Məhkəmə qərarları › İş №3(002)-3025/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3025/2024

16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3025/2024 16.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X6, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 16 noyabr 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunan protokoldan aydın olur ki, Şəxs Qaradağ rayon Məhkəməsinin 16(002)-102/2023 saylı, 12 oktyabr 2023-cü il tarixli icra vərəqəsi üzrə icra məmurunun tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X12 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 16(002)-102/2023 saylı, 12 oktyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən, mülki işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı çıxarılanadək X3 xx.xx.2019-cu il təvəllüdlü X4 ilə hər həftənin bazar günü saat 11:00-dan 18:00-adək ünsiyyət qaydası müəyyən edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 17 oktyabr 2023-cü il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu tərəfindən həmin bildirişin rəsmi şəkildə alınmasına dair xəbərnamə daxil olmasa da onunla bir neçə dəfə telefon vasitəsilə əlaqə saxlanılmış, borclunun icra şöbəsinə gəlməsi və icra vərəqəsində göstərilənlərin icra edilməli olduğu ona bildirilmişdir. Lakin borclu tələbkarın keçmişdə törətdiyi hərəkətlərinə görə övladını anası ilə görüşdürmək istəmədiyini bildirmişdir. 16 noyabr 2024-cü il tarixdə borclu Qaradağ rayon İcra Şöbəsinə gəlmiş və icra vərəqini icra etməcəyini bildirdiyi üçün onun barəsində protokol tərtib edilmişdir. Odur ki, göstərilənlərin nəzərə alınaraq borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 icra vərəqəsinin icrasını tələb etdiyini, Şəxs icra vərəqəsinin icrasından qəsdən yayındığını bildirərək sonuncu barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır. Tələbkar birgə yaşadığı dövrdə əxlaqsız hərəkətlər etdiyinə görə ayrılmışlar və buna görə də uşaqla anasının görüşməsini istəmir. Lakin buna baxmayaraq xx.xx.2019-cu il təvəllüdlü oğlu İmanquliyev Rəhmanı, anası ilə bir neçə dəfə şəhərdə görüşdürmüşdür. O öz izahatında daha sonra növbəti görüşlərdə oğlunu icra şöbəsinə gətirəcəyini bildirmişdir. Odur ki, bütün qeyd etdiklərinin nəzərə alınaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tərəflərin izahatları, inzibati xəta haqqında tərtib edilmiş 16 noyabr 2024-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, qeyd olunan işlə bağlı ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar