Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3027/2024 03.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X2 Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X11 nümayəndəsi X3 iştirakları ilə, «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X12 barəsində Azərbaycan Respublikası İXM-nin 354.0.2-ci maddəsinin tələblərinin pozulmasına dair Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X2 Xidmətindən daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X9 Azərbaycan Respublikasının İXMnin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X2 Xidməti tərəfindən inzibati protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X2 Xidməti tərəfindən tərtib edilmş MN serialı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan və iş materiallarından görünür ki, 09 noyabr 2024-cü il tarixdə «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X12 tərəfindən Y-01-04, Səngəçal – Umbakı (Çeyildağ) yerli əhəmiyyətli avtomobil yolunun 1-ci km hissəsində avtomobil yolunun hərəkət hissəsində yol hərəkəti təhlüksizliyi qaydlarının pozulması, yəni müvafiq icazə alınmadan kommunikasiya xətti ( su – kanalizasiya xətti) çəkilməsi faktı müəyyən olunmuş, bununla da, «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X12 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X2 Xidmətinin nümayəndəsi X4 inzibati protokolu müdafiə edərək «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X12 barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X6i təmsilçisi X7 təmsil etdiyi cəmiyyət barəsində qəbul edilmiş inzibati protokolu qəbul etməyərək göstərmişdir ki, «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X9 Qaradağ Rayon Su-Kanal İdarəsinin xidməti ərazisində olan Səngəçal qəsəbəsində mərkəzi kanalizasiya nasosxanasının giriş hissəsində 07 noyabr 2024-cü il tarixdə 5 metr dərinlikdə, diametri 400 mm-lik kanalizasiya borusunda çökmə baş vermişdir. Qəza nəticəsində Bakı-Qazax magistral yolunu çirkab suları basmışdır. Ətraf ərazini üfunət iyi bürümüşdür. Rayon İcra Hakimiyyətinin göstərişinə əsasən baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması məqsədilə tərəflərindən tədbirlər həyata keçirilməklə qazıntı işləri aparılmışdır. Çökmə hissəsinin torpaqlıq sahədə baş verməsi nəzərə alınaraq X2 Xidmətinə bu haqda məlumat verilməmişdir. İşlərin görülməsi zamanı qəzanın fəsadları yolun asfalt hissəsinə keçdiyindən asfalt yolun 1,5 x 2 metr hissəsində də qazıntı işləri aparılmışdır. Görülən işlər nəticəsində suyun şəbəkəyə ötürülməsi təmin olunaraq ətraf ərazi çirkab sulardan təmizlənmişdir. Sonda o, qeyd etdiklərinin məhkəmə tərəfindən nəzərə alınmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarınının izahatlarını dinləyib, iş materiallarını və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X12 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, fotoşəkillər, videogörüntü və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.2-ci əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.1.), hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.2.), hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.3.), bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi (18.2.4) tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 354.0.2-ci maddəsinə əsasən müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq hesab edir ki, «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 48-51, 114, 128-130 və 354.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X12 İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-3027/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3027/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver