Məhkəmə qərarları › İş №3(002)-3019/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3019/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3019/2024 04.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şikayət vermiş şəxs X2, Daxili İşlər Nazirliyi BDYPİ-nin nümayəndəsi X3, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X12 nümayəndəsi X6, X1 iştirakları ilə, X2 Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 24520009 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ 24595678 nömrəli qərarlarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 24520009 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ 24595678 nömrəli qərarlara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 30 oktyabr, 02, 03, 05 noyabr 2024cü il tarixlərində dövlət qeydiyyat nömrəsi **-XG-*** olan, DAF FT XF 105 markalı yəhərli dartıcı nəqliyyat vasitəsi və ona qoşulu olan **-ZC-*** dövlət qeydiyyat nömrəli X16 markalı yanacaq daşıyan yarımqoşqu (yanacaq çəni) ilə M-247.9 km Qaradağ rayon, Səngəçal qəsəbəsi, Ələt istiqamətində hərəkətdə olarkən inzibati xəta törədilməsi barədə telefonuna SMS vasitəsilə 600 AZN məbləğində cərimə bildirişləri daxil olmuşdur. X5 Məcəlləsinin 353.2. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi maddəsi ilə cərimə tətbiq olunub. Həmin avtomobillin yarımqoşqusu (yanacaq çəni) ilə dizel, Al 92 və Al 95 benzin yanacağı daşımışdır. Sözügedən maşının yanacaq çəni zavod istehsalı olduğundan Beynəlxalq yükdaşıma və mövcud standartların tələblərinə uyğundur. Yəni ki, avtomobildə artıq yük olması texniki cəhətdən mümkün deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş, nəqliyyatı vasitəsi ilə yüklərin daşınması Qaydaları, həmçinin Təhlükəli yüklərin nəqliyyatı vasitəsi ilə daşınması qaydalarına uyğun olaraq, neft bazasında yanacağın yüklənməsi zamanı yanacaq çəninin daxilində qeyd olunmuş göstəriciyə qədər doldurulmalıdır. Qeyd olunmuş göstəricidən aşağı yanacaq doldurmaq, potensial qəza şəraiti yaradır ki, bu da öz növbəsində idarəetmə zamanı avtomobili aşırıb partlada bilər. Bu isə magistral yolda fövqəladə vəziyyət yaradır. Həmçinin, benzin yanacağının çənə doldurulması zamanı yükün göstəricidən aşağı olması hərəkət zamanı böyük təzyiqdə qazlanma yaradar və bu da öz növbəsində güclü partlayışa səbəb ola bilər ki, onun və digər yol iştirakçılarının həyatına son qoya bilər. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli, EQ 24520009 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ 24595678 nömrəli qərarlara xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X7 izahatında bildirmişdir ki, şikayətini müdafiə edir. Özünü təqsirli hesab etmir və barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24520009 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ 24595678 nömrəli qərarlara xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun avtomobili ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitəsi növünə aiddir. Məhkəmə iclasında iştirak edən Daxili İşlər Nazirliyi BDYPİ-nin nümayəndəsi X8 çıxışında bildirdi ki, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı əsasında avtomobil yollarına yerləşdirilmiş yeni standartlara uyğun çəki ölçmə cihazları vasitəsilə yükdaşıyan iriqabaritli nəqliyyat vasitələrinin ölçülməsi aparılaraq, hərəkətlərinə nəzarət olunur. Şikayət vermiş şəxs xx.xx.2024-cü il tarixdə saat 10:20-də idarə etdiyi “DAF FT XF 105” yük markalı **-XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 24520009 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ 24595678 nömrəli qərarların qanuni və əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Bundan əlavə şikayətdə qeyd olunan təhlükəli yüklərin daşınması qaydaları ilə bağlı bildirmişdir ki, o hal sürücülərin nəqliyyat vasitələrini nəzərdə tutulmuş sürət həddindən artıq və ya nəqliyyat vasitədə olan yükün təhlükəliliyini nəzərə almadan idarə etmələrinə şamil olunur. Bu səbəbdən həmin növ avtomobili idarə edən sürücülər işlərinin məsuliyyətini, yarana biləcək təhlükəni nəzərə alaraq daha ehtiyatlı davranmalıdırlar. Məhkəmə iclasında iştirak edən mütəxəssis X9 məhkəmənin sualına cavab olaraq bildirdi ki, şikayət vemiş şəxsin idarə etmiş olduğu “DAF FT XF 105” yük markalı **-XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş olmaqla Avropa istehsalı növündədir. Qeyd edilən qərara əsasən belə növdə olan nəqliyyat vasitələrinə yük daşıma üçün icazə verilən ən yuxarı həddə çəki parametri 40 tondur. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24520009 nömrəli qərara əsasən X7 xx.xx.2024-cü il tarixdə saat 03:56-da idarə etdiyi “DAF FT XF 105" yük markalı **-XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmçinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24595678 nömrəli qərara əsasən X7 xx.xx.2024-cü il tarixdə saat 08:22-də idarə etdiyi “DAF FT XF 105" yük markalı **-XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş kamera görüntülərinə əsasən xx.xx.2024-cü il tarixdə “DAF FT XF 105” yük markalı **- XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin daşıdığı yük avtomobillə birlikdə 47650 kq-dır. İş materialına əlavə edilmiş Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş kamera görüntülərinə əsasən xx.xx.2024-cü il tarixdə “DAF FT XF 105” yük markalı **- XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin daşıdığı yük avtomobillə birlikdə 42800 kq-dır. Məhkəmə iclasında tərəflərin izahatına əsasən müəyyən olunmuşdur ki, **-XG-*** dövlət qeydiyyat nömrəli, DAF FT XF 105 markalı yəhərli dartıcı nəqliyyat vasitəsi və ona qoşulu olan **-ZC-*** dövlət qeydiyyat nömrəli X16 markalı yanacaq daşıyan yarımqoşqu avtomobili ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitəsi olmaqla, Avropa istehsalıdır. Beləliklə, məhkəmə X2 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, şikayətçi X7 xx.xx.2024-cü il tarixdə saat 03:56-da və xx.xx.2024-cü il tarixlərdə saat 08:22-də idarə etdiyi “DAF FT XF 105” yük markalı **-XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə təqdim olunmuş sübutlara əsaslanaraq qeyd edir ki, X7 xx.xx.2024-cü il tarixdə saat 03:56-da və xx.xx.2024-cü il tarixlərdə saat 08:22-də idarə etdiyi “DAF FT XF 105” yük markalı **-XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Bu isə istinad edilən normativ hüquqi akta əsasən Azərbaycan Respublikasında nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş və ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmuş nəqliyyat vasitələrinə yük daşınması icazə verilən həddin aşılması ilə nəticələnmişdir. Həmin normativ hüquqi aktda qeyd olunan parametrlər avtomobilə münasibətdə deyil, üzərində hərəkət olunan yola münasibətdə tətbiq olunur. Belə ki, şikayət vemiş şəxsin idarə etmiş olduğu “DAF FT XF 105” yük markalı **-XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş olmaqla Avropa istehsalı növündədir. Qeyd edilən qərara əsasən belə növdə olan nəqliyyat vasitələrinə yük daşıma üçün icazə verilən ən yuxarı həddə çəki parametri 40 tondur. Qeyd edilmiş qərarla icazə verilmiş həddən yuxarı çəkidə yük daşıyan nəqliyyat vasitələri avtomobil yollarını zədələyərək deformasiyasına, sıradan çıxmasına səbəb ola bilir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən kütlə parametri 40 tondur. Həmin qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 24520009 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ 24595678 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarları qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 24520009 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ 24595678 nömrəli inzibati tənbehvermə haqqında qərarları qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar