakçılarının həyatına son qoya bilər. Göstərilənlərə əsasən 30 oktyabr 2024-cü il tarixli, EQ 24422316 nömrəli qərara xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X3 izahatında bildirmişdir ki, şikayətini müdafiə edir. Özünü təqsirli hesab etmir və barəsində qəbul edilmiş 30 oktyabr 2024-cü il tarixli, EQ 24422316 nömrəli qərara xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun idarə etmiş olduğu avtomobil ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitəsi növünə aiddir. Məhkəmə iclasının yeri və vaxtı barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq həmin təşkiltdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materillarına əlavə edilmiş 30 oktyabr 2024-cü il tarixli, EQ 24422316 nömrəli qərardan aydın olur ki, X3 30 oktyabr 2024-cü il tarixdə saat 03:11-də idarə etdiyi “DAF FT XF 105" yük markalı **-XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş kamera görüntülərindən görsənir ki, 30 oktyabr 2024-cü il tarixdə, saat 03:11-də “DAF FT XF 105” yük markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomaşın Bakı şəhəri, Qaradağ ryaonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində tərəzidən keçərkən limit 40000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin çəkisi 47050 kq olmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, **-XG-*** dövlət qeydiyyat nömrəli, DAF FT XF 105 markalı yəhərli dartıcı nəqliyyat vasitəsi və ona qoşulu olan **-ZC-*** dövlət qeydiyyat nömrəli “X5” markalı yanacaq daşıyan yarımqoşqu avtomobili ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitəsi olmaqla, Avropa istehsalıdır. Beləliklə, məhkəmə X1 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, şikayətçi X3 30 oktyabr 2024-cü il tarixdə saat 03:11-da idarə etdiyi “DAF FT XF 105” yük markalı **-XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə təqdim olunmuş sübutlara əsaslanaraq qeyd edir ki, X3 30 oktyabr 2024cü il tarixdə saat 03:11-də idarə etdiyi “DAF FT XF 105” yük markalı **-XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Bu isə istinad edilən normativ hüquqi akta əsasən Azərbaycan Respublikasında nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş və ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmuş nəqliyyat vasitələrinə yük daşınması icazə verilən həddin aşılması ilə nəticələnmişdir. Həmin normativ hüquqi aktda qeyd olunan parametrlər avtomobilə münasibətdə deyil, üzərində hərəkət olunan yola münasibətdə tətbiq olunur. Belə ki, şikayət vemiş şəxsin idarə etmiş olduğu “DAF FT XF 105” yük markalı **-XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş olmaqla Avropa istehsalı növündədir. Qeyd edilən qərara əsasən belə növdə olan nəqliyyat vasitələrinə yük daşıma üçün icazə verilən ən yuxarı həddə çəki parametri 40 tondur. Qeyd edilmiş qərarla icazə verilmiş həddən yuxarı çəkidə yük daşıyan nəqliyyat vasitələri avtomobil yollarını zədələyərək deformasiyasına, sıradan çıxmasına səbəb ola bilir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin 30 oktyabr 2024-cü il tarixli, EQ 24422316 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Daxili İşlər Nazirliyi BDYPİ-nin 30 oktyabr 2024-cü il tarixli, EQ 24422316 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar