Məhkəmə qərarları › İş №3(002)-3020/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3020/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3020/2024 16.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş 03 noyabr 2024-cü il tarixli EQ 24489512 saylı qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş 03 noyabr 2024-cü il tarixli EQ 24489512 saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 30 oktyabr, 02, 03, 05 noyabr 2024-cü il tarixlərində dövlət qeydiyyat nömrəsi **-XG-*** olan, DAF FT XF 105 markalı yəhərli dartıcı nəqliyyat vasitəsi və ona qoşqulu olan **-ZC-*** dövlət qeydiyyat nömrəli X5 markalı yanacaq daşıyan yarımqoşqu (yanacaq çəni) ilə M-2 47.9 km Qaradağ rayon, Səngəçal qəsəbəsi, Ələt istiqamətində hərəkətdə olarkən telefonuna SMS vasitəsilə EQ 24422316, EQ 24472051, EQ 24489512, EQ 24520009 nömrəli protokolla qeyd olunmuş 600 AZN məbləğində cərimə bildirişləri gəlib. X2 Məcəlləsinin 353.2-ci maddəsinə əsasən “İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi maddəsi ilə cərimə tətbiq olunub. Ona məxsus avtomobilin yarımqoşqusu (yanacaq çəni) ilə dizel, Aİ 92 və Aİ 95 benzin yanacağı daşıyır. Sözügedən maşının yanacaq çəni zavod istehsalı olduğundan Beynəlxalq yükdaşıma və mövcud standartların tələblərinə uyğundur. Yəni ki, avtomobildə artıq yük olması texniki cəhətdən mümkün deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş, Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları, həmçinin Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydalarına uyğun olaraq, neft bazasında yanacaq yüklərinin yüklənməsi zamanı yanacaq çəninin daxilində qeyd olunmuş göstəriciyə qədər doldurulmalıdır. Qeyd olunmuş göstəricidən aşağı yanacaq doldurmaq, potensial qəza şəraiti yaradır ki, buda öz növbəsində idarəetmə zamanı avtomobili aşırıb partlada bilər. Bu isə magistral yolda fövqəladə vəziyyət yaradır. Həmçinin benzin yanacağının çənə doldurulması zamanı yükün göstəricidən aşağı olması hərəkət zamanı böyük təzyiqdə qazlanma yaradar və bu da öz növbəsində güclü partlayışa səbəb ola bilər ki, onun və digər yol iştirakçılarının həyatına son qoya bilər. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar əsassız olduğundan ləğv edilməsini və icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, X3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi məhkəmə iclasına gəlməmişlər, və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Eləcə də qeyd olunan inzibati işlə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş 03 noyabr 2024-cü il tarixli EQ 24489512 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar